15 Aprel 2025 17:45
271
CƏMİYYƏT
A- A+
Türkiyədə keçirilən təlimdə probasiya, sosial adaptasiya və reabilitasiya üzrə müsbət təcrübələr bölüşülüb  

Türkiyədə keçirilən təlimdə probasiya, sosial adaptasiya və reabilitasiya üzrə müsbət təcrübələr bölüşülüb  


Ədliyyə Nazirliyinin Probasiya xidmətinin, Sosial Xidmətlər Agentliyinin, Gənclər Fondunun və Azərbaycan Universitetinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti aprelin 7-11-i tarixlərində Türkiyənin Ankara şəhərində təlim səfərində olublar.

Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinin Probasiya üzrə Dairə Başkanlığının təşkilatçılığı ilə baş tutan səfər probasiya və digər cəza-icra qurumlarının fəaliyyəti ilə tanışlıq və qarşılıqlı təcrübə mübadiləsi məqsədi daşıyıb.

İlk olaraq Azərbaycan nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Səfər zamanı qardaş ölkənin bu il 20 illik yubileyini qeyd etdiyi probasiya fəaliyyətinin tarixi və mahiyyəti, Türkiyənin probasiya qurumlarının funksiya və səlahiyyətləri, probasiya qeydiyyatında olan şəxslərin, o cümlədən narkomaniyadan məcburi müalicə alan şəxslərin reabilitasiyası, yetkinlik yaşına çatmayanların cəmiyyətə reinteqrasiyası və sosial adaptasiyası, onlara tətbiq olunan təhsil və sosial-psixoloji dəstək proqramları, probasiya üzrə innovativ texnoloji yeniliklər, elektron qolbaqların tətbiqi, rəqəmsal monitorinq texnologiyaları və digər mövzularda təlimlər və təcrübə mübadiləsi aparılıb. Bundan əlavə, Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinə, Probasiya üzrə Dairə Başkanlığına, Ankara Probasiya İdarəsinə, Ankara Uşaq tərbiyə müəssisəsinə, Sincan Açıq tipli cəza-icra kompleksinə, Qırıqqala Cümhuriyyət Baş Prokurorluğuna, asılılıqla mübarizə proqramlarından biri olan “Hüzur Köy” - Narkomaniya ilə mübarizə və Sosial Adaptasiya Mərkəzinə və digər ədliyyə qurumlarına baş çəkilib.

Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırım, Probasiya üzrə Dairə Başkanı Dr. Hüseyin Şık, Qırıqqala Cümhuriyyət baş prokuroru Akın Çetin və digər rəsmi şəxslərlə görüşləri keçirilib. Görüşlərdə ölkəmizdə son dövrlər probasiya sahəsində həyata keçirilən islahatlar və yeniliklər barədə ətraflı məlumatlar verilib, hər iki ölkənin bu sahədə müsbət təcrübəsi, tətbiq olunan təlim və sosial-psixoloji dəstək proqramları, habelə asılılıqla mübarizə, bərpaedici ədliyyə və rəqəmsal monitorinq texnologiyaları ilə bağlı qarşılıqlı faydalı fikir mübadiləsi aparılıb, tərəflər özlərinin probasiya, sosial adaptasiya və reabilitasiya üzrə müsbət təcrübələrini bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli kimliyə və mənəvi dəyərlərə bağlılığın təcəssümü

11:15
27 Aprel

Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Matamela Siril Ramafozaya

10:51
27 Aprel

Syerra-Leone Respublikasının Prezidenti Zati-aliləri cənab Culius Maada Bioya  

10:50
27 Aprel

Türkiyəli ekspert: Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyası üçün qürur mənbəyidir  

10:44
27 Aprel

İranın cənubundakı partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb

10:42
27 Aprel

Bilmək istəyirəm

09:20
27 Aprel

"Şahin" hərbi-idman oyunlarının zona birinciliyi keçirilib

09:15
27 Aprel

Qusarda arıçılığa maraq çoxdur

09:10
27 Aprel

Boradigah qəsəbəsində ağacəkmə aksiyası olub

09:05
27 Aprel

Sumqayıt da yaşıllaşır

09:00
27 Aprel

Mingəçevirdə həftə ərzində daha 3600 ağac və gül kolu əkilmişdir

08:55
27 Aprel

Türkiyə klubu finalda

08:50
27 Aprel

"İmişli" və "Karvan" Premyer Liqada

08:45
27 Aprel

Hidayət Heydərov ilin ən yaxşı cüdoçusu seçildi

08:40
27 Aprel

Avropa İttifaqı Azərbaycanın əhəmiyyətini anlayır və əvvəllər mövcud olan stereotiplərdən geri çəkilir

08:35
27 Aprel

Tarix ən böyük ibrət dərsidir

08:30
27 Aprel

Cümhuriyyət Ordusu 1920-ci il 28 aprel işğalının qarşısını ala bilərdimi?

08:25
27 Aprel

Lerik kəndliləri builki baharı bərəkət fəsli adlandırırlar 

08:20
27 Aprel

Milli mətbuatımızın 150 illiyi ölkəmizdə geniş qeyd olunacaq

08:15
27 Aprel

Avropa İttifaqı Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır

08:10
27 Aprel

Mühüm mərhələnin başlanğıcı

08:05
27 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!