25 Aprel 2025 08:30
384
SİYASƏT
A- A+
Ultramillətçi dünyagörüşünün təzahürü

Ultramillətçi dünyagörüşünün təzahürü


Ermənilərin bayrağımızı yandırması acizliyin, qorxudan doğan aqressiyanın nümunəsidir


"Ermənistanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması erməni cəmiyyətində kök salmış saxta ideologiyalara, miflərə və əsatirlərə söykənən ultramillətçi dünyagörüşünün təzahürüdür. Digər tərəfdən bu vandalizm aktı erməni cəmiyyətində dövlətçilik ənənələrinin və əxlaqının olmadığını təsdiqləyir".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. O bildirib ki, öz gücü və potensialı hesabına dövlət quran bir toplum heç vaxt on milyonlarla insanın qurduğu dövlətin atributlarına qarşı vandalizm aktı törətməz. Bu həm də acizliyin, qorxudan doğan aqressiyanın nümunəsidir. Təsadüfi deyil ki, Ermənistan vaxtilə işğal altında olan Azərbaycan torpaqlarına da eyni vandal təfəkkürü ilə yanaşıb. İstər azadlığına qovuşmuş ərazilərimizdə, istərsə də Qərbi Azərbaycanda xalqımıza məxsus böyük mədəniyyətin nümunələrini və izlərini silmək üçün ən qəddar vəhşiliklərə əl atıblar. Bütün bunlar klassik erməni sosial varlığının dağıdıcılığından, vandal mahiyyətindən xəbər verir. Vandalizmin bəşəriyyətə bəlli olan tarixi bizim eradan əvvəl 356-cı ildən, şöhrət qazanmaq üçün Efes şəhərindəki Artemida məbədini yandıran Herostratdan başlayır. "Vandalizm" sözünün etimologiyası isə qədim alman tayfası olan vandallarla bağlıdır. "Belə ki, Romanın Afrikadakı canişini Bonufasi imperiyaya qarşı qiyam qaldırdıqdan sonra kömək üçün vandallara müraciət edir və onlar Afrikadakı Roma torpaqlarını qəsb etdikdən sonra, 528-ci ildə burada Vandal dövləti yaradırlar. Daha sonra Vandal ordusu Roma imperiyasının əyalətlərinə hücuma keçir. 455-ci ildə isə Romanı ələ keçirir, antik dövrə aid olan bütün mədəniyyət nümunələrini, ədəbi əsərləri, abidələri məhv edirlər. Vandalları digər işğalçılardan fərqləndirən əsas cəhət isə soyğunçuluq və quldurluğun onların mövcudluğunu təmin edən əsas vasitə olması ilə bağlıdır. Məhz bu amil də nəticədə Vandal dövlətinin Yer üzündən silinməsinə səbəb olur. Vandallardan öncə romalılar da eramızdan əvvəl 146-cı ildə Karfagen dövlətini məhv etmiş, şəhəri xarabalığa çevirmişdilər. Bu baxımdan qədim romalılar da vəhşilikdə vandallardan bir o qədər də geridə qalmayıb və Roma imperiyasının vəhşiliklərinin izlərini bu gün də Tunis ərazisində yerləşən Karfagen xarabalıqlarında görmək mümkündür", - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, ermənilər isə Mərkəzi Asiyadan Türkiyəyə, Gürcüstandan indiki İran İslam Respublikasınadək nəhəng bir coğrafiyadan türklərin və onlarla ortaq dəyərlərə sahib olan digər xalqların izlərini silməyə çalışıblar: "Erməni ultramillətçiliyi həm formasına, həm də məzmununa görə son 200 ildə mövcud olan bütün millətçi dünyagörüşlərindən fərqlənir. Daha aqressiv, mərhəmətsiz və amansızdır. Bu dünyagörüşü özündə bəşər tarixinin bütün pisliklərini, antiinsani təfəkkür və davranışlarını birləşdirən, son nəticədə paranoid şəxsiyyət pozuntusuna, indiki halda isə paranoid millət pozuntusuna gətirib çıxaran təfəkkür və həyat tərzidir. Erməni vandalizminin kökləri haqqında apardığım araşdırmalar zamanı da buna bir daha əmin oldum. Vandalizmlə bağlı filosof və psixoloqların fikirlərini ümumiləşdirən dünyaca məşhur "Laruss" ensiklopediyasında qeyd olunur ki, "vandalizm insanı qarşısına çıxan bütün gözəllikləri, o cümlədən incəsənət əsərlərini məhv etməyə sövq edən ruh halıdır". Ermənilərdə bu, toplumsal ruh halıdır və özünü əsasən ekstrimal vəziyyətlərdə, vandalizm üçün əlverişli tarixi şərait və cəzasızlıq mühiti yaranan zaman daha qabarıq şəkildə büruzə verir. 

