10 İyul 2025 09:20
477
CƏMİYYƏT
A- A+
“Vətən sağ olsun” deyib yolunda can verən qəhrəman

“Vətən sağ olsun” deyib yolunda can verən qəhrəman


Xeyrulla Xalidə xanımla Mais kişinin övladlarının ilki idi. O, dünyaya gələndə qohum-əqrəba gənc ailənin başına yığışıb qurbanlıq qoç da kəsmişdilər...

Təbrikə gələnlər "ilk övladın oğul olması yaxşı əlamətdir, oğul düşmən çəpəridir", - deyərək valideynlərə gözaydınlığı vermişdilər...

İlk ovladın sevincini yaşayan Mais kişi də, Xalidə xanım da onların sevinclərinə şərik olanlara minnatarlıq edib "bizim dostumuz var, düşmənimiz yoxdur. Elə oğul tərbiyə edəcəyik ki, onun da düşməni olmasın", - deyirdilər. Körpəyə Xeyrulla adını qoyanda da "oğul, xeyirxah əməllərinlə həmişə bizi sevindirəsən", - demişdi valideynləri... 

Xeyrulla Bakıda doğulsa da, ata-anası tarixin min illərini geridə qoyan qədim  Basqal kəndindən idilər. Fürsət düşən kimi gözlərinin ilkini də götürüb doğma kəndlərinə gedərdilər. İsmayıllının sıldırım qayalarını, buz bulaqlarını, gözoxşayan mənzərəsini, tarixin qədim yadigarları olan abidələrinı Xeyrullaya göstərib "bura vətəndir, yaxşı oğul da onu göz bəbəyi kimi qorumalıdır", - deyərdilər... 

Aylar, illər sürətlə bir-birini əvəzləyirdi. Xeyrulla da böyüyüb bir oğul olmuşdu ki, iki göz istəyirdi boy-buxununa, qamətinə tamaşa etsin. Dostu çox, düşməni yox idi Xeyrullanın. Hamı onu sevər, xatirini əziz tutardı. Qohum-əqrəbanın, ailənin sevimlisi, istəklisi idi.

Xalidə xanım deyir ki, "Xeyrullanın fərqli xasiyyəti var idi. Sanki həmişə harasa tələsirdi... Hərbçi olmaq onun seçimi idi. Səkkizinci sinifdə oxuyanda hərbçi olacağına qərar vermişdi, dediyini edən idi".

Xeyrulla İbrahimov 1985-ci ildə Xətai rayonundakı 116 nömrəli tam orta məktəbin səkkizinci sinfini bitirib təhsilini davam etdirmək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə imtahan verib qəbul olundu. 1988-1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya Komandirlər Məktəbində artilleriya ixtisası üzrə ali hərbi təhsil aldı.

Keçən əsrin 90-cı illərində yaxın qonşu bildiyimiz ermənilər əsl üzlərini faş edib xalqımızı öz dədə-baba yurdlarından zorla köçürəndə, torpaqlarımızı işğal etməyə başlayanda Vətən sevgili gənc zabitin də qanını coşdurdu. Xeyrulla "Vətənimin düşməni mənim düşmənimdir", - deyib əyninə hərbi forma geyinərək əlinə silah götürdü... Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Tərtər rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etdi. Əsl vətən oğlu kimi sinəsini düşmənə sipər etdi. "Vətən, canım sənə fəda olsun. Yolundan dönsəm, üzüm dönsün", - dedi.  Qəhrəmanlığı ilə ad çıxardı, düşmənə gözdağı oldu. "Kobra" təxəllüsü ilə tanınan bu qəhrəmanın adı çəkiləndə düşmənin canına qorxu düşürdü. Düşmən "Kobra"nın öldürülməsi üçün böyük məbləğdə "mükafat" da ayırmışdı. 

1992-ci ildən düşmənin canına qorxu salan qəhrəman döyüşçü 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində ağır  yaralanır.

