31 Yanvar 2025 08:00
1303
SİYASƏT
A- A+
Üç dövlət arasındakı əlaqələr cari maraqlara yox, əbədi qardaşlığa söykənir

Üç dövlət arasındakı əlaqələr cari maraqlara yox, əbədi qardaşlığa söykənir


Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli görüşündə önəmli məsələlər müzakirə olunub


Xəbər verildiyi kimi, Türkiyənin paytaxtı Ankarada Türkiyənin Ticarət, Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan-Özbəkistan biznes-forumu keçirilib. 

200-dək sahibkarın iştirak etdiyi görüşdə tikinti, tütünçülük, qida sənayesi, əczaçılıq, tikinti materialları, turizm, tekstil, sənaye, logistika kimi məsələlər ətrafında müzakirələr gedib. Azərbaycan, Türkiyə və Özbəkistan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, biznes tərəfdaşlığının effektivliyinin artırılması, ticarət əlaqələrinin genişləndirilməsi, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviqi imkanları tədbirin əsas mövzusu olub. Qeyd olunub ki, hər üç ölkə arasında əlaqələr regiondakı geosiyasi proseslər fonunda inkişaf edir. 

Şübhəsiz, bu əməkdaşlığın güclənməsində Türk Dövlətləri Təşkilatının (TDT) böyük rolu var. TDT-də təmsil olunan ölkələr arasında ötən müddətdə həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. İndiyədək vaxtaşırı iqtisadi münasibətlər çərçivəsində bu birliyə üzv dövlətlərin müvafiq qurumlarının yüksəksəviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes-forum gerçəkləşdirilib. Həmin tədbirlərdə quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar müsbət nəticə ilə diqqət çəkib. 

Bu deyilənlər adıçəkilən forumda da gündəliyə gəlib. Bildirilib ki, TDT-nin ötənilki 11-ci Zirvə görüşü çərçivəsində üzv dövlətlər arasında imzalanmış Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi, dövlət başçıları tərəfindən imzalanmış Qarabağ Bəyannaməsi, həmçinin Türk İnvestisiya Fondu strateji və iqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayır. 

Ayrıca Azərbaycan-Türkiyə əlaqələrinə gəlincə qeyd edə bilərik ki, ölkələrimiz arasında iqtisadi əlaqələr günbəgün genişlənir. İngilislər deyirlər ki, dövlətin əbədi dostu olmur, əbədi marağı olur. Amma bir sıra enerji və nəqliyyat layihələrinə evsahibliyi edən Azərbaycan və Türkiyə qardaşlığı bu deyimi təkzib edir. Çünki əlaqələr ortaq milli maraqlarla yanaşı, həm də yüksək mənəvi dəyərlərə söykənir. Məhz bu səbəb imkan verib ki, qardaş dövlətlər arasındakı iqtisadi  birliyin sarsılmazlığı Türkiyə-Azərbaycan-Özbəkistan biznes-forumunda bir daha səsləndirilsin. Tədbirdə bildirilib ki, indiyədək Türkiyə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyub və ölkələrimiz arasında investisiya üzrə işbirliyi genişlənir. Eləcə də Azərbaycan sərmayəçiləri ölkələrimiz üçün vahid ekosistemin iştirakçıları kimi çıxış edirlər. O da diqqətə çatdırılıb ki, Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 20 milyard dollaradək investisiya yatırılıb. Türkiyə şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasında daha fəal iştiraka, təqdim edilən güzəştlərdən yararlanmağa dəvət edilib. 

Biznes-forumda Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin getdikcə artdığı vurğulanıb. Sirr deyil ki, həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan bütün türk dünyasının qüdrətli dövlətləri hesab olunurlar. Nəqliyyat sektoru iki qardaş dövlət, bütövlükdə türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə önəmli töhfələr vermək perspektivinə malikdir. Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal əməkdaşlıq edirlər. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda gərəkli bir sıra nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. 

Tədbirdə digər məsələlər də diqqətə çatdırılıb. Qeyd olunub ki, Orta dəhliz üzrə nəqliyyat-tranzit daşımalarında artım var. 500 milyon dollarlıq kapitala malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin xətti ilə 8 layihə üzrə işlər görülür. Özbəkistan Prezidentinin Füzuli rayonunda özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Mirzə Uluqbəy adına məktəbin fəaliyyətə başlaması, Xankəndi şəhərində tikiş fabrikinin açılışı ölkələrimiz və xalqlarımız arasında əsl qardaşlıq və əməkdaşlıq nümunəsidir.

Forum çərçivəsində  Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair Ankara Bəyannaməsi qəbul olunub.  Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək əks olunub. Həmçinin ətraf mühit və iqlim dəyişmələri üzrə mübarizə istiqamətləri TDT çərçivəsində əməkdaşlığın, xüsusən Orta dəhlizin səmərəliliyi və rəqabətədavamlılığının artırılmasının vacibliyi  ifadə edilib. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırlayıb

11:19
19 Fevral

Azərbaycan hər zaman səmərəli və inklüziv çoxtərəfli sistemin güclü tərəfdarı olmuşdur

11:13
19 Fevral

Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyəti ilə görüş olub

10:43
19 Fevral

Ramiz Teymurov: Cəbrayılda babalarımızın, nənələrimizin qəbirlərini ziyarət edəcəyik  

10:42
19 Fevral

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

10:39
19 Fevral

Dünyanın ən güclü teleskopu Yer üçün təhlükəli asteroidi izləyəcək

10:38
19 Fevral

İqdır Universitetində Xocalı soyqırımına həsr olunmuş konfrans keçiriləcək

10:21
19 Fevral

Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib

10:09
19 Fevral

Çempionlar Liqası: "Bavariya" 1/8 finalda, "Milan" və "Atalanta" mübarizəni dayandırıb

09:57
19 Fevral

Ərdoğan: Türkiyə Ukrayna üzrə danışıqlar üçün ideal ölkədir

09:37
19 Fevral

Səməd Seyidov: Beynəlxalq təşkilatların əhəmiyyətini itirdiyi bu dövrdə Türk dövlətləri ən yüksək səviyyədə özünü göstərir  

09:18
19 Fevral

Paşinyana Qərbdən əvvəlki dəstək yoxdur

09:15
19 Fevral

Sağlam dişlərin sirri

09:10
19 Fevral

Yenilənmiş "Şəmkir" futbol klubunun təqdimat mərasimi keçirilmişdir

09:05
19 Fevral

XX əsr qəzəlimizin Vahidi

09:00
19 Fevral

QƏZƏLLƏR

08:55
19 Fevral

"Xankəndi" iş başında

08:50
19 Fevral

Dövlət növbəti dəfə sahibkara sahib çıxdı

08:45
19 Fevral

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər

08:40
19 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

08:35
19 Fevral

ABŞ-nin Mayami-Deyd dairəsində 26 fevral tarixi Xocalının Anım Günü elan edilib

08:30
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!