19 Fevral 2025 10:43
340
SİYASƏT
A- A+
Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyəti ilə görüş olub

Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyəti ilə görüş olub


Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Əli Əhmədov qonaqları səmimi salamlayaraq, onların APA-nın Milli Məclisin evsahibliyi ilə keçirilən 15-ci plenar sessiyasında geniş tərkibdə iştirakına görə təşəkkür edib, Azərbaycanın APA-ya sədrliyinin uğurlu olmasından danışıb. O, dünyanın bugünkü mürəkkəb şəraitində APA-da müzakirəyə çıxarılan məsələlərin sülhə və sabitliyə öz töhfəsini verəcəyinə inamını bildirib.

Birinci vitse-spiker Azərbaycan və Türkiyə arasında Ulu Öndər Heydər Əliyevin "Bir millət iki dövlət!" şüarına uyğun olaraq inkişaf edən əlaqələrindən məmnunluqla söz açıb. Qeyd edib ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri bir çox ölkələr üçün nümunədir. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır və bunu dəfələrlə nümayiş etdiriblər.

TBMM-in nümayəndə heyətinin rəhbəri Abdulkadir Emin Önen qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, APA-nın Bakıda keçirilən 15-ci plenar sessiyasının gündəliyinin aktuallığını qeyd edib. O, dost və qardaş ölkələrimiz arasında münasibətlərin, parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, TBMM-in millət vəkili Osman Cengiz Çandar çıxış ediblər. Onlar vurğulayıblar ki, bu gün Azərbaycan və Türkiyə bütün sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinə malikdirlər və münasibətlərimiz günbəgün daha da möhkəmlənir.

Söhbətdə parlamentlərimizin də iki qardaş və dost ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə özünəməxsus töhfələr verdiyi, həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlıq etdikləri bildirilib.

Görüşdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, deputatlar Heydər Əsədov, Əziz Ələkbərov, Məlahət İbrahimqızı, Rizvan Nəbiyev, TBMM-in millət vəkilləri Ömer Özmen, Vecdi Gündoğdu və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!