12 Dekabr 2025 19:01
140
CƏMİYYƏT
A- A+
Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  


Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə Azərbaycanın Litvadakı Səfirliyində anım mərasimi təşkil olunub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev Ümummilli Lider Heydər Əliyevin həyatı, fəaliyyətinin əsas mərhələləri və dövlətçilik tariximizdə oynadığı müstəsna rol barədə danışıb. Qeyd edib ki, Ulu Öndərin siyasi irsi müasir Azərbaycan dövlətinin ideya, siyasi və institusional təməlini formalaşdırıb, çətin və məsuliyyətli dövrlərdə göstərdiyi qətiyyəti və uzaqgörənliyi ölkəmizi dağılma təhlükəsindən xilas edərək, sabitlik və inkişaf yoluna çıxarıb.

Ümummilli Lider Heydər Əliyevin əsas məqsədinin güclü, sabit və müasir Azərbaycan yaratmaq olduğunu deyən səfir vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar, milli maraqlara əsaslanan siyasət və dövlət quruculuğu strategiyası ölkəmizin siyasi, iqtisadi və sosial həyatında dərin iz qoyub, bugünkü nailiyyətlərin əsasını təşkil edir.

T.Qarayev Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında aparıcı rolunu vurğulayıb, 2025-ci ilin ölkəmizdə “Azərbaycan Konstitusiyası və Suverenlik İli” kimi qeyd edilməsinin Ulu Öndər irsinin dövlət strategiyasının mühüm hissəsi olduğunu nümayiş etdirdiyini bildirib. O, həmçinin Ulu Öndərin dövlətçilik ideyalarının və xalqına xidmət fəlsəfəsinin bu gün Azərbaycan üçün yol xəritəsi olduğunu, milli həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Sonra Ümummilli Liderin xatirəsinə həsr olunmuş fotosərgi keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

On bir ayda dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb  

18:17
12 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

18:10
12 Dekabr

"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı növbəti müzakirələr aparılıb  

17:21
12 Dekabr

AQTA-nın kollektivi anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib  

17:19
12 Dekabr

Putin və Ərdoğan Aşqabadda danışıqlar aparıblar  

17:13
12 Dekabr

Havanın temperaturu 5-7 dərəcə aşağı enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ  

17:06
12 Dekabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Ulu Öndərin xatirəsini anıb  

17:05
12 Dekabr

Gənclər və İdman Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib  

17:04
12 Dekabr

İnnovativ üzük təqdim olunub  

17:02
12 Dekabr

Marsda qeyri-adi qaya  

16:57
12 Dekabr

Yeni amfibiya növü kəşf edilib  

16:56
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!