20 Dekabr 2024 20:42
76
Məktublar
A- A+
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Türkiyə Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm. Ölkəmizin D-8-ə qəbul olunmasının təşkilatın gücləndirilməsinə xidmət edəcəyi ilə bağlı sözlərinizə görə Sizə minnətdaram.

28 il bundan əvvəl Türkiyənin təşəbbüsü və liderliyi ilə yaradılmış bu təşkilat hazırda inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatı daxilində rolunun artması, iqtisadi-ticari əlaqələrinin şaxələndirilməsi və yeni imkanların yaradılması, beynəlxalq səviyyədə mövqelərinin güclənməsi istiqamətində səmərəli fəaliyyət göstərməkdədir.

Qahirədə D-8 təşkilatının genişlənməsi ilə əlaqədar ilk dəfə tarixi qərarın qəbul edilməsi Azərbaycana olan beynəlxalq etimadın göstəricisi və eyni zamanda bizim üçün xüsusi qürur mənbəyidir. Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.

Əziz Qardaşım,

Fəxr hissi ilə qeyd etmək istərdim ki, dərin tarixi köklər, ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək pillədə qərarlaşmışdır. Sarsılmaz dostluq və qardaşlığımız, siyasi, iqtisadi, ticari, hərbi, hərbi-texniki, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız və birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillərdəndir.

Noyabr ayında COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi yüksək qiymətləndirir, Sizinlə səmimiyyət, qarşılıqlı etimad və mehribanlıq şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.


Hörmətlə,


 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi QAYDALARI

00:54
21 Dekabr

Dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

00:52
21 Dekabr

M.H.Əhmədovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

00:51
21 Dekabr

Q.M.Məhərrəmliyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında

00:51
21 Dekabr

M.M.Əliyevin Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

00:51
21 Dekabr

A.S.Məmmədovun Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

00:50
21 Dekabr

A.S.Məmmədovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:50
21 Dekabr

C.S.Mirzəyevin Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

00:49
21 Dekabr

Y.T.Əliyevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında

00:49
21 Dekabr

Y.T.Əliyevin Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:48
21 Dekabr

T.F.Musayevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilməsi haqqında

00:48
21 Dekabr

R.Ə.Rzayevin Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:47
21 Dekabr

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:47
21 Dekabr

"Elm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:46
21 Dekabr

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:46
21 Dekabr

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

00:45
21 Dekabr

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

00:45
21 Dekabr

"Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:44
21 Dekabr

"Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:44
21 Dekabr

“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 134 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

00:42
21 Dekabr

“Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

00:41
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!