09 Oktyabr 2025 08:20
427
SİYASƏT
A- A+
Türk dünyası daha böyük gücə çevriləcək

Türk dünyası daha böyük gücə çevriləcək


Ulu Öndər Heydər Əliyev deyirdi: "Türk dünyasının birliyi bizim tarixi köklərimizdən gələn zərurətdir. Biz bu birliyə söykənərək daha güclü, daha nüfuzlu, daha müstəqil ola bilərik". Bu uzaqgörən fikirlər hazırda Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsində öz təsdiqini tapır. O vaxtlar ideya kimi səslənən türk birliyi bu gün artıq real siyasi, iqtisadi və strateji güc mərkəzinə çevrilib. Oktyabrın 7-də Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü bunu bir daha təsdiqlədi.

Türk dövlətləri birliyə yalnız qardaşlıq duyğusu ilə deyil, həm də geosiyasi məsuliyyət hissi ilə yanaşırlar. Müasir dünyanın qarşılaşdığı böhranlar, beynəlxalq hüququn pozulması hallarının artması və regional münaqişələr fonunda TDT-nin vahid mövqedən çıxış etməsi zərurətə çevrilib. Prezident İlham Əliyevin sözləri ilə desək, "Bu gün dünya dəyişir, yeni güc mərkəzləri yaranır və türk dünyası bu prosesin mərkəzində olmalıdır". 

Azərbaycan bu birliyin güclənməsinə həm siyasi iradə, həm iqtisadi resurs, həm də strateji mövqe ilə mühüm töhfə verir. Ölkəmizin TDT Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə köçürməsi, bu təşkilatın fəaliyyətinə verilən dəstəyin nümunəsidir. Amma bu addım yalnız maliyyə jesti deyil, Azərbaycanın türk birliyinin gələcəyinə inamının ifadəsidir.

 Bugünkü türk dünyasını birləşdirən əsas amillər - siyasi sabitlik, iqtisadi potensial, gənc və dinamik əhali, təbii sərvətlər və artan hərbi-texniki gücdür. Bu amillər TDT-ni qlobal arenada təsirli aktora çevirir. Sülh və təhlükəsizlik hər bir dövlətin inkişafı üçün başlıca şərtdir. Təşkilatın təməlini qoyan Naxçıvan Sazişi də məhz bu prinsipləri əsas məqsəd kimi müəyyən edib. Azərbaycan bu prinsiplərə sadiqliyini həm diplomatik, həm də praktiki addımlarla sübut edib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə, ərazi bütövlüyümüzün bərpası, ardınca 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri bölgədə yeni reallıq yaratdı. Bu reallıq Azərbaycanın, eləcə də bütün türk dünyasının gücünü və birliyinin səmərəsini göstərdi. İlham Əliyevin vurğuladığı kimi, "Bu Zəfər təkcə bizim deyil, bütün türk dünyasının Zəfəridir". 

Sülhə doğru atılan addımlar bu gün konkret nəticələr verir. Ermənistanla paraflanmış sülh sazişi Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq dövrünü başlatmaq potensialına malikdir. Bu sənəd yalnız Azərbaycan üçün deyil, bütün region üçün təhlükəsizliyin qarantıdır. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun da bu Zirvə görüşündə qeyd etdiyi kimi, türk dövlətlərinin əsas məqsədi bölgədə sülhü qorumaq və iqtisadi inteqrasiyanı gücləndirməkdir. Bu məqsədlərə çatmaq üçün hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq həlledici əhəmiyyət daşıyır. Beynəlxalq hüququn pozulduğu, yeni təhdidlərin yarandığı bir vaxtda üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi və ortaq müdafiə strategiyalarının formalaşması vacibdir. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışında bu istiqamətdə mühüm təşəbbüs irəli sürərək, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu addım türk dövlətlərinin müdafiə qabiliyyətinin gücləndirilməsinə, təhlükəsizlik sahəsində koordinasiyanın dərinləşməsinə xidmət edəcək. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, "Biz bir-birimizin təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab etməliyik". 