Vətənsevər zabitin ömür yolunu vərəqlədikcə yurdunu canından çox sevən bir igidin ömür salnaməsi gözümüz önündə canlanır. 1993-cü il noyabrın 1-dən 1993-cü il yanvarın 18-nə qədər Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) sərəncamında olan Xeyrulla İbrahimov 1994-cü il yanvarın 18-dən 1997-ci il mayın 14-nə kimi Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə Artilleriya Divizionunun, 1997-ci il mayın 14-dən 1998-ci il noyabrın 1-nə qədər isə həmin hərbi hissədə Haubitsalı Artilleriya Divizionunun komandiri vəzifəsində xidmət edib. 1998-ci il noyabrın 1-dən 1999-cu il iyunun 29-na qədər Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda artilleriya rəisi vəzifəsində çalışıb. Sonra Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında dinləyici olub. 2000-ci il iyunun 30-da mayor hərbi rütbəsinə yüksəlib və 2000-ci il iyulun 26-dan 2003-cü il sentyabrın 30-na qədər Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə komandir müavini, 2004-cü il aprelin 

1-nə qədər həmin hərbi hissədə komandirin MTT üzrə müavini - MTT bölmə rəisi vəzifəsində xidmət edib. 2004-cü il iyunun 30-da Xeyrulla İbrahimova polkovnik-leytenant hərbi rütbəsi verilib. O, əvvəlcə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissənin, sonra isə 2009-cu il iyulun 25-dən 2011-ci ilə qədər Naxçıvan şəhərində yerləşən "N" sayı hərbi hissənin komandiri olub. Xeyrulla İbrahimov hərbi qulluqda xidmət edən zaman üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyi üçün müxtəlif medallarla təltif olunub.

Xalidə xanım göz yaşı içində sanki gözünün ilkinin  ömür kitabını vərəqləyir:

- Xeyrulla hərbçi olduğu üçün bir az gec ailə qurub. Bir gün dedim ki, ay bala, ananın arzusu oğul toyunda oynamaqdır. Vətənin keşiyində belə qeyrətlə duran oğul bir el qızının da namusunu qeyrətlə çəkməlidir. Gəl səni evləndirək. 1998-ci ildən Pərvanə ilə ailə qurur. Ləman adında bir qızı, Anar adında da  bir oğlunu yadigar qoyub getdi talesiz balam. Həyat yoldaşı xərçəng xəstəliyindən 2020-ci ildə müharibədən az əvvəl - iyun ayında vəfat etdi. Ömür-gün yoldaşının yoxluğu da balamı çox sarsıtdı.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Xeyrulla Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı kimi Müdafiə Nazirliyinə müraciət edərək könüllü olaraq Vətən uğrunda döyüşmək istədiyini bildirir. Döyüşlərdə ad çıxaran "Kobra"nı Müdafiə Nazirliyində yaxşı tanıyırdılar. Dərhal onun  müraciətinə baxılıb 

4-cü Ordu Korpusuna artilleriya rəisi vəzifəsinə təyinat verirlər. O, Ermənistan ordusunun canlı qüvvələrinin, dayaq məntəqələrinin məhv edilməsi zamanı xüsusi olaraq fərqlənir. Xeyrulla İbrahimov artilleriyanın sirlərini yüksək səviyyədə mənimsəyən və döyüşdə tətbiq etməyi bacaran zabitlərimizdən idi. Nəzəriyyəni təcrübədə tətbiq edən artilleriya ustası düşmənin hərbi obyektlərinin dəqiq koordinatlarını müəyyən edirdi. 

Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan Xeyrulla İbrahimov Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə düşmənin canlı qüvvəsini məhv edərək çoxsaylı hərbi texnikasını ələ keçirmişdi. Xeyrulla İbrahimov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olmuşdu. İkinci Şəhidlər xiyabanında dəfn edilmişdi.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Xeyrulla İbrahimov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Xeyrulla İbrahimov komandirlərə xas, dərin hərbi bilik, döyüşdə hadisələrin gedişini əvvəlcədən duyub lazımi tədbirlər görmək qabiliyyətinə malik hərbçi idi. O, tabeliyindəki şəxsi heyətə qarşı ədalətli və qayğıkeş bir komandir kimi davrandığı üçün qulluq etdiyi hərbi hissələrdə əsgər və zabitlərin böyük ehtiramını qazanmışdı. Xeyrulla cismən dünyasını dəyişsə də, əbədiyaşar qəhrəman kimi dostlarının, tanıyanların, ümumiyyətlə, xalqımızın qəlbindədir. İllər keçəcək, qərinələr ötəcək, qan yaddaşımızda onun kimi qəhrəmanlarımız əbədi yaşayacaq.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!