Deputat bildirib ki, erməni Qriqoryan kilsəsinin, Daşnaksütyun və Qnçak kimi ultramillətçi təşkilatların ideoloqlarının tarixi Azərbaycan torpaqlarından, o cümlədən İrəvandan azərbaycanlıların izini tamamilə silməkdə məqsədləri yalnız "böyük Ermənistan" xülyasını gerçəkləşdirməkdən ibarət olmayıb, onlar erməniləri, xüsusilə də yeni nəslin nümayəndələrini uydurduqları və saxta ideoloji pazllardan ibarət "tarix"lərinə inandırmaq, zombiləşdirmək, nifrət silahına çevirmək istəyirdilər. 

E.Mirzəbəyli xatırladıb ki, Almaniyada faşistlər hakimiyyətə gəldikdən sonra gənc nəslin və bütövlükdə almanların beynini yumaq üçün 12 tezisdən ibarət təlimat hazırlamışdılar. "Hitler inkvizisiyası" adını alan bu tezislər alman xalqının gerçək keçmişi və bəşəri dəyərlər ilə bütün əlaqələrinin qırılmasına xidmət edib: "Üçüncü Reyxin ideoloqları 1933-cü il mayın 10-da 34 universitet şəhərciyində keçirilən "məşəl yürüş"lərindən sonra, təxminən 300 müəllifin 25 min cilddən çox kitabının yandırılmasına nail oldular. Alman xalqının böyük əksəriyyəti yalnız faşizm ideologiyasını təbliğ edən kitabların ümidinə qaldı və "beyinlərin yuyulması əməliyyatı" cəmi 6 il sonra özünü büruzə verməyə başladı. "Məşəl yürüşləri" işğal, ölüm yürüşləri ilə əvəz olundu, tonqallarda, sobalarda kitabları deyil, insanları yandırdılar. Təfəkkür baxımından Üçüncü Reyx qurucularından fərqlənməyənlərin məşəl yürüşünə çıxmaları və Azərbaycan, Türkiyə bayraqlarını yandırmaları da qəddar ultramillətçi təfəkkürün növbəti nümunəsidir. Nifrət, yalan, xəstə, şizofrenik təfəkkürdən doğan mistik fərziyyələr üzərində qurulan ideyalar nüvə silahından da dəhşətlidir. Faşizmin, o cümlədən erməni faşizminin tarixi də bunu sübuta yetirir. Adolf Hitlerlə bağlı bir məqama diqqət çəkmək istəyirəm. Adolf Hitleri dünyanı ələ keçirmək xülyasına düşürən təəssürat bəşər tarixinin ən böyük qatilində harada formalaşıb? Muzeydə... Bəli, dünya mədəniyyətinin, bəşəri düşüncənin düşməni olan Hitler sonradan məhv etdirdiyi muzeylərdən birində yüzbaşı Longinin İsa Məsihi çarmıxdan endirən zaman istifadə etdiyi nizəni gördükdən və yeniyetməlik illərində sözügedən nizənin dünya üzərində hökm sürmək imkanı verdiyi barədə əfsanəni xatırladıqdan sonra dünyaya sahiblənmək niyyətinə düşüb. Bir yalan, bir əfsanə milyonlarla insanın ölümünə, şəhər və kəndlərin dağıdılmasına, tarixi və mədəniyyət abidələrinin yerlə bir edilməsinə səbəb olub".

Deputat erməniləri türklərə, azərbaycanlılara və bütövlükdə erməni olmayanlara qarşı nifrət üzərində kökləyən əfsanə və nağılların da Adolf Hitleri ekstaza gətirən mistik hekayədən fərqi olmadığını düşünür.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!