12 Dekabr 2025 17:21
132
CƏMİYYƏT
A- A+
"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı növbəti müzakirələr aparılıb  

"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı növbəti müzakirələr aparılıb  


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniya Hökumətinin Baş Katibliyinin dəvəti əsasında bu ölkəyə səfəri davam edir.

Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Rumıniya tərəfinin təşəbbüsü ilə Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib. Mirça Abrudean “ASAN xidmət” modelinin beynəlxalq səviyyədə nümunəvi təcrübə kimi tanındığını vurğulayaraq bu sahədə əldə olunan nailiyyətlərə görə Dövlət Agentliyinin sədrinə təbriklərini çatdırıb.

Həmçinin Dövlət Agentliyinin nümayəndə heyətinin iştirakı ilə Rumıniya Parlamentində “Dövlət Sektorunda İnnovasiya Forumu”nun qalibləri ilə görüş keçirilib. Görüş zamanı dövlət xidmətləri sahəsində innovativ texnologiyaların tətbiqi və bu istiqamətdə “ASAN xidmət”in uğurlu fəaliyyəti qeyd olunub.

Səfər zamanı qarşı tərəfin təşəbbüsü əsasında Rumıniyanın Baş nazirinin müavini Marian Neakşu ilə də görüş olub. Görüş zamanı qarşı tərəfə “ASAN xidmət” modeli, onun fəaliyyət mexanizmi, vətəndaş məmnunluğuna əsaslanan xidmət prinsipləri və sosial innovasiyalar sahəsində əldə edilən nəticələr barədə ətraflı məlumat verilib.

Rumıniya Hökumətinin Baş katibi ilə keçirilmiş görüş çərçivəsində ötən il imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib və “ASAN xidmət” modelinin Rumıniyada tətbiqi istiqamətində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərə dair müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

On bir ayda dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb  

18:17
12 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

18:10
12 Dekabr

"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı növbəti müzakirələr aparılıb  

17:21
12 Dekabr

AQTA-nın kollektivi anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib  

17:19
12 Dekabr

Putin və Ərdoğan Aşqabadda danışıqlar aparıblar  

17:13
12 Dekabr

Havanın temperaturu 5-7 dərəcə aşağı enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ  

17:06
12 Dekabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Ulu Öndərin xatirəsini anıb  

17:05
12 Dekabr

Gənclər və İdman Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib  

17:04
12 Dekabr

İnnovativ üzük təqdim olunub  

17:02
12 Dekabr

Marsda qeyri-adi qaya  

16:57
12 Dekabr

Yeni amfibiya növü kəşf edilib  

16:56
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!