12 Sentyabr 2026 17:06
160
CƏMİYYƏT
A- A+
Vəkillər Kollegiyasının sədri Moldovada Vəkil Günü tədbirlərində iştirak edib

Vəkillər Kollegiyasının sədri Moldovada Vəkil Günü tədbirlərində iştirak edib

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Moldova Respublikası Vəkillər Birliyinin dəvəti ilə Kişinyov şəhərində səfərdədir.

Nümayəndə heyəti səfər çərçivəsində Vəkil Gününə həsr olunmuş “Təhlükəsizlik və müstəqillik: Vəkillər hakimiyyətdən sui-istifadəyə qarşı müdafiəçilər qismində” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Tədbirdə Moldova Respublikasının ədliyyə naziri, Moldova Prezidentinin hüquq məsələləri üzrə köməkçisi, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) vitse-prezidenti, müxtəlif ölkələrin vəkillər kollegiyalarının və hüquq cəmiyyətlərinin rəhbərləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Moldova Respublikası Vəkillər Birliyinin prezidenti Anatolie Barbacar konfrans iştirakçılarını və qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb.

Tədbirin açılışında çıxış edən VK sədri Anar Bağırov Moldova Respublikası Vəkillər Birliyini Vəkil Günü münasibətilə təbrik edib, birliyin rəhbərliyinə və üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Vəkillərin peşə bayramının əhəmiyyətindən danışan sədr Azərbaycanda da Vəkil Gününün qeyd olunduğunu diqqətə çatdırıb.

Anar Bağırov çıxışında vəkillik fəaliyyətinin müstəqilliyinin əhəmiyyətinə toxunaraq, Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə geniş məlumat verib.

Konfransın panel müzakirələri zamanı VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cavid Məmmədli “Azərbaycanda vəkillik fəaliyyətinin rəqəmsallaşdırılması” mövzusunda çıxış edib.

Səfər çərçivəsində VK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və müxtəlif ölkələrin vəkillər kollegiyalarının rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Sonda VK sədri Anar Bağırov Moldova Respublikası Vəkillər Birliyinin prezidenti Anatolie Barbacara xatirə rəsm əsəri hədiyyə edib.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var

17:18
12 Sentyabr

ÜST-nin Baş direktoru: Dünyada hər 4 nəfərdən 1-i təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

17:17
12 Sentyabr

Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi sentyabrın 16-da yenidən aktivləşəcək

17:16
12 Sentyabr

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar

17:13
12 Sentyabr

Vəkillər Kollegiyasının sədri Moldovada Vəkil Günü tədbirlərində iştirak edib

17:06
12 Sentyabr

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir

15:43
12 Sentyabr

Nazir: Kəlbəcərdə keçirilən II Bal Festivalında 40-a yaxın stend qurulub

15:37
12 Sentyabr

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı

15:23
12 Sentyabr

Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər

15:18
12 Sentyabr

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər

15:12
12 Sentyabr

Fəxriyyə Xələfova: “Sıfır tullantı” Azərbaycan moda sənayesi üçün real və davamlı iqtisadi modelə çevrilə bilər

15:02
12 Sentyabr

“II LCOY Azərbaycan 2026”: Qubada Milli Gənclər Bəyanatı qəbul ediləcək

14:32
12 Sentyabr

Qaradağ rayonunda “Gələcəyin arxitekturası: İnsan Kapitalı Liderlik və Süni İntellekt” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

14:05
12 Sentyabr

Səfir: Şuşaya vurulmuşam

13:54
12 Sentyabr

Sabahın hava proqnozu açıqlanıb

13:53
12 Sentyabr

Azərbaycan neftinin qiyməti 120 dolları ötüb

13:03
12 Sentyabr

Kəlbəcərin balı və yaylaq mədəniyyəti II Bal Festivalında

12:50
12 Sentyabr

Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin təşkili çox uğurlu addımdır

11:42
12 Sentyabr

Diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər

11:15
12 Sentyabr

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

10:39
12 Sentyabr

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

10:29
12 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!