19 Dekabr 2025 09:15
326
CƏMİYYƏT
A- A+
Vətənə bağlı Azərbaycan gəncliyi

Vətənə bağlı Azərbaycan gəncliyi


Hər bir dövlətin əsas dayağı və gələcəyinin etibarlı təminatçısı vətəninə bağlı, sağlam düşüncəli, peşəkar bilik və bacarıqlara yiyələnməyə, müasir dövrlə ayaqlaşmağa maraq göstərən gəncləridir. Məhz belə bir gənc nəslin formalaşdırılması ölkənin davamlı inkişafında həlledici rol oynayır. Respublikamızda son illər əldə olunan nailiyyətlərdə gənclərin ön sıralarda yer alması dövlətin gənclər siyasətinin düzgün istiqamətdə aparıldığının bariz nümunəsidir. 

Ölkəmizdə ailə dəyərlərinin bu gün də qorunub saxlanılması gənclərin düzgün tərbiyəsində xüsusi rol oynayır. Valideynlərindən, ailə böyüklərindən ağsaqqal və ağbirçəklərə ehtiram, uşaqlara qayğı göstərən, hallalığı, əməyə sevgini həyatının qayəsinə çevirməyi, ölkəsinə, xalqına bağlılığı öyrənən, bu ruhda böyüyən gənclər həyatını düzgün qurmaqda çətinlik çəkmirlər. Çünki belə bir mühitdə boya-başa çatan gənclər milli-mənəvi dəyərlərə sadiq, vətəninə bağlı və cəmiyyətə faydalı fərdlər kimi yetişirlər.

Əlbəttə, gənclərin ailəsinə, cəmiyyətə, dövlətinə və xalqına faydalı şəxsiyyət kimi yetişməsində qeyd edilən amillərin əhəmiyyəti misilsizdir. Lakin eyni zamanda onların dünyagörüşünün genişlənməsində və sosial məsuliyyət hissinin formalaşmasında təhsil müəssisələrinin rolu əvəzsizdir. Məktəb şagirdlərə yalnız biliklər qazandırmır, həmçinin onları dövlətçilik ideyaları, vətəndaşlıq borcu və milli kimlik anlayışları ilə yaxından tanış edir. Bu isə gənclərin gələcək həyat yolunu daha uğurlu şəkildə seçmələrinə imkan yaradır.

Prezident İlham Əliyev gənclərlə görüşlərindən birində bildirib: "Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir".

Vurğulamaq yerinə düşər ki, dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü gənclər siyasəti onların potensialının üzə çıxarılmasına geniş şərait yaradır. Təqdim olunan imkanlar gənclərin öz bacarıqlarını reallaşdırmasına, yeni ideyalarla çıxışına və uğurlu nəticələr əldə etməsinə stimul verir. Məhz bu dəstəyin nəticəsidir ki, Azərbaycan gəncləri müxtəlif sahələrdə mühüm nailiyyətlər qazanırlar.

Ölkəmizdə gənclərlə bağlı qəbul edilən dövlət proqramları bu siyasətin əsas sütunlarını təşkil edir. 2007-ci il "Gənclər ili"nin elan olunması, 2011-ci ildə Gənclər Fondunun yaradılması, 2013-cü ildə respublikamızda ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi və "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiqlənməsi və icra olunmağa başlaması gənclərin cəmiyyət həyatında rolunun daha da gücləndirilməsinə xidmət edib. Bu təşəbbüslər Azərbaycan gəncliyini ölkənin gələcəyini qurmağa qadir əsas qüvvə kimi formalaşdırır.

Azərbaycan gəncləri milli ruhda tərbiyə olunaraq həyatın müxtəlif sahələrində uğurlar qazanmaları ilə fərqlənirlər. Dövlətimiz də, xalqımız da bu gənclərlə haqlı olaraq fəxr edir.

Uzaq olmayan keçmişimizdə - Qarabağ və Şərqi Zəngəzur Ermənistanın işğalı altında ikən bütün Azərbaycan xalqı düşmən əlində qalmış o torpaqlarının dərdi, həsrəti, nisgili ilə yaşayırdı. 

