19 Fevral 2026 08:55
482
İQTİSADİYYAT
A- A+
Vergi sisteminin rəqəmsallaşması

Vergi sisteminin rəqəmsallaşması


inzibatçılıqda insan amilinin minimuma endirilməsi, şəffaflığın artırılması və operativliyin təmin olunması deməkdir


İqtisadi inkişafın mühərriki olan sahibkarlıq fəaliyyəti hər bir dövlətin rifah göstəricilərində əsas yer tutur. Sahibkar yeni iş yerləri yaradır, bazara dinamika gətirir, rəqabəti gücləndirir və ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Həmin fəaliyyətin davamlı və sağlam inkişaf etməsi üçün isə şəffaf və etibarlı vergi sis

Bu baxımdan sahibkarlarla vergi xidməti arasında münasibətlər təkcə nəzarət və öhdəlik çərçivəsində deyil, qarşılıqlı anlaşma və əməkdaşlıq prinsipləri əsasında qurulmalıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən həyata keçirilən islahatlar, rəqəmsal xidmətlərin genişləndirilməsi və xidmətyönümlü yanaşmanın tətbiqi sahibkar-vergi münasibətlərində yeni mərhələnin başlanğıcını qoyub. Artıq vergi orqanı yalnız yoxlayan qurum deyil, həm də biznes mühitinin formalaşmasında tərəfdaş rolunda çıxış edir.

Sahibkarla vergi xidməti arasında sağlam dialoq, qarşılıqlı etimad və hüquqi mədəniyyətin yüksəldilməsi ölkənin iqtisadi sabitliyinin əsas dayaqlarındandır. Münasibətlərin necə qurulması isə bütövlükdə biznes mühitinin keyfiyyətini müəyyənləşdirir. Bununla belə hər bir münasibətdə olduğu kimi, sahibkar-vergi xidməti əlaqələrində də müəyyən çətinliklər mövcuddur. Bəzən normativ tələblərin mürəkkəbliyi, hesabat prosedurlarının çətin qavranılması və ya məlumat çatışmazlığı sahibkarlarda narahatlıq yaradır. Kiçik və orta biznes subyektləri üçün vergi qanunvericiliyindəki dəyişiklikləri operativ izləmək və düzgün tətbiq etmək xüsusi diqqət tələb edir.

Belə məqamda  sual yaranır: sahibkar bu mürəkkəb prosedurlar fonunda hara müraciət etməli, kimdən dəstək almalıdır?  Qeyd edək ki, son illər həyata keçirilən islahatlar məhz bu çətinlikləri minimuma endirməyə və sahibkar-dövlət münasibətlərini daha çevik müstəviyə keçirməyə hesablanıb. Sahibkarların qarşılaşdıqları çətinliklərin operativ və səmərəli həlli məqsədilə yaradılan mühüm platformalardan biri  "Bakı KOB evi"dir. Burada sahibkarlara bir sıra dövlət qurumları, o cümlədən  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən geniş spektrli xidmətlər təqdim olunur.

Artıq sahibkarlar vergi məsələləri ilə bağlı yalnız vergi orqanlarının xidmət mərkəzlərinə deyil, həm də  "Bakı KOB evi"nə  müraciət etməklə kompleks dəstək ala bilirlər. Burada kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, fiziki şəxslərin vergi uçotuna alınması, uçot məlumatlarında dəyişikliklərin aparılması, fəaliyyətin dayandırılması, bərpası və ya ləğvi kimi prosedurlar həyata keçirilir. Vergi bəyannamələrinin qəbulu, dövlət reyestrindən çıxarışların verilməsi, fiziki şəxslərin vergi uçotundan çıxarılması, eləcə də "ASAN imza"nın təqdim olunması kimi mühüm xidmətlər də sahibkarlara operativ şəkildə göstərilir.

Bu mərkəzin əsas üstünlüyü müxtəlif dövlət və özəl qurumların xidmətlərini vahid məkanda cəmləşdirməsidir. "Bakı KOB evi"ndə sahibkarlara 50-yə yaxın qurum tərəfindən  yüzlərlə xidmət təqdim olunur. Bu isə sahibkar üçün vaxt itkisini minimuma endirir, prosedurları sadələşdirir və dövlət-biznes münasibətlərində çevikliyi artırır.

Qeyd edək ki,  son zamanlar vergi sistemində aparılan yeniliklər münasibətlərin daha şəffaf və çevik əsasda qurulmasına xidmət edir. Elektron xidmətlərin genişləndirilməsi, onlayn qeydiyyat və hesabat sistemləri, risk əsaslı yoxlama mexanizmləri sahibkarların iş yükünü azaltmaq məqsədi daşıyır. Bu istiqamətdə  Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən rəqəmsallaşma siyasəti vergi inzibatçılığında insan faktorunun minimuma endirilməsinə, şəffaflığın artırılmasına və operativliyin təmin olunmasına şərait yaradır. Artıq sahibkar bir çox əməliyyatı vaxt və resurs itirmədən elektron platformalar vasitəsilə həyata keçirə bilir. Bu,  münasibətlərin daha çox tərəfdaşlıq müstəvisinə keçdiyini göstərir.

Ona görə də Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı sahibkarlar üçün mütəmadi maarifləndirici tədbirlər və seminarlar təşkil olunur. Qanunvericilikdə baş verən yeniliklərin praktik tətbiqini asanlaşdırmaq üçün vergi orqanları sahibkarlarla birbaşa ünsiyyət formatına üstünlük verir. Çünki hər bir yeniliyin real faydası yalnız o zaman ortaya çıxır ki, sahibkar onun mahiyyətini anlayır və düzgün tətbiq edir. 

Bu günlər sahibkarların yenilikləri dərindən başa düşməsi və onu işində  tətbiq etməsi üçün vergi orqanları ilə birgə "Bakı KOB evi"ndə maarifləndirici seminar təşkil olunub. Seminarda Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), "SM Consulting" və "Gbaru.com"un birgə təşəbbüsü ilə Vergi Məcəlləsində edilən son dəyişikliklərlə bağlı sahibkarlara məlumat verilib. Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-dək sahibkar iştirak edib.

Seminarda KOBİA və DVX-nin nümayəndələri çıxış edərək, sahibkarların maarifləndirilməsinin davamlı proses olduğunu vurğulayıblar. Bildirilib ki, bu cür görüşlər biznes subyektlərinə qanunvericilikdəki yeniliklər barədə operativ məlumat almaq və fəaliyyətlərini daha effektiv planlaşdırmaq imkanı verir. Tədbir çərçivəsində "SM Consulting" şirkəti Vergi Məcəlləsindəki dəyişiklikləri praktiki nümunələrlə təqdim edib, izahlar verib və sahibkarların suallarını cavablandırıb. Belə görüşlər sahibkarların hüquqi biliklərini artırmaqla yanaşı, onların biznes fəaliyyətini şəffaf və qanunauyğun şəkildə davam etdirməsinə şərait yaradır.

Gələcəkdə sahibkarla vergi xidməti arasında münasibətlərin daha düzgün qurulması və şəffaf çərçivədə inkişaf etməsi ölkənin iqtisadi dayanıqlığını möhkəmləndirəcək. Çünki güclü dövlət büdcəsi ilə dinamik sahibkarlıq sektoru bir-birini tamamlayan iki əsas qüvvədir. Onların sağlam əməkdaşlığı isə ümumi rifahın təminatıdır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!