08 Noyabr 2024 15:34
286
Məktublar
A- A+
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan  

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan  


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, Əziz Qardaşım.

Qədim Azərbaycan torpaqlarının işğalına son qoyan Zəfər Gününün dördüncü ildönümü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-aliniz başda olmaqla bütün azərbaycanlı qardaş və bacılarıma ən səmimi təbriklərimi çatdırıram.

Ali Baş Komandanlığınızla qazanılan bu Zəfər Azərbaycanla birlikdə bütün Türk dünyası üçün qürur və ilham mənbəyi olmuşdur. Ötən il Qarabağda uğurla həyata keçirdiyiniz antiterror əməliyyatı ilə tam nəzarəti təmin etdiyiniz bu qədim torpaqlarda 30 ildən sonra ilk dəfə bu il parlament seçkilərinin keçirilməsi də bizi sevindirmişdir.

Şuşa Bəyannaməsi ilə taclanan, "Bir millət, iki dövlət" şüarı ilə təcəssüm olunan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə işğaldan azad edilmiş bölgələrin bərpa və yenidənqurma işlərinə hər cür dəstəyi verməyə hazır olduğumuzu ifadə etmək istəyirəm. Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin təmin edilməsi üçün ikitərəfli səviyyədə və beynəlxalq platformalarda sıx əməkdaşlığı, həmrəyliyi vǝ koordinasiyamızı davam etdirəcəyimizə ürəkdən inanıram.

Azadlıq uğrunda şəhid olan qardaşlarıma Uca Allahdan rəhmət diləyir, əziz xatirələrini ehtiramla yad edirəm. Qazilərimizə də minnətdarlığımı ifadə edirəm.

Əziz Qardaşım, fürsətdən istifadə edərək, Zati-alinizin cansağlığı və xoşbəxtliyi ilə Can Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı bir daha bildirirəm.

Zəfəriniz mübarək və əbədi olsun!


 Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada növbədənkənar parlament seçkilərinin tarixi barədə razılıq əldə olunub  

22:40
12 Noyabr

Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana səfərə gəlib  

22:39
12 Noyabr

Azərbaycan ilə Kolumbiya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub  

22:38
12 Noyabr

Maya Sandu: Biz Moldovada karbon qazı emissiyalarının azaldılmasına töhfəmizi veririk  

22:37
12 Noyabr

COP29-un Liderlər Sammitinin açılış mərasimində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib  

22:36
12 Noyabr

Braziliyalı nazir: Gələn il Braziliyada keçiriləcək COP üçün burada müşahidələr aparırıq  

22:35
12 Noyabr

Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb  

22:19
12 Noyabr

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasına mahiyyəti üzrə baxmağa qərar verib  

22:18
12 Noyabr

İndoneziyanın COP29-dakı nümayəndəsi: Qlobal problem olan iqlim dəyişikliyinin həll yolu birgə əməkdaşlıqdadır  

22:16
12 Noyabr

COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib

21:51
12 Noyabr

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib YENİLƏNİB-6 

21:35
12 Noyabr

COP29 Liderlər Sammiti açılış mərasimindən sonra işini birinci plenar iclasla davam etdirib 

21:33
12 Noyabr

COP29 çərçivəsində “İqlim maliyyəsi” mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub  

21:28
12 Noyabr

Jelka Tsviyanoviç: Şuşa zəngin mədəni və tarixi irsə malik şəhərdir  

21:17
12 Noyabr

Şakvat Mirziyoyev: İqlim dəyişmələrinin fəsadları Mərkəzi Asiya regionunda kəskin hiss olunur  

21:13
12 Noyabr

Yunanıstanın Baş naziri Azərbaycana səfərə gəlib  

21:07
12 Noyabr

Xorvatiyanın Baş naziri COP29-da iştirak etmək üçün Azərbaycana gəlib  

21:02
12 Noyabr

Səudiyyə Ərəbistanı mətbuatı: Bakıda qəbul ediləcək qərarlar iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli təsir göstərə bilər  

20:57
12 Noyabr

Prezident İlham Əliyev Albaniyanın Baş naziri ilə görüşüb YENİLƏNİB

20:51
12 Noyabr

Qırğızıstanlı nazir: COP29-un Azərbaycanda təşkili ən yüksək səviyyədədir  

20:47
12 Noyabr

Azərbaycan, Çin və ABŞ istixana qazlarına həsr olunmuş plenar iclas keçirib  

20:39
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!