24 Sentyabr 2022 00:42
40068
Turizm
A- A+
Turizm xalqları bir-birinə yaxınlaşdırır

Turizm xalqları bir-birinə yaxınlaşdırır

 

Turizm xalqımızın mədəniyyətini, adət-ənənələrini, zəngin tarixi keçmişini dünyaya tanıtmaq üçün ən gözəl vasitələrdən biridir. 
Təsadüfi deyil ki, dövlət başçısı ölkəmiz üçün bu sahənin əhəmiyyətindən bəhs edərkən xüsusi olaraq vurğulayıb: "Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Bizim çox gözəl təbiətimiz var. Bəlkə nadir ölkələrdən biriyik ki, burada istənilən təbii şərait, istənilən iqlim var".

Mütəxəssislərin fikirlərinə görə, ölkəmizə gələn turistlərin böyük əksəriyyəti ilk növbədə mədəni irsimiz, tariximiz, ən qədim dövrlərə təsadüf edən yaşayış məskənlərimiz və abidələrimizlə maraqlanırlar. Ona görə də mədəniyyətin təbliğ olunmasında turizmin böyük rolu var. Gələn turistlər daha çox İçərişəhər, Abşeron Milli Parkı, Qarasu vulkanı, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Şirvan Milli Parkı, Nabran, Şəki, Yanardağ, Atəşgah, Lahıc və Yanar bulağa səyahət etməyə üstünlük verirlər. Gündən-günə abadlaşan, əsrarəngiz gözəlliyi ilə seçilən Bakı gecələri, rəngarəng işıqları ilə göz oxşayan Alov qüllələri də türistlərin daha çox izlədikləri, üz tutduqları məkanlar sırasındadır.
Dünyada ölkəmizə olan diqqət gündən-günə artır. Bu fakt respublikaya gələn xarici qonaqların sayına da təsir göstərir. Turistlərin ölkəmizə axını yeni turizm marşrutlarının yaranmasını zəruri edir. 
30 ilə yaxın ürəyimizdə Qarabağ adlı bir dərdimiz vardı. Mənfur ermənilər bu onilliklərdə turizm baxımından daha əhəmiyyətli, daha çox təbii gözəlliyi, füsunkar təbiəti ilə seçilən, zəngin tarixi abidələrin və mədəni irsimizin saxlanc yeri olan Qarabağı işğal edib, tarixi abidələrimizi, dini ocaqlarımızı dağıdıb məhv etməklə, yaxud "özəlləşdirmək"lə məşğul idilər. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi tarixi ədalətin bərpası üçün aparılan bir müharibə idi. Ordumuzun şücaəti, Müzəffər Ali Baş Komandanın qətiyyəti ilə torpaqlarımız işğaldan azad edildi. Ədalət zəfər çaldı. Bununla əsirlikdə olan tarixi abidələrimizi, mədəni irsimizi də xilas etdik. Qədim şəhərimiz olan Şuşa mədəniyyət paytaxtımız elan olundu. Qısa zamanda bu qədim şəhərdə və digər işğaldan azad olunmuş ərazilərimizdə erməni vandalizmindən zərər çəkmiş, dağıdılmış tarixi mədəni abidələrimizin bərpasına start verildi. Artıq bəzi tarixi abidələrimiz, məscidlərimiz bərpa olunaraq öz "ikinci həyat"larını yaşayırlar. İftixar hissi ilə deyə bilərik ki, Şuşa şəhəri, işğaldan azad edilmiş digər rayonlarımız indi turistlərin, səyyahların ən çox diqqətini cəlb edən ünvanlardır.
Bu il sentyabrın 21-də düşmən işğalından azad olunmuş Laçında, Kəlbəcərdə olan Müzəffər Ali Baş Komandan bu yerlərin təbii gözəlliklərini, uca dağlarını, gur axan səsli-küylü dağ çaylarını, geniş ormanlarını göstərərək - "Bu yerlər əsl cənnətdir, biz buraları abadlaşdırıb əsl cənnətə döndərəcəyik. Turizmin inkişafı üçün bu torpaqlar çox əlverişli bir məkandır", - deyərək işğaldan azad olunmuş torpaqlarımızın turizm üçün uğurlu perspektivini bir daha qeyd etmiş oldu. Biz isə hər gün abadlaşan, gözəlləşən vətənimizə baxıb qürurla deyirik: "Cənnət görmək istəyən Azərbaycana gəlsin".

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!