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü olaraq cəbhəyə yollanan, Qarabağ və Şərqi Zəngəzur torpaqlarını yağıların əsarətindən xilas etmək üçün sinəsini düşmən güllələrinə sipər edən əsgər və zabitlərimizin əksəriyyəti uşaqlıq çağlarından vətən sevgisi ilə böyüyən gənclərimiz idi. Onlar öz cəsurluq, qorxmazlıq və rəşadətləri ilə tarixi qəhrəmanlıq nümunəsi göstərdilər.

Vətən müharibəsi Azərbaycan gəncliyinin iradəsini və igidliyini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində düşmənin uzun illər boyu qurduğu istehkamlar darmadağın edildi, işğal altındakı torpaqlarımız azad olundu və ədalət bərpa edildi. Bu zəfər gəncliyimizin şücaət və fədakarlıq salnaməsində əbədi qalacaq.

Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, Vətən uğrunda, torpaq uğrunda ölümə gedənlərin əksəriyyəti gənclər idi: "Bu hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə getdilər və şəhid oldular, qazi oldular və müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi".

Azərbaycan gəncliyi yalnız döyüş meydanında deyil, həm də elm, təhsil, mədəniyyət və idman sahələrində də uğurlarını davam etdirir. Onlar yeni texnologiyaları mənimsəyir, elmi tədqiqatlarda nailiyyətlər qazanır, beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Bu müvəffəqiyyətlər gənclərin həm milli dəyərlərə bağlılığını, həm də dünyaya açıq və yenilikçi olduqlarını sübut edir. Həmin  gənclərimizin fəaliyyəti yalnız şəxsi uğurlar deyil, bütöv bir cəmiyyət üçün nümunədir. Onlar vətən sevgisini hər addımda, hər layihədə və hər təşəbbüsdə nümayiş etdirir, azərbaycançılıq ideallarını yaşadırlar.

Sevindirici, qürurvericidir ki, bu gün Azərbaycan gəncliyi yalnız keçmişin qəhrəmanlıqlarını xatırlatmaqla kifayətlənmir, həm də gələcəyin qurucuları kimi fəaliyyət göstərir. Onların iradəsi, enerjisi və fədakarlığı ölkəmizi daha da gücləndirir. Hər bir uğurlu addım, hər bir nailiyyət Azərbaycanın gələcəyinə inamı artırır və gəncliyimizin parlaq gələcəyinə zəmin yaradır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:27
14 Yanvar

"Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyul tarixli 417 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:27
14 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilməsi haqqında

03:26
14 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

03:24
14 Yanvar

“Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

03:23
14 Yanvar

Ceyhun Bayramov Hakan Fidanla regiondakı təhlükəsizliyi müzakirə edib  

22:24
13 Yanvar

Almaniyanın Ehtiyatda Olan Hərbçilər Birliyi Bundesverin Qrenlandiyada hərbi kontingent yerləşdirməsini təklif edir  

21:44
13 Yanvar

Dünya Köçəri Oyunları türk vəhdətinin simvolu kimi  

20:30
13 Yanvar

Azərbaycanın və Venesuelanın xarici işləri nazirləri arasında telefon danışığı olub  

20:29
13 Yanvar

Azərbaycan dövləti su təchizatı məsələsinə strateji yanaşır  

20:16
13 Yanvar

Ombudsman vətəndaşların müraciətlərini dinləyib  

19:09
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub  

18:59
13 Yanvar

Prezident İlham Əliyev: Ağdərənin gələcək inkişafı çox parlaq olacaq  

18:51
13 Yanvar

Prezident: Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb  

18:46
13 Yanvar

Azərbaycan Prezidenti: Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq  

18:41
13 Yanvar

Aleksandr Sırski: Rusiya ötən il Odessaya daxil olmağı planlaşdırırdı  

18:39
13 Yanvar

Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra müharibə olmayacaq  

18:32
13 Yanvar

Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb YENİLƏNİB 

18:27
13 Yanvar

Dövlət Proqramı Bakı və Abşeron yarımadasının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır  

18:21
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub  

18:13
13 Yanvar

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib  

18:12
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!