25 Fevral 2025 09:05
2722
Səhiyyə
A- A+
Ürək xəstələrinə soyuq hava xəbərdarlığı

Ürək xəstələrinə soyuq hava xəbərdarlığı


Dünyada geniş yayılan ölüm səbəblərindən biri ürək-damar xəstəlikləridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il  təxminən 18 milyon insan ürək xəstəlikləri səbəbindən dünyasını dəyişir. 

Rəqəmin gündən-günə artdığını təəssüflə qeyd edən mütəxəssislər xüsusilə soyuq havalarda infarkt, ürək çatışmazlığı səbəbindən ölüm riskinin daha çox olduğunu  bildirirlər. Belə ki, şiddətli külək və soyuqdan ürək damarlarında daralma, tıxanma yaranır.

Temperatur azaldıqca bədənin istilik tarazlığını qorumaq üçün bəzi tənzimləmə mexanizmləri işə düşür. Bunlardan ən əhəmiyyətlisi isə dərinin qan dövranıdır. Soyuq havada dərinin qan dövranı daralır və bədənin hərarətini saxlamağa çalışır. Belə hallarda ürək daha çox qan vurur, nəticədə ürək döyüntüsü və təzyiq artır. Bu hal sağlam insanlara ciddi təsir etməsə də, ürək xəstələrinə mənfi təsir göstərir.

Kardioloqlar bildirirlər ki, qış mövsümündə immun sisteminin zəifləməsi infeksiyalara qarşı həssaslığı artırır, soyuqdəymədən tutmuş qrip və ağciyər xəstəliklərinə qədər bir çox xəstəliyə yoluxmaya səbəb olur. İnfeksiyanın gətirdiyi hərarət ürək döyüntülərini daha da sürətləndirir. Ürəyin daha sürətli işləməsi isə oksigen istehlakını artırır ki, bu, xüsusilə koronar arteriya və ürək çatışmazlığı olan xəstələrdə əlavə risklər yaradır. Yarana biləcək ağır fəsadların qarşısını almaq üçün mütəxəssislər xüsusilə yaşı 65-dən yuxarı olan ürək xəstələrinə pnevmoniyaya qarşı peyvənd etməyi tövsiyə edirlər.

Qışda həm soyuq, həm də hərəkətsizliyin təsiri nəticəsində çəki artımı baş verə bilər. Bu isə ürək xəstələri üçün ciddi təhlükədir. Əlverişli hava şəraitində açıq havada gündəlik qısa gəzintilər etmək, qida rasionu, maye qəbulu, gigiyena, stresdən uzaq durmaq və yuxu rejiminə diqqət etmək ürək-damar xəstələri üçün olduqca önəmlidir. Güclü immun sistemi üçün gündəlik qida rasionuna yumurta, ağ və qırmızı ət, süd məhsulları, mövsümi meyvə və tərəvəzləri, xüsusilə zəncəfil, sarıkök, darçın, qırmızı və qara istiot kimi ədviyyatlar əlavə edilməlidir. İsti qış çayları da soyuq qış günlərində immungücləndiricidir. Bunlara qızılgül, cökə, adaçayı, nanə, darçın və hibiskus çaylarını aid edə bilərik.

Güclü sümüklər və əzələlər hər yaşda vacib sağlamlıq detalıdır. Qarlı, buzlu qış günlərində sürüşmə, yıxılma ehtimalı artır. Yıxıldıqda belə ciddi zədələr almamaq üçün daha çox süd məhsulları, pendir və qatıq istehlak etmək lazımdır. Kalsiumla zəngin qidaları, xüsusilə kələm və qalın yaşıl yarpaqlı tərəvəzlər, D vitamini ilə bol yağlı balıqlar, maqneziumla zəngin qoz, fındıq, balqabaq tumu və küncüt daha tez-tez qəbul edilməlidir. Proteinli qidalar hər nə qədər faydalı olsa da, orqanizm heyvan zülalları ilə həddindən artıq yüklənməməli, bitki mənşəli zülallara üstünlük verilməlidir. Mütəxəssislərin dediklərinə əməl edərək sağlam və uzun ömür sürmək, xəstəliklərdən uzaq durmaq o qədər də çətin deyil. 


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!