28 Sentyabr 2025 08:35
633
SİYASƏT
A- A+
Vətən müharibəsi Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirdi 

Vətən müharibəsi Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirdi 


Vətən müharibəsinin başlamasından 5 il ötür. 2020-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələri cəbhəboyu davamlı təxribatlara əl atır, eyni zamanda Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tuturdular. Nəticədə, hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 azyaşlı həlak oldu. Bu, Azərbaycanı adekvat tədbirlər görməyə vadar edirdi. 

Azərbaycan Prezidenti BMT-nin 75 illiyinə həsr edilmiş yüksəksəviyyəli iclasında dünya ictimaiyyətinin diqqətini erməni təxribatlarına, Ermənistanın təcavüzkar ritorikasına yönəltdi. Dövlət başçımız BMT-ni və beynəlxalq ictimaiyyəti bu ölkənin növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etdi. Bir daha BMT Təhlükəsizlik Şurası qətnamələrinin icra olunmaması gündəmə gətirildi, təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü elan edildi. Bununla belə, Ermənistan həyasızcasına təxribatlara ara vermədi və 2020-ci il sentyabrın 27-də cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bu, Azərbaycanın ədalət uğrunda müharibəsi idi. 

Müharibəni şərtləndirən əsas amillərdən biri beynəlxalq təşkilatların ikili standartlar siyasəti idi. Belə ki, münaqişənin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində işğalçı ilə işğala məruz qalmış tərəfə fərq qoymadan status-kvonun qorunmasına çalışırdı. Təbii ki, Azərbaycan bu vəziyyətlə barışa bilməzdi və gec-tez torpaqlarını işğaldan azad etməli idi. Bu barədə Azərbaycan Prezidenti bütün platformalarda Ermənistana və onun havadarlarına xəbərdarlıq edirdi. 

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində mədəniyyət paytaxtımız olan Şuşa başda olmaqla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxlu sayda strateji yüksəklik düşmən tapdağından azad edildi. Kapitulyasiya aktına imza atmağa məcbur olan Ermənistan 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayonu - Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana təhvil verdi. Beləliklə, 44 gün davam edən və Vətən müharibəsi kimi tarixə düşən müharibə şanlı Azərbaycan dövlətinin, xalqımızın və ordumuzun gücünü göstərdi. 

Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid oldu, minlərlə əsgər yaralandı, 6 nəfər itkin düşdü. Bu savaş həm də xalq olaraq bizim birliyimizi nümayiş etdirdi. Bütün dünya azərbaycanlıları bir yumruq kimi Müzəffər Ali Baş Komandanın, ordumuzun ətrafında sıx birləşdi və böyük qələbəni təmin etdi. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. 

2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatları nəticəsində isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə rayonlarının azad olunması ilə Azərbaycan Respublikasının suverenliyi tam təmin olundu. Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsində əldə olunan tarixi qələbəni əbədiləşdirmək məqsədilə işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunur. 

Müharibənin başa çatmasından dərhal sonra Azərbaycan sülh istiqamətində əməli işə başladı. Ermənistan dayanıqlı sülhdən yayınmağa çalışsa da, Azərbaycanın müəllifi olduğu sülh gündəliyi bu gün beynəlxalq səviyyədə dəstəklənir. Azərbaycanın əldə etdiyi böyük Zəfər, ölkəmizin yaratdığı yeni reallıqlar dünya birliyi tərəfindən qəbul olunur. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasından bəyan etdiyi kimi: "Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq".


Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!