04 Noyabr 2025 22:38
386
SİYASƏT
A- A+
TÜRKPA-nın Baş katibi TDT-nin Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb

TÜRKPA-nın Baş katibi TDT-nin Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb


Noyabrın 4-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsən TÜRKPA Beynəlxalq Katibliyində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Ağsaqqallar Şurasının üzvləri – Azərbaycanın keçmiş Baş naziri və xarici işlər naziri Həsən Həsənov, Qazaxıstan Parlamentinin Senatorlar Şurasının üzvü İkram Adırbek, Qırğız Respublikasının keçmiş Baş naziri Apas Djumaqulov, Özbəkistanın “Nurani” Fondunun İdarə Heyətinin sədri Sodikjon Turdiyev və Şimali Kipr Türk Cümhuriyyətinin İnformasiya Ofisinin keçmiş müdiri Oktay Öksüzoğlu daxildir.

Mühüm ziyarəti əbədiləşdirmək məqsədilə Katibliyin həyətyanı sahəsində ağacəkmə mərasimi keçirilib. Bu tədbir Türk dünyasının davamlı əməkdaşlığının, ortaq köklərinin və çiçəklənən gələcəyinin güclü rəmzi kimi xidmət edib.

Baş katib Ramil Həsən Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı və Şuranın üzvlərini Beynəlxalq Katiblikdə qəbul etməkdən böyük məmnuniyyətini ifadə edib. Baş katib, həmçinin özünün vəzifəsinin icrasına başladığı ilk günlərdə TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edərək, göstərdiyi əhəmiyyətli dəstəyinə görə Binəli Yıldırıma minnətdarlığını bildirib.

Öz növbəsində Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım səfir Ramil Həsəni TÜRKPA-nın Baş katibi seçilməsi münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Binəli Yıldırım Baş katibin əvvəlki vəzifələrindəki geniş təcrübəsinə və dərin siyasət anlayışına əsaslanaraq bu mühüm vəzifədə uğurla çalışacağına əminliyini ifadə edib.

Görüş Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi səfir Ufuk Turqanerin iştirakı ilə də əlamətdar olub.

Nümayəndə heyətini TDT Baş katibinin müavini Ömer Kocaman, Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın baş müşavirləri Sinan Ülker və Muharrem Çığlık, TDT-nin layihə direktoru Ali Çiviler və Ağsaqqallar Şurası sədrinin müşaviri Seçil Özyanık daxil olmaqla, vəzifəli şəxslər müşayiət ediblər.

Görüşdə, həmçinin TÜRKPA Baş katibinin müavinləri Talqat Aduov, Sakı Sadıkov və Muhammet Alper Hayali, eləcə də komissiya katibi Kadir Yaman iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

16:28
08 Noyabr

Şərəf, qürur və inam günü

16:26
08 Noyabr

Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb

16:03
08 Noyabr

ABŞ Suriya liderinin adını qlobal terrorçular siyahısından çıxardı

15:41
08 Noyabr

Nazir Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb 

15:21
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir YENİLƏNƏCƏK

15:17
08 Noyabr

Ərdoğan: Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılıb  

14:49
08 Noyabr

Müdafiə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin və şəhidlərin məzarlarını ziyarət ediblər  

14:48
08 Noyabr

Məhəmməd Şahbaz Şərif: Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin təntənəsi oldu  

14:47
08 Noyabr

Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib

14:46
08 Noyabr

Pakistanın Baş naziri: Bu gün burada böyük vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm  

14:46
08 Noyabr

Ərdoğan: Qarabağın azad edilməsi, təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük qürur mənbəyidir 

14:45
08 Noyabr

Türkiyə Prezidenti: Zəfərimiz mübarək olsun

14:44
08 Noyabr

Prezident İlham Əliyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir

14:04
08 Noyabr

Prezident: Enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik  

14:03
08 Noyabr

Azərbaycan Prezidenti: Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir  

14:02
08 Noyabr

Prezident: Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil

14:01
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 

14:00
08 Noyabr

Azərbaycan Prezidenti: Bu gün hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür 

13:57
08 Noyabr

Prezident İlham Əliyev: Türkiyə Prezidenti İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana öz dəstəyini göstərirdi 

13:57
08 Noyabr

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!