01 May 2022 00:22
2803
CƏMİYYƏT
A- A+
Vərəsəlik hüququnun təminatı

Vərəsəlik hüququnun təminatı

 

Vərəsəlik hüququ anlayışı bir neçə növə bölünür: obyektiv vərəsəlik hüququ, subyektiv vərəsəlik hüququ, vərəsəlik münasibətlərini tənzimləyən qanunvericilik və vərəsəlik hüququ tədris fənni (kursu) mənasında.

Obyektiv vərəsəlik hüququ dedikdə, fiziki şəxsin ölümündən sonra qalmış mirasın, yəni öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusunun vərəsələrinə keçməsi zamanı yaranan mülki hüquq münasibətlərinin, habelə vərəsəliklə bağlı olan digər məsələləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür.

Mülkiyyət hüququnun növlərindən hesab edilən subyektiv vərəsəlik hüququ dedikdə isə şəxsin vərəsəlik hüququ nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət hüququnu təsbit edən 29-cu maddəsinin I, II və VII hissələrini subyektiv vərəsəlik hüququnun əsas mənbəyi kimi görə bilərik: hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna təminat verir.

Vərəsəlik hüququnu təmin edən qanunvericilik qanun üzrə vərəsələrin dairəsini, vəsiyyət sərəncamını, mirasın qəbulu və ondan imtina, vərəsəlik şəhadətnamələrinin verilməsi qaydaları və müddətlərini müəyyənləşdirir.

Vərəsəlik münasibətlərini tənzimləyən qanunvericilik vərəsəliklə bağlı yaranan mülki hüquq münasibətlərini, eləcə də vərəsəliklə bağlı olan digər mülki hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktların məcmusudur.

Vərəsəlik hüququ tədris fənni vərəsəlik institutuna dair konsepsiya, nəzəriyyə və doktrinal (elmi) fikirləri əhatə edir.

Vərəsəlik hüquq münasibətləri müəyyən hüquqi fakt əsasında yaranır. Q.S. Limanskinin fikrincə, vərəsəlik hüquq münasibətləri vərəsəlik açıldığı andan əmələ gələn, vərəsəliyin bölünməsi anında xitam olunaraq vərəsələrdə miras qoyanın malik olduğu analoji hüquqları yaradan və mülki hüquq normaları ilə nizama salınan mütləq əmlak münasibətləridir.

S.P.Qrişayev göstərir ki, həm iqtisadi, həm də hüquqi kateqoriya kimi mülkiyyətin formalaşması və möhkəmlənməsi prosesi ilə sıx bağlı olan qədim tarixə malik hüquq institutlarından biri olan vərəsəlik institutu bir tərəfdən mülkiyyətçiyə öz əmlakı üzərində sərəncam verməklə bağlı səlahiyyətin realizə olunmasına imkan yaradır, digər tərəfdən mülkiyyət hüququnun yaranması üçün əsaslardan biri kimi çıxış  edir.

V.N.Yakovlev qeyd edir ki, bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi olan ibtidai-icma cəmiyyətində yaranan Roma vərəsəlik hüququ bütün ictimai-iqtisadi formasiyalarda - quldarlıq, feodal, kapitalist və sosialist quruluşlarında inkişaf edərək çox uzun və mürəkkəb bir yol keçmişdir. Bu formasiyaların hər biri vərəsəlik hüququnun məzmununda müəyyən düzəlişlər etməsinə baxmayaraq, onun mahiyyəti dəyişməmişdir. Yəni vərəsəlik institutunun məzmununu qədim Roma vərəsəlik  institutunda olduğu kimi əmlak hüquq varisliyi təşkil edir.

XX əsrin sonu və XXI əsrin ilk onilliklərində Azərbaycan hüquq sistemi novellalarla zənginləşmişdir. Qəbul edilmiş qanunvericilik aktları cəmiyyətimizin sosial, iqtisadi və mədəni inkişafına geniş işıqlı yol açmışdır.

Ədliyyə orqanlarının fəaliyyətini, o cümlədən notariat prosesini tənzimləyən normativ hüquqi aktlar digər qanunvericiliklə bərabər xeyli dəyişilmiş, müasir çağırışlara cavab verən xüsusi qaydada notariat fəaliyyəti tətbiq edilmişdir. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi müasir ədliyyə siyasətinin göstəricisidir.

Təsadüfi deyildir ki, Azərbaycan notariatının təcrübəsi xarici ölkələrin notariat qurumları tərəfindən maraqla öyrənilir, rəqəmsal notariatımız isə nəinki Avropa, dünya notariat sistemində nümunə kimi qəbul edilir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron notariat" informasiya sistemi vərəsəlik işlərinin həllində mühüm rol oynayır. Belə ki, bu sistem vasitəsilə vərəsəlik hüququ ilə bağlı aşağıda göstərilən məlumatlar real vaxt rejimində əldə edilir: mirasın açıldığı yer və ərazi aidiyyəti, vərəsələrin dairəsi, vərəsələrin miras qoyanla qohumluq faktını təsdiqləyən akt qeydləri, digər notariat ofisində vərəsəlik işinin açılıb-açılmaması, miras qoyanın vəsiyyətnaməsi və onun qüvvədə olub-olmaması, mirası qəbul etmiş və ya ondan imtina etmiş vərəsələrin təsdiqlənmiş ərizələri və sair.

