12 Dekabr 2025 18:46
547
CƏMİYYƏT
A- A+
Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib


Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) rəhbərliyi və şəxsi heyəti 12 dekabr - anım günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Mətbuat Xidmətindən verilən məlumata görə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor Sərdar Səfərovun rəhbərliyi ilə Agentliyin  əməkdaşları müstəqil və müasir Azərbaycanın qurucusu, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin məzarının önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Sonra anım tədbiri  Agentliyin konfrans zalında davam edib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Agentliyin rəisi, general-mayor Sərdar Səfərov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün ölkəmizdə həyatın bütün sahələrində inkişaf, quruculuq dövrü kimi tarixə düşdüyünü qeyd edib, onun zəngin rəhbərlik təcrübəsinin müstəqilliyimizin ilk illərində qarşıya çıxan problemlərin həllində  mühüm rol oynadığını diqqətə çatdırıb. 

Ulu Öndərin  qısa zaman kəsiyində sabitliyi, əmin-amanlığı bərqərar etdikdən sonra  iqtisadi dirçəlişimizin əsasını qoyan “Əsrin müqaviləsi” ilə Azərbaycanı  dünyada söz sahibi etdiyini, etibarlı tərəfdaş kimi tanıtdığını deyən natiq, ölkəmizi parçalamaqdan, bölünməkdən qorumağın vahid bir ideologiya əsasında mümkünlüyünü böyük uzaqgörənliklə müəyyənləşdirən Ümummilli Liderin azərbaycançılıq ideologiyası ilə xalqımızı bir bayraq altında birləşdirdiyini vurğulayıb.  

Qeyd olunub ki, Ümummilli Liderin ən böyük arzusu Vətən torpaqlarının işğaldan azad olunması idi. Ulu Öndər ideyalarından güc alan xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşərək, beş il öncə XXI əsrin hərb tarixinə əbədi həkk olan qələbəyə imza atdı. 2023-cü ildə keçirilən antiterror tədbirləri ilə Azərbaycan suverenliyini tam bərpa etdi, Xankəndidə üçrəngli bayrağımız dalğalandı, Ulu Öndərin vəsiyyəti yerinə yetirildi.

Tədbirdə iştirak edən digər çıxışçılar ərazi bütövlüyünə, suverenliyinə qovuşan ölkəmizin Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar əldə edəcəyinə inamlarını ifadə edib, gələcək nəsillərin müstəqil, müasir  Azərbaycanın qurucusu Heydər Əliyevin adı ilə daim fəxr edəcəklərini vurğulayıblar.

Sonda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub. 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Avropada dizel yanacağı fyuçersləri 2022-ci ildən bəri ən yüksək səviyyədədir  

16:49
02 Aprel

Ədliyyə Nazirliyi: “Yüksəliş” müsabiqəsi qaliblərinin mentorluq proqramını həyata keçirməsi üçün lazımi şərait yaradılacaq  

16:44
02 Aprel

Tramp: Dünyanın Hörmüz boğazına ehtiyacı var, ABŞ-nin isə yox

16:41
02 Aprel

Avropada təbii qaz qiymətləri kəskin artıb

16:37
02 Aprel

BMT: Yaxın Şərq müharibəsi bərpaolunan enerji mənbələrinə sürətli keçidin əhəmiyyətini artırır  

16:21
02 Aprel

Kəlbəcərə növbəti köç: Daha 27 ailə doğma yurduna qovuşub YENİLƏNİB 2

16:18
02 Aprel

Avstraliya qumar reklamlarına qarşı sərt məhdudiyyətlər tətbiq edir

16:17
02 Aprel

İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verəcək  

16:12
02 Aprel

Marsda mümkün həyat izləri ilə bağlı araşdırma aparılıb  

16:11
02 Aprel

“AirPods Max 2” təqdim edilib  

16:01
02 Aprel

Böyük Britaniya Aİ ilə əlaqələri gücləndirəcək

15:56
02 Aprel

Cənubi Koreya enerji böhranına qarşı 17,3 milyard dollar ayırır

15:53
02 Aprel

Qızılın qiyməti müharibə bəyanatlarından sonra azalıb  

15:45
02 Aprel

Bu kiçik şəhər dünyanın ən pis havasına malikdir

15:41
02 Aprel

Hacıqabul Sənaye Parkında yeni investisiya layihəsi: 50 iş yeri yaradılacaq   

15:36
02 Aprel

Türkiyə 224 kilometrlik yolun təmirinə başlayıb 

15:31
02 Aprel

Ay ətrafında səyahətə start verilib  

15:30
02 Aprel

Bakı-Supsa neft kəməri: xərclər və müqavilə şərtləri təsdiqləndi 

15:21
02 Aprel

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!