08 Avqust 2026 17:30
2276
SİYASƏT
A- A+
Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH  

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH  


Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş tarixi Vaşinqton görüşündən bir il ötür. Vaşinqtonda əldə edilmiş nəticələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda dayanıqlı sülhün formalaşdırılması baxımından mühüm siyasi mərhələ olmaqla, regionda yaranmış yeni reallıqların beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib.

Deputat qeyd edib ki, Vaşinqton görüşünün siyasi əhəmiyyətini qiymətləndirərkən, ilk növbədə, həmin prosesə gətirib çıxaran tarixi və siyasi şəraiti nəzərə almaq lazımdır. Yeni mərhələnin əsasını Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi təşkil edir. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirlərindən sonra Azərbaycan bütün ərazisində suverenliyini təmin etməklə regionda uzun illər mövcud olmuş status-kvonu kökündən dəyişdi. Bu, ilk növbədə, tarixi ədalətin və beynəlxalq hüququn bərpası demək idi. Azərbaycan öz gücü və siyasi iradəsi hesabına BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmamış qətnamələrinin tələblərini yerinə yetirdi və bununla Cənubi Qafqazda tamamilə fərqli siyasi reallıq formalaşdırdı.

S.Fətəliyevanın sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji mahiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan qazandığı hərbi-siyasi Qələbəni yeni qarşıdurmanın başlanğıc nöqtəsinə deyil, uzunmüddətli sülhün təməlinə çevirdi. Müharibədən sonra Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürüldü. 2022-ci ildə Bakı gələcək sülh sazişinin əsasını təşkil etməli olan beş baza prinsipini təqdim etdi. Ötən müddət Azərbaycanın irəli sürdüyü prinsiplərin faktiki olaraq sülh prosesinin siyasi çərçivəsinə çevrildiyini göstərdi. Vaşinqtonda “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin paraflanması isə bu istiqamətdə ən mühüm nəticələrdən biri oldu.

“Son bir ilin dinamikası göstərir ki, Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoq normallaşma prosesinin əsas və alternativsiz formatı kimi getdikcə daha aydın şəkildə təsbit olunur. Əgər əvvəllər iki ölkə arasındakı məsələlərin müzakirəsində müxtəlif beynəlxalq vasitəçilik platformaları ön planda idisə, hazırda ikitərəfli təmaslar sistemli və davamlı xarakter almaqdadır. Yüksək və ali səviyyədə dialoq formalaşıb, administrasiyalar arasında daimi operativ əlaqələr mövcuddur. Diplomatik kanallar vasitəsilə də təmaslar davam etdirilir və beynəlxalq təşkilatlar çərçivəsində gərginliyin azaldılmasına yönəlmiş ünsiyyət aparılır”, - deyə Sevinc Fətəliyeva əlavə edib.

Parlamentari deyib ki, Vaşinqton görüşünün mühüm nəticələrindən biri də regional kommunikasiyaların açılması istiqamətində daha konkret perspektivin meydana çıxmasıdır. Bu baxımdan TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə daha geniş regional və beynəlxalq nəqliyyat sisteminin formalaşdırılması üçün yeni perspektivlər açır. Son bir ildə TRIPP-in həyata keçirilməsi istiqamətində müşahidə edilən dinamika layihənin tədricən siyasi konsepsiyadan praktiki müstəviyə keçdiyini göstərir. ABŞ Prezidenti Donald Trampın administrasiyasının bu istiqamətdə nümayiş etdirdiyi maraq, Azərbaycan və Ermənistanla aparılan iş, eyni zamanda, Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və bağlantı məsələlərinin müzakirəsi TRIPP-in əhəmiyyətinin yalnız Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmadığını göstərir.

Bu gün Cənubi Qafqazda formalaşan yeni siyasi reallığın əsas müəllifinin məhz Azərbaycan olduğunu xatırladan deputat vurğulayıb ki, Prezident İlham Əliyevin qazanılmış Qələbənin davamlı regional sülh və əməkdaşlıq modelinə çevrilməsi üçün irəli sürdüyü təşəbbüs regionun gələcək siyasi arxitekturasını da dəyişir. Formalaşan yeni modelin əsasını isə dövlətlərin suverenliyinə hörmət, birbaşa dialoq, iqtisadi qarşılıqlı maraqlar, nəqliyyat bağlantıları və regional əməkdaşlıq təşkil edir.

“Vaşinqton görüşündən ötən bir ilin nəticələri əsas tendensiyanın artıq formalaşdığını göstərir: Cənubi Qafqaz tədricən keçmiş münaqişənin məntiqindən uzaqlaşaraq yeni siyasi və geoiqtisadi reallığa uyğunlaşır. Azərbaycan isə bu transformasiyanın əsas təşəbbüskarlarından və aparıcı qüvvələrindən biri olaraq çıxış edir. Bu baxımdan Vaşinqton Sammitindən ötən bir ili Azərbaycanın yaratdığı yeni reallığın sülh, əməkdaşlıq və inkişaf modelinə çevrilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirmək olar”, - deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:35
05 Noyabr

K.S.İmanovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:34
05 Noyabr

"Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:33
05 Noyabr

"İcra haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:32
05 Noyabr

Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında

02:31
05 Noyabr

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 351-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:30
05 Noyabr

ABŞ Prezidenti respublikaçıların seçkidə uğursuz nəticə əldə etməsində İranla müharibənin rol oynadığını təsdiqləyib  

23:10
04 Noyabr

Donald Tramp: Demokratların impiçment təşəbbüsü onların öz partiyalarını məhv edə bilər  

23:09
04 Noyabr

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram  

22:36
04 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər  

22:07
04 Noyabr

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib  

21:53
04 Noyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb 

20:36
04 Noyabr

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub  

20:13
04 Noyabr

Maliyyə Nazirliyi yanında İctimai şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir  

20:09
04 Noyabr

Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır  

20:01
04 Noyabr

Süni intellekt dövründə şəxsi məlumatların qorunması  

19:57
04 Noyabr

Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib  

19:45
04 Noyabr

Qara dənizdə yük gəmilərinə hücumlar artır

19:45
04 Noyabr

“Kalaşnikov” “Kalitka” və “Kraken” ilə anti-dron qalxanını təqdim edib  

19:32
04 Noyabr

Ermənistan XİN rəhbəri: TRIPP vasitəsilə silah və sursat daşına bilməz  

19:24
04 Noyabr

Yaponiyada V əsrə aid şaman heykəlciyi aşkar edilib

19:16
04 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!