"Elektron notariat" informasiya sisteminin tətbiqi aparılan notariat hərəkətlərinin keyfiyyətini artırmış, notariat sahəsində vətəndaşlara daha çevik və keyfiyyətli xidmət göstərilməsinə şərait yaratmış, notariat sənədlərinin qanunauyğunluğu tam təmin edilmişdir.

Mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq vəzifələri 1999-cu ildə qəbul edilmiş Mülki Məcəllənin əsas vəzifələri kimi müəyyən edilmişdir.

Ölkəmizin hüquq sistemi Kontinental Avropa hüquq sisteminə uyğun olmaqla Roman-German hüquq ailəsinə aiddir. Burada ictimai münasibətlər əvvəlcədən yazılmış və dərc edilmiş qanunlarla tənzimlənir. Buna görə də, qanunvericinin qayəsi qanunların həyatın yeni çağırışlarına cavab verməsidir.

Kontinental Avropa hüquq sisteminin əsas dayaqlarından biri yazılı sübutlara üstünlük verilməklə ictimai münasibətlərdə qanunçuluğun təminidir.

Yazılı sübutları tərtib edib qanunauyğun formada rəsmiləşdirən və dövriyyəyə təqdim edən notariat Azərbaycanda yüksək inkişaf mərhələsini keçmiş və bazar iqtisadiyyatında azad sahibkarlığın əsas təminatçılarından birinə çevrilmişdir. Cəmiyyətdə notariatın nüfuzu davamlı olaraq artmaqdadır. Belə ki, notariuslara müraciət edənlərin və aparılan notariat hərəkətlərinin sayının ilbəil çoxalması cəmiyyətin notariata etibarının və notariusların reytinqinin əsas meyarıdır.

Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-1325-ci maddələri vərəsəlik məsələlərinə həsr olunmuşdur. Həmin məcəllənin "Vərəsəlik anlayışı" adlanan 1133-cü maddəsində göstərilir ki, "ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud    vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır".

Tarixən qanun üzrə vərəsəlik hüquq institutu kimi vəsiyyət üzrə vərəsəlikdən daha əvvəl formalaşmışdır. Müasir hüquq elmində isə vəsiyyət üzrə vərəsəliyə daha çox üstünlük verilir. Vəsiyyət üzrə vərəsəliyin mənbəyi miras qoyanın sadə yazılı formada və ya notariat qaydasında təsdiqlənən vəsiyyətnamədə əks olunmuş iradə ifadəsidir.

Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə bilər.

Qanun üzrə vərəsələrin dairəsi miras qoyanın qohumlarından ibarətdir. Mülki Məcəllənin "Qanun üzrə vərəsələr" adlanan 1159-cu maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.

İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları".

"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun VIII fəsli vərəsəlik hüququ haqqında şəhadətlərin verilməsinə həsr olunmuşdur. Bu qanunun 57-ci maddəsinə uyğun olaraq, "mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir".

Həmin qanunun 58-ci maddəsinə görə, "vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır.

Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.

"Notariat" haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsində qeyd olunur ki, "notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.

Mülki Məcəllənin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

Mülki Məcəlləsinin 1322-ci maddəsinə görə, "vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir".

"Notariat" haqqında Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə görə, "notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır.

Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır".

Qeyd edilməlidir ki, vərəsə mirasın qəbulundan imtina edilməsi haqqında mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətdə notariusa ərizə verə bilər. Bu ərizəni notariusa verən vərəsə bilməlidir ki, mirasdan imtina ərizəsi verməklə mirasdan pay almaq hüququna xitam verir və mirasdan imtina haqqında ərizəni notariusa verdikdən sonra geri götürə bilməz.

Notarius vərəsəlik hüququ haqqında şəhadətnaməni mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verir.

Təcrübədə bəzən vərəsələr elə hesab edirlər ki, onların payı mirası qəbul etməsələr belə toxunulmaz olaraq saxlanılır. Halbuki qanun mirasın vaxtında qəbul edilməsini tələb edir.

Belə ki, vərəsə Mülki Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə (vərəsənin susması) onun payı mirası vaxtında qəbul etmiş vərəsələrin payına əlavə edilir.

Vərəsəlik hüquqlarının təmin edilməsində ən vacib olan hərəkət mirasın vaxtında qəbul edilməsidir. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə notariat ofisinə mirasın qəbuluna dair ərizənin verilməsi həmin vərəsənin payının saxlanılmasını birmənalı şəkildə təmin edir və digər vərəsələrə vərəsəlik şəhadətnaməsi verilən zaman onun mirasda payının olduğu notarius tərəfindən nəzərə alınır.

Hər bir vərəsə mirasın qəbulu ilə bağlı notariusa vaxtında ərizə verməklə vərəsəlik hüquqlarını rəsmiləşdirərsə, gələcəkdə vərəsələr arasında  mülki mübahisələrin qarşısını alar, eləcə də vərəsələrin dairəsinin müəyyən olunması işində notariusa kömək edər.

 

Daxil KƏRİMOV,

Hüquq üzrə fəlsəfə doktoru, xüsusi notarius

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!