Türkiyənin Azərbaycan və Özbəkistan ilə münasibətləri ən yüksək səviyyədədir. Əməkdaşlıq çərçivəsində nəqliyyat və logistika sahələrində əlaqələrin genişləndirilməsi üzrə atılan addımlar xüsusi önəm daşıyır. Bu, 2040-cı ilədək Türk Dövlətləri Təşkilatının (TDT) əsas hədəflərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair keçirilmiş birgə mətbuat konfransında söyləyib.
O deyib ki, üçtərəfli görüşün iştirakçıları Orta Dəhlizin infrastruktur bazasının möhkəmləndirilməsi üzrə atılan addımları müzakirə ediblər.
H.Fidan qeyd edib ki, hazırda qlobal ticarətin ən böyük payı Avropa və Asiya ölkələrinə düşür. “Türkiyə, Azərbaycan və Özbəkistan vacib nəqliyyat yollarının üzərində yerləşib. Koronavirus pandemiyasının nəticələri və Ukraynada gedən müharibə fonunda Orta Dəhlizin əhəmiyyəti artır. Məhz bu marşrut Avropa ilə Asiya arasında ən təhlükəsiz və iqtisadi baxımdan sərfəli daşınma yoludur. Bu səbəbdən Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyədən keçən nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə birgə addımların atılması zəruridir”, - deyə Türkiyənin XİN rəhbəri vurğulayıb.
Daha sonra o, üç Türk dövlətinin gömrük sahəsində normativ bazasının yaxınlaşdırılması üzrə fikir mübadiləsinin aparılması, rəqəmsal xidmətlərin tətbiqi, həmçinin ticarətdə maneələrin mərhələli şəkildə aradan qaldırılması ilə bağlı təkliflərin müzakirə edilməsi barədə məlumat verib. Nazir diqqətə çatdırıb ki, bu mövzuların texniki səviyyədə müzakirəsi davam etdiriləcək.
Türk dövlətlərinin əməkdaşlığı məsələsinə toxunan Hakan Fidan bildirib ki, cari ildə Türk Dövlətləri Təşkilatının iki mühüm sammitinin keçirilməsi planlaşdırılıb. Bunlardan biri Türk dövlətləri liderlərinin Macarıstanda keçiriləcək qeyri-formal görüşü, digəri isə TDT-nin Azərbaycanda keçiriləcək 12-ci sammitidir.
Türkiyə XİN rəhbəri regional məsələlərə də toxunub. O, Əfqanıstanın təcrid olunmasının yolverilməzliyinin vacibliyini vurğulayıb, Fələstin-İsrail münaqişəsinin 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə həllinə çağırış edib.
Suriyadakı vəziyyətə toxunan Hakan Fidan dünya ictimaiyyətini üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb. Deyib ki, Ankara qardaş Suriya xalqını dəstəkləməyə davam edəcək.
Nazir sonda bildirib ki, Türkiyə-Azərbaycan-Özbəkistan formatında üçtərəfli növbəti görüş Azərbaycanda keçiriləcək.
Ukrayna Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək
Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimatı keçirilib
Asiya İnkişaf Bankı ilə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub
Ötən il Azərbaycanda 50 minə yaxın cütlük nikaha daxil olub
Ötən il Azərbaycanda 100 mindən çox körpə doğulub
Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib
İranın vitse-prezidenti: Xəzər regionu Asiya və Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır
Baş nazir Əli Əsədov İrana işgüzar səfər edib
Bu ilin yanvar ayında yük və sərnişindaşımaların həcmi artıb
Azərbaycanda əhalinin sayı açıqlanıb
Ötən ay Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 5 milyard dolları ötüb
Kvant dünyasında zaman iki istiqamətdə axa bilər
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
Kiyev və Əbu-Dabi ukraynalı əsirlərin geri qaytarılmasını müzakirə ediblər
AMEA-da sinqapurlu alimlərlə görüş olub
A.M.Qasımovun Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilməsi haqqında
İnternet informasiya resurslarında qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub
Azərbaycanla Tacikistan arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Horadiz-Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb
Vergi xidmətinin 25 illiyi qeyd edilib
Naxçıvanda sahibkarlıq subyektləri çoxalır, yeni iş yerləri artır
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB12 Fevral 2025
Yeni dövrün əsas hədəfləri12 Fevral 2025
Sabitliyin Azərbaycan nümunəsi11 Fevral 2025
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"09 Fevral 2025
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət08 Fevral 2025
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ07 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!