16 Yanvar 2026 19:41
544
DÜNYA
A- A+
UNICEF-in Ukraynadakı nümayəndəliyinin rəhbəri: İntensiv zərbələr enerji və su təchizatı sistemlərini dağıdır  

UNICEF-in Ukraynadakı nümayəndəliyinin rəhbəri: İntensiv zərbələr enerji və su təchizatı sistemlərini dağıdır  


Ukraynada hamımızın qorxduğu qış ssenarisi artıq reallığa çevrilib. İntensiv zərbələr ekstremal aşağı temperatur şəraitində həyati əhəmiyyətli enerji və su təchizatı sistemlərini dağıdır. Ölkə üzrə milyonlarla ailə istilik, elektrik enerjisi və su təchizatı olmadan yaşayır.

Bu barədə AZƏRTAC-a UNICEF-in Ukraynadakı nümayəndəliyinin rəhbəri Munir Məmmədzadə məlumat verib.

“Uşaqlar və onların ailələri daim sağ qalmaq uğrunda mübarizə aparır. Bu ölkədə həyat mənfi 18 dərəcə temperaturda istilik olmadan, fasiləsiz zərbələrdən qorunmaq və ekstremal temperatur şəraitində sağ qalmaqdan ibarət olub”, - deyə o bildirib.

Onun sözlərinə görə, UNICEF çadırları psixososial dəstək üçün materiallarla da təchiz edib. Bu materiallar azyaşlılara istirahət və əyləncə üçün oyunlar və oyuncaqlar təqdim edir, həm uşaqlara, həm də böyüklərə artan narahatlıqla mübarizə aparmağa kömək edir.

“Məktəb yaşlı uşaqlar üçün belə sərt şərait həm fiziki, həm də psixoloji baxımdan təsirini göstərir. Qaranlıq və aşağı temperatur qorxu və stresi gücləndirə, tənəffüs və digər xəstəliklərə səbəb ola və ya onları ağırlaşdıra bilər.

Daha həssas qrup ən kiçiklərdir. Yenidoğulmuşlar və körpələr bədən istiliyini sürətlə itirir və hipotermiya, eləcə də tənəffüs xəstəlikləri riskinə daha çox məruz qalırlar. Bu hallar kifayət qədər istilik və tibbi yardım olmadıqda, qısa müddətdə həyat üçün təhlükəli vəziyyətə çevrilə bilər.

Təhsil də yenidən pozulub. Bu, paytaxtda və digər bölgələrdə məktəblərin və uşaq bağçalarının tamamilə distant təhsilə keçməsinə səbəb olub. Lakin elektrik enerjisinin kəsilməsi onlayn dərslərin keçirilməsini də çətinləşdirib”, – deyə M.Məmmədzadə vurğulayıb.

O qeyd edib ki, fövqəladə çətinliklərə baxmayaraq, zərər dəydikdən dərhal sonra enerji və su təchizatı sahəsinin mütəxəssisləri elektrik, istilik və su infrastrukturlarında təcili bərpa işlərinə başlayırlar.

“Xidmətlərin bərpası zamanla yarışa girməkdir və UNICEF genişmiqyaslı qış yardım proqramı çərçivəsində bu prosesi dəstəkləyir, o cümlədən 470 min uşaq daxil olmaqla 1,65 milyon insana yardım göstərilməsi üçün fasiləsiz fəaliyyət göstərir.

Bu iş bir neçə ay əvvəl başlayıb və əvvəlki illərdə edilmiş investisiyaları da əhatə edir. Həmin investisiyalar bugünkü fasilələrin təsirini yumşaldır. Kiyevdə mərkəzi istilik elektrik stansiyalarına zərər dəydikdən sonra əvvəlcədən hazırlanmış ehtiyat generatorları dərhal işə salaraq elektrik enerjisinin verilməsini təmin etdik və həyati əhəmiyyətli xidmətlərin tam dayandırılmasının qarşısını aldıq. Ölkə üzrə su və istilik təchizatı müəssisələrinə 79 güclü generator göndəririk, fasilələri azaltmaq və daha dayanıqlı istilik təmin etmək məqsədilə bələdiyyələrlə əməkdaşlığımızı genişləndiririk.

Cəbhəyanı bölgələrdə valideynlərin uşaqlarının təxirəsalınmaz ehtiyaclarına diqqət ayıra bilmələri üçün 86 min uşaq daxil olmaqla 183 mindən çox insana qış mövsümü üzrə maliyyə yardımı göstərilib. Həmçinin təhsil sistemi vasitəsilə təxminən 445 min şagird üçün daha əlverişli şəraitin yaradılması və təhsil müəssisələrinin açıq qalması məqsədilə təcili modernləşdirmə işlərinə dəstək üçün 1500 təhsil müəssisəsinə qış qrantları ayrılıb”, – deyə UNICEF-in Ukraynadakı nümayəndəliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, qış mövsümündə yaranan bu təhlükə ötən il əvvəlki illə müqayisədə uşaqlar arasında təsdiqlənmiş itkilərin sayının 11 faiz artmasından sonra baş verib. Bildirilib ki, azı 92 uşaq həlak olub, 652 uşaq yaralanıb. Ümumilikdə müharibə başlayandan indiyədək 3,2 mindən çox uşaq həlak olub və ya yaralanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna parlamentində çalışmaq istəməyən deputatlar cəbhəyə xidmətə getməlidirlər

14:06
15 Mart

Qazaxıstanda referendum baş tutmuş hesab olunub

13:46
15 Mart

Qlobal Bakı Forumu çərçivəsində Cənub-Şərqi Avropa və Transxəzər Biznes Sammiti 

13:11
15 Mart

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

13:02
15 Mart

Kasım-Jomart Tokayev: Prezident seçkiləri 2029-cu ildə keçiriləcək

12:48
15 Mart

Alkis Drakinos: Cənubi Qafqazdan keçən nəqliyyat marşrutları Avropa ilə Asiya arasında ticarət əlaqələrinin artmasına təkan verir  

11:49
15 Mart

Avropada doğum səviyyəsi azalmaqda davam edir  

11:29
15 Mart

Hakan Fidan: İran ətrafındakı müharibə bütün regiona yayılmaqdadır

10:38
15 Mart

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!