09 Dekabr 2025 13:46
291
CƏMİYYƏT
A- A+
Ukrayna dilində çap olunan “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatı keçirilib  

Ukrayna dilində çap olunan “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatı keçirilib  


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Ukraynanın Azərbaycandakı səfirliyi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun birgə təşkilatçılığı ilə “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının Ukrayna dilində ilk təqdimatı keçirilib. Tədbir Azərbaycan və Ukrayna arasında mədəni-humanitar əməkdaşlığın inkişafına töhfə verən əhəmiyyətli layihə kimi dəyərləndirilib.

AZƏRTAC xəbər verir ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov kitabın Ukrayna dilində nəşr olunmasının multikulturalizm və mədəniyyətlərarası dialoq baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, nəşr Azərbaycanın görkəmli şəxsiyyətləri – Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın həyat yolunu Ukrayna ictimaiyyətinə daha yaxından tanıtmaqla xalqlar arasında mənəvi körpü yaradır. Rəvan Həsənov belə layihələrin Azərbaycan həqiqətlərinin müxtəlif dillərdə təqdimatı baxımından BBMM üçün prioritet istiqamət olduğunu diqqətə çatdırıb.

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib ki, nəşr səfirliyin “Ukrayna mədəniyyətinin yeni üfüqləri: Ədəbiyyat günləri” layihəsi çərçivəsində çap olunub və iki dost xalq arasında mədəni-humanitar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Diplomat vurğulayıb ki, kitab Ukrayna ictimaiyyətinin Azərbaycan tarixini, onun görkəmli şəxsiyyətlərini və zəngin mənəvi dəyərlərini daha yaxından tanımasına imkan yaradır. Səfir belə təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin mədəni dialoqun dərinləşməsinə xidmət edəcəyini qeyd edib.

BBMM-in Analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasovun moderatorluğu ilə keçirilən tədbirdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Azərbaycan Yazıçılar Birliyinin sədrinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, “Azərbaycan–Ukrayna Konqresi” İctimai Birliyinin sədri Yuriy Osadçenko, Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, təşkilatın sədr müavini Oksana Moskalenko çıxış edərək Azərbaycan ilə Ukrayna arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəm tarixi əsaslara söykəndiyini bildiriblər.

Natiqlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində oynadığı misilsiz rolu, akademik Zərifə Əliyevanın zəngin mənəvi və elmi irsini qeyd edərək əsərdə əks olunan ailə dəyərlərinin, sədaqət və ülvi məhəbbət ideyalarının bu gün də aktual olduğunu vurğulayıblar. Nəşrin xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni yaxınlaşmanın güclənməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.

Kitabın müəllifi, BBMM-nin Himayəçilik Şurasının üzvü, Xalq yazıçısı Elmira Axundova çıxış edərək nəşrin üzərində çalışarkən əsas məqsədinin tarixi faktları təqdim etməklə yanaşı, böyük şəxsiyyətlərin mənəvi aləmini, bir-birinə olan bağlılığını və ailə dəyərlərinə sədaqətini oxucuya çatdırmaq olduğunu bildirib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini akademik Zərifə Əliyevanın şəxsiyyəti ilə birgə təqdim etmək bütöv mənəvi portret yaratmağa imkan verib. Yazıçı kitabın Ukrayna dilində nəşrinin onun üçün xüsusi mənəvi əhəmiyyət kəsb etdiyini vurğulayıb və layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, kitab Ukraynanın Azərbaycandakı səfirliyinin “Ukrayna mədəniyyətinin yeni üfüqləri: Ədəbiyyat günləri” layihəsi çərçivəsində nəşr olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna Rusiyanın strateji neft və hərbi obyektlərinə hava zərbələri endirib

19:03
11 Yanvar

Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır VİDEO  

18:17
11 Yanvar

Almaniya Kansleri Hindistana səfər edib  

18:02
11 Yanvar

Sabah bəzi meteohəssas insanlarda narahatlıq hissi yarana bilər  

17:58
11 Yanvar

Məsud Pezeşkian: İran hökuməti bütün zəruri dəyişiklikləri həyata keçirməyə hazırdır  

17:48
11 Yanvar

Ekokönüllülər Zəngəzur Milli Parkına ekskursiya edib  

17:17
11 Yanvar

Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub  

16:39
11 Yanvar

Bakıdan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb 

15:29
11 Yanvar

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb

14:57
11 Yanvar

Almaniyada sol ekstremistlərə və radikal iqlim fəallarına qarşı tədbirlər sərtləşdiriləcək  

14:30
11 Yanvar

Volodimir Zelenski: Rusiyanın kritik infrastrukturlara zərbələrindən sonra Ukraynada vəziyyət ağır olaraq qalır  

14:02
11 Yanvar

“Qalatasaray” üzərində qələbəyə görə “Fənərbağça”nın futbolçularına 1,5 milyon avro mükafat verilib

13:53
11 Yanvar

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:23
11 Yanvar

IRENA-nın Baş direktoru: Ölkələrin bərpaolunan enerji strategiyalarını gücləndirməsinin vaxtı çatıb  

12:54
11 Yanvar

Stokholmda Qarabağ Həftəsonu Məktəbində yeni tədris ilinə start verilib 

12:43
11 Yanvar

Zaqatalada 27, Qaxda 15 santimetrədək qar yağıb – FAKTİKİ HAVA

11:31
11 Yanvar

Azərbaycan Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin 16-cı Assambleyasında təmsil olunur  

11:05
11 Yanvar

Xarici işlər nazirinin müavini Somali ilə bağlı fövqəladə iclasda iştirak edib  

10:48
11 Yanvar

Bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür  

10:11
11 Yanvar

ABŞ Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı hücumla bağlı açıqlama yayıb- YENİLƏNİB  

09:09
11 Yanvar

Sərbəst güləş üzrə Azərbaycan çempionatında növbəti medalçılar bəlli olub 

21:54
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!