21 May 2026 18:50
134
CƏMİYYƏT
A- A+
Ümumdünya Şəhərsalma Forumunda məcburi köçkünlərin şəhər mühitinə inteqrasiyası yolları araşdırılıb  

Ümumdünya Şəhərsalma Forumunda məcburi köçkünlərin şəhər mühitinə inteqrasiyası yolları araşdırılıb  


Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində BMT-nin Məskunlaşma Proqramı (Un-Habitat) tərəfindən “İnsani yardım–inkişaf əlaqəsi çərçivəsində məcburi köçkünlərin idarə olunması və ərazi əsaslı yanaşma” mövzusunda sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə məcburi köçkünlərin problemlərinin həllində humanitar yardım, şəhər inkişafı və sülh quruculuğunu birləşdirən inteqrasiya olunmuş yanaşmalar müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, dünyada 70 milyondan çox məcburi köçkünün mövcudluğu, onların təxminən 58 faizinin şəhər ərazilərində yaşaması şəhərlərdə mənzil təminatı, əsas xidmətlərə çıxış, məşğulluq imkanları və idarəetmə sistemləri üzərində əlavə təzyiq yaradır. Bu səbəbdən problemin həlli yalnız qısamüddətli humanitar müdaxilələrlə məhdudlaşmamalı, uzunmüddətli və dayanıqlı inkişaf yanaşmaları ilə birləşdirilməlidir.

Bildirilib ki, ərazi əsaslı yanaşma çərçivəsində həyata keçirilən planlaşdırma, mənzil təminatı və yaşayış mühitinin yaxşılaşdırılması tədbirləri məcburi köçkünlərin dayanıqlı inteqrasiyası üçün mühüm platforma rolunu oynayır.

Müzakirələr zamanı qeyd olunub ki, Un-Habitat tərəfindən Kolumbiya, Mərkəzi Afrika Respublikası, Əfqanıstan və Sudan kimi ölkələrdə tətbiq edilən təcrübələr bu yanaşmanın effektivliyini göstərir. Həmin ölkələrdə şəhər sistemlərinin gücləndirilməsi, torpaq və mənzil təhlükəsizliyinin təmin edilməsi, eləcə də yerli idarəetmənin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər davamlı həllərə mühüm töhfə verib.

Tədbirdə, həmçinin vurğulanıb ki, humanitar yardım, inkişaf və sülh istiqamətlərini birləşdirən yanaşmaların gücləndirilməsi ev sahibi icmalarla məcburi köçkünlərin birgə dayanıqlılığını və sosial inteqrasiyasını təmin edən əsas amillərdən biridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya qalib gəlib

20:49
21 May

CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib

20:43
21 May

Misirdə böyük neft-qaz yatağı tapılıb

20:33
21 May

Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır 

20:17
21 May

Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb

20:11
21 May

WUF13 çərçivəsində “Bakı Baş Planı-2040”ın dayanıqlı şəhər inkişafı istiqamətlərindən danışılıb - YENİLƏNİB  

19:57
21 May

Xüsusi nümayəndə: Kəlbəcərdəki layihələr doğma torpaqlara həyatın yenidən qayıtdığını təcəssüm etdirir  

19:51
21 May

Xüsusi nümayəndə: Mənzil təminatı və sosial inklüzivlik Qarabağın bərpasında əsas prioritet istiqamətlərdəndir  

19:47
21 May

Aqrar sahənin davamlı inkişafında dövlət-özəl tərəfdaşlığı - "Aqrar Süni İntellekt" layihəsi və dataəsaslı idarəetmə həlləri təqdim olunub  

19:41
21 May

Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar  

19:36
21 May

İlyas Demirci: Yaşayış sahələrimizi qorumaq üçün daha güclü qərarlar qəbul etməliyik

19:30
21 May

WUF13 çərçivəsində KOB-ların davamlı, inklüziv və dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub - YENİLƏNİB

19:26
21 May

WUF13: “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı sessiya baş tutub - YENİLƏNİB 

19:22
21 May

Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib  

19:16
21 May

WUF13: Qlobal Cənubun sürətlə urbanizasiya olunan ölkələri üçün innovativ tərəfdaşlıqlar və həllər” mövzusunda panel yekunlaşıb  

19:14
21 May

WUF13 çərçivəsində Ukraynada dayanıqlı mənzil həlləri müzakirə olunub  

19:13
21 May

Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib 

19:12
21 May

UN-Habitat: Dayanıqlı və aşağıkarbonlu şəhər inkişafında mənzil və iqlim siyasətlərinin inteqrasiyası vacibdir - YENİLƏNİB  

19:10
21 May

ADA Universitetinin professoru Silja Tillner WUF13-də Vyana təcrübəsindən danışıb

19:09
21 May

BMT: Ötən il münaqişə zonalarında hər 14 dəqiqədə 1 mülki şəxs həlak olub  

19:07
21 May

Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası olub 

19:05
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!