15 Aprel 2025 18:20
545
SİYASƏT
A- A+
Bakıda TÜRKPA üzvlərinin Müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclası keçirilib YENİLƏNİB

Bakıda TÜRKPA üzvlərinin Müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclası keçirilib YENİLƏNİB


Aprelin 15-də Milli Məclisdə TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclası keçirilib.

AZƏRTAC iclas “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusuna həsr olunub.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin təmsilçiləri, TÜRKPA-nın Baş katibi və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev ölkə Prezidenti İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” ifadəsinin önəmini qeyd edərək, türk dövlətlərinin siyasi, iqtisadi, təhlükəsizlik baxımından təşkilatlanmasının vacibliyindən danışıb. Bildirilib ki, Türk dövlətləri ilə bütün sahələrdə, o cümlədən parlament səviyyəsində əlaqələrin güclənməsi ölkəmizin prioritet məsələlərindəndir. Bu gün dünyada inkişafın, sülhün və təhlükəsizliyin təmin edilməsində Türk dövlətləri birliyi əsas güc strukturlarından biridir. Komitə sədri TÜRKPA-nın mühüm platforma kimi strateji hədəflərin həyata keçirilməsində önəmli addımlar atdığını, üzv dövlətlərin parlamentləri arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verdiyini söyləyib.

A.Nağıyev TÜRKPA-ya üzv ölkələrin parlament komitələri arasında mütəmadi görüşlərin keçirilməsini təqdirəlayiq hesab edib. O bildirib ki, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, digər formatlarda iş birliyinin genişləndirilməsi tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın və ölkələrimizin ortaq maraqlarına xidmət edir. Quruma üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin iclaslarının bu sahədə əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyib. Parlamentlərin milli təhlükəsizlik və müdafiə strategiyalarını dəstəkləyən qanunvericilik bazasının formalaşmasında mühüm addımlar atdığını qeyd edib. Komitə sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etdiyini, Cənubi Qafqazda yaranan sabitliyin möhkəmləndirilməsi üçün sülh müqaviləsinin imzalanmasının vacibliyindən danışıb. O, Ermənistanın sülh müqaviləsini imzalamaqda maraqlı olmadığını təəssüflə qeyd edib. Gələcəkdə müdafiə sənayesi, müdafiə və təhlükəsizlik sahələrində Türk dövlətləri ilə parlamentlər səviyyəsində çoxtərəfli əməkdaşlığın uğurla davam edəcəyinə inamını ifadə edən Arzu Nağıyev bugünkü görüşün məhsuldar olacağını, aparılan səmərəli müzakirələrin birgə işbirliyimizin dərinləşməsinə öz töhfəsini verəcəyini söyləyib.

Sonra iclasda Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar çıxış edərək ötən il TBMM-nin evsahibliyi ilə keçirilmiş müdafiə komitələrinin birinci iclasını xatırladıb. Tədbirin Türk dövlətləri arasında birliyin gücləndirilməsi baxımından önəmini qeyd edib. Bu gün dünyada baş verən proseslər, artan təhlükələr fonunda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın, sülhün, əmin-amanlığın təşviqinin böyük əhəmiyyət kəsb etdiyi bildirib. O, TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitələrinin toplantılarının keçirilməsinin parlament diplomatiyası vasitəsilə regional əməkdaşlığın güclənməsində mühüm rol oynadığını vurğulayıb. Təşkilatın üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, bu ölkələrə aid aktual məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynadığını qeyd edib. Hulusi Akar bildirib ki, quruma üzv dövlətlər təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün öz səylərini əsirgəmirlər. O, parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf etdirilməsi, qurumun fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində gələcəkdə atılacaq birgə addımların vacibliyi barədə fikirlərini səsləndirib. H.Akar Türk xalqlarının daha da yaxınlaşması, ölkələr arasında bütün sahələrdə əlaqələrin inkişafı, birgə strateji layihələrin həyata keçirilməsi istiqamətində ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin önəmindən danışıb. Komitə sədri Azərbaycanın Qarabağ uğrunda haqlı mübarizəsində əldə etdiyi Zəfəri bütün Türk dünyası və dünya birliyi üçün nümunə olduğunu vurğulayıb. O qeyd edib ki, Türk dövlətləri arasında əməkdaşlığın inkişafı regionda sabitliyin və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir, həmçinin dünya miqyasında Türk dünyasının beynəlxalq təsirini artırır.

İclasda Qazaxıstan Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin üzvü Amangeldi Nuqmanov ölkəsinin TÜRKPA-ya üzv dövlətlərlə dostluq münasibətlərinə malik olduğunu, əlaqələri ən yüksək formada inkişaf etdirmək və vahid türk ailəsinə daha da yaxın olmaq istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini söyləyib. O qeyd edib ki, beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq müdafiə, habelə siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafı, ölkələrin milli və birgə təhlükəsizliyi ilə əlaqədar məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir.

Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Eldar Sulaymanov öz çıxışında bu gün qlobal təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu qeyd edib, bu məsələlərin həllində parlament diplomatiyasının rolu barədə söhbət açıb. Türk dövlətlərinin beynəlxalq proseslərdə aktiv iştirakı və birgə təşəbbüsləri barədə fikirlərini bölüşüb.

Özbəkistan Ali Məclisi Senatının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Kutbidin Burxanov dünyada gedən geosiyasi proseslər fonunda Türk dövlətləri birliyinin möhkəmləndirilməsi və regional həmrəyliyin dərinləşdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. TÜRKPA üzv dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində inteqrasiyanın gücləndirilməsi üçün strateji addımların atılmasına diqqət çəkib. O, strateji əməkdaşlıq planlarının Türk dünyasının təhlükəsizlik sahəsində koordinasiyasını artırmaqla yanaşı, regiondakı sabitliyin möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib.

İclasda çıxış edən Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi məsələlər, xarici işlər və müdafiə komitəsinin sədri Yasemi Öztürk bildirib ki, Türk dövlətlərinin birliyi həm regional sabitliyə, həm də qlobal miqyasda ədalətli dünya nizamının formalaşmasına yönəlib. O, Türk dövlətləri arasında bütün sahələrdə olduğu kimi, təhlükəsizlik məsələlərində də əməkdaşlığın gücləndirilməsinin vacibliyi barədə də fikirlərini səsləndirib.

Sonra TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib. O qeyd edib ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində dövlətlərimiz arasında birlik və həmrəyliyin daha da dərinləşməsi, hər sahədə əlaqələrin inkişafı mühüm rol oynayır. Türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın ortaq təhdidlərə cavab verilməsi, strateji məqsədlərimiz, regional sabitlik baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Mehmet Süreyya Er bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də parlament diplomatiyasının önəmli rolundan danışıb. O, ölkələrimizin və ümumilikdə bölgənin təhlükəsizliyinin təmin edilməsi üçün atılan addımlarda parlamentlərin qarşılıqlı fəaliyyətinin və əməkdaşlığının özünəməxsus yerini qeyd edib. Üzv parlamentlərin Müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin iclaslarının nəinki TÜRKPA çərçivəsində əməkdaşlığa, o cümlədən dövlətlərimizin və regionumuzun təhlükəsizliyinə mühüm töhfə verəcəyinə inamını bildirib.

Digər çıxış edənlər türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi və bu sahədə parlamentlərin rolu ilə bağlı fikirlərini bölüşüblər, qeyd və təkliflərini səsləndiriblər.

İclasda gündəliyin digər məsələlərinə də baxılıb, müvafiq qərarlar qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!