Bu gün dünyada hərbi güclə yanaşı, müdafiə məsələsi də suverenliyin təminatıdır. Azərbaycan öz torpaqlarını danışıqlar masasında deyil, döyüş meydanında azad etdi. Bu qələbə göstərdi ki, güclü orduya, sarsılmaz milli iradəyə və xalq dəstəyinə malik dövlət ədaləti bərpa edə bilir. Lakin bu güc yalnız döyüş meydanında deyil, həm də sülhün və ədalətin qorunmasında özünü göstərməlidir. 

İnkişafın digər mühüm istiqaməti iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsidir. Azərbaycan bu sahədə türk dövlətlərini birləşdirən strateji körpü rolunu oynayır. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin qovşağında yerləşən ölkəmiz son illərdə Orta dəhlizin genişlənməsi istiqamətində mühüm işlər görüb. Yükdaşımaların 90 faiz artması, tranzit müddətlərinin azalması və yeni logistika imkanları türk dünyasını Avrasiya məkanında mühüm oyunçuya çevirib. Zəngəzur dəhlizinin (TRIPP) açılması isə bu strategiyanın əsas həlqəsidir. Bu dəhliz yalnız nəqliyyat xətti deyil, türk dövlətlərinin fiziki birliyini təmin edən strateji arteriyadır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin də vurğuladığı kimi, Orta dəhlizin inkişafı türk dövlətlərinin iqtisadi inteqrasiyasını daha da gücləndirəcək, yeni ticarət marşrutları üçün sabit zəncir yaradacaq. 

Enerji təhlükəsizliyi sahəsində də Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib. Şaxələndirilmiş neft və qaz boru kəmərləri ilə 14 ölkəyə təbii qaz ixrac edən Azərbaycan, eyni zamanda bərpaolunan enerji sektorunda da önəmli addımlar atır. Günəş, külək və su-elektrik stansiyalarına qoyulan sərmayələr sayəsində 2030-cu ilə qədər enerji istehsalının 40 faizi "yaşıl mənbə"lər hesabına təmin ediləcək. Bu, ekoloji sabitlik və iqtisadi dayanıqlılıq baxımından mühüm nailiyyətdir. 

Türk dövlətləri arasında mədəni və mənəvi bağlar onların arasındakı əməkdaşlığın ruhunu təşkil edir. Ortaq tarix, dil və dəyərlər bizi bir ailə kimi birləşdirir. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay bu birliyin ideoloji təməl daşlarından biridir. Bu qurultayın 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə qeyd olunması həm keçmişə hörmət, həm də gələcəyə inamın ifadəsi olacaq. Bu birliyin simvolik təzahürü kimi, türk dövlətlərinin Qarabağ və Şərqi Zəngəzurun bərpasına verdiyi dəstək xalqımız üçün böyük mənəvi dəyərə malikdir. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Ağdamda Manas adına təhsil ocağı, Cəbrayılda macar qardaşlarımızın inşa etdiyi məktəb, türkmən xalqının hədiyyəsi olan Füzuli məscidi - bütün bunlar türk həmrəyliyinin canlı nümunəsidir.

Türk Dövlətləri Təşkilatı bu gün artıq yalnız əməkdaşlıq platforması deyil, strateji güc mərkəzi kimi formalaşıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Türk dünyası birləşdikcə, daha böyük gücə çevriləcək və beynəlxalq münasibətlərdə söz sahibi olacaq". 

Türk dünyası birləşdikcə gücümüz artır, səsimiz ucalır, yenidən tarix yazılır, gələcəyin qlobal nizamında söz sahibinə çevrilirik. Biz keçmişin irsini daşıyaraq, gələcəyin dünyasını qururuq. Türk birliyi çox yaxında gücün, ədalətin və sabitliyin qlobal simvoluna çevriləcək!


Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!