17 İyul 2024 08:45
1948
CƏMİYYƏT
A- A+
Tullantıların təkrar emalı "yaşıl gələcəy"in təminatına dəstək verir

Tullantıların təkrar emalı "yaşıl gələcəy"in təminatına dəstək verir

 

Qarabağın və Şərqi Zəngəzurun bərpasında dağıdılmış tikililərin qalıqlarından səmərəli istifadə olunur

 

Qlobal  iqlim dəyişikliyi  tullantıların artması, ətraf mühitin çirklənməsi, torpaqların səhralaşması və təmiz içməli su çatışmazlığına səbəb olur. Təbii ki, bu proses bütün dünyanı narahat etdiyi kimi, Azərbaycanda da əlaqədar qurumların  gərəkli tədbirlər görməsini tələb edir. 
Vəziyyətdən çıxmağın optimal variantlarından biri tullantıların  təkrar emalıdır. Təkrar emal təbii sərvətlərimizi qorumağa kömək edir,  ekoloji cəhətdən təmiz və "yaşıl planet"in yaranmasında çox böyük rol oynayır.  Üstəlik, bu proses təbii ehtiyatları gələcək nəsil üçün qoruyur, istehsal olunan tullantıların miqdarını azaldır və zibilxanaların həddindən artıq yüklənməsinin qarşısını alır. Təkrar emal yeni iş yerlərinin yaranmasına yol açır, xammal "ovunu" məhdudlaşdırır. Bütün bunlar Azərbaycanda ekoloji siyasətin əsas istiqamətləri olmaqla yanaşı, həm də ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadəyə təkan verir. Nəticədə ölkə ərazisində yüksəkkeyfiyyətli ekoloji mühit və  "yaşıl eneji" məkanı yaranır.
Məlumdur ki, ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. Həmin tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Fikrimizi faktların dili ilə davam etdirsək, ortaya belə bir mənzərə çıxır: ötən əsrin ortalarında dünya üzrə təxminən 1,5 milyon ton plastik  məhsul istehsal olunub. Həmin göstərici 1990-cı ildə təxminən 67 dəfə artaraq 100 milyon tona çatıb. 2015-ci ilə qədər isə bu rəqəm 3 dəfədən çox artıb və təxminən 322 milyon tona bərabər olub. Plastik məmulat istehsalının belə sürətlə artması plastik tullantıların daha böyük templə çoxalmasına təkan verib. 
Bu gün plastik tullantıların yaranması tempinin azalması istiqamətində mühüm addımlar atılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyir: "Hazırda plastik tullantıların azaldılması və təkrar emalı üçün fəaliyyət planı həyata keçirilir. Bu plana əsasən, 37 şəhər və rayonda 250-dən çox tullantı konteynerləri quraşdırılıb. Burada əsas məqsəd plastik tullantıların çeşidlənməsi və təkrar emala verilməsidir. Müxtəlif layihələr çərçivəsində bu proses davam edir. Bakı şəhəri Nərimanov rayonunda əvvəlcə pilot layihə kimi iki fərqli konteyner yerləşdirilib. Bu konteynerlər təkrar emalı mümkün olan tullantılar üçün nəzərdə tutulub. Tullantılar çeşidləmə zavoduna gedir, orada daha dəqiq kateqoriyalara bölünür. Azərbaycanda çeşidləmə praktikası yeni olsa da, təkrar emalda maraqlı olan şirkətlər kifayət qədərdir". 
Daha bir fakta müraciət edək. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ölkədə 4086,1 min ton tullantı əmələ gəlib. Bunun 66,6 faizini bərk məişət tullantıları, 33,4 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib. Ötən il yaranmış 2719,6 min ton bərk məişət tullantılarının 79,4 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 19,5 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 1,1 faizi ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 223,0 milyon kVt saat və ya 2022-ci illə müqayisədə 8,6 faiz çox elektrik enerjisi istehsal edilib. Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 22,9 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 19,9 faizi ölkə daxilində satılıb, 1,6 faizi ixrac olunub, 8,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 47,1 faizi isə müəssisələrdə qalıb.
Tullantıların təkrar emalı və istifadəyə verilməsi işğaldan azad edilmiş Qarabağ ərazilərində də həyata keçirilir. Bu, Qarabağın yenidən qurulmasında, bərpasında bir yenilikdir.  Ötən ildən  Qarabağ və Şərqi Zəngəzurda  tullantıların idarə olunması sisteminin quraşdırılması üçün ilkin addımlar atılıb. Azərbaycanda ilk dəfə olaraq Ağdam rayonunda tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb. Tullantılardan, dağıdılmış tikililərin qalıqlarından təkrar emal nəticəsində əldə olunan materiallar daha çox yol  tikintisi üçün yararlıdır. Həmin materiallar yol yataqları və tametaltı özül kimi istifadə olunur. Bu da sıfır tullantıya nail olmaq fürsəti yaradır. Qeyd edək ki, dağıntıların idarə olunması çox ciddi işdir. Ekologiyaya zərər vurmadan milyonlarla kub dağıntını tikinti materialına çevirmək iqtisadiyyata da xeyir verir. 
Əslində, bu proses dünya təcrübəsində illərdir mövcuddur və xeyli də gəlirli sahə hesab olunur. Hələ 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş beynəlxalq konfransda səsləndirilmişdi ki, dünyanın gələcək inkişafı ilk növbədə ekoloji problemlərin necə həll edilməsindən asılı olacaq. Məhz həmin tədbirdə dünyada mövcud olan ətraf mühit problemlərinin həlli yolları çox ciddi şəkildə nəzərdən keçirilmiş və mühüm qərarlar, o cümlədən artıq bütün beynəlxalq ekoloji təşkilatların proqram sənədinə çevrilmiş "Dayanıqlı inkişaf" konsepsiyası qəbul edilmişdi. Bu konsepsiyada iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilmişdi. Konsepsiyada tullantıların təkrar emal olunması da yer almışdı. Məhz həmin konsepsiyadan çıxış edərək Qarabağda tullantıların yığılması, çeşidlənməsi və təkrar emalı üçün strategiya hazırlanıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Təmiz şəhər" ASC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl dünya naminə həmrəylik: dayanıqlı gələcək üçün tullantıdan dəyərə" beynəlxalq forumunda çıxış edən ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevin sözlərinə görə,  işğaldan azad edilmiş ərazilərdə tullantıların müasir idarəetmə sisteminin qurulması üzərində fəal iş aparılır: "Tullantıların xammal kimi təkrar istifadəsi vacibir. Ağdam rayonunda bərpası planlaşdırılan kəndlərdə pilot layihələr həyata keçirilir.  Bu ərazilərdə intensiv bərpa-quruculuq işləri aparıldığı üçün özəl sektorun diqqətinin artırılması da vacibdir". 
Bütün bunlar onu deməyə əsas verir ki, artıq Qarabağda dağıntı və tullantılar çay yataqlarına tökülməyəcək, onların müasir dünya standartlarına uyğun istifadə olunması həyata keçiriləcək. Bu da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına töhfə olaraq diqqətlərdən yayınmayacaq. Bu, həm də təkrar emal nəticəsində işğaldan azad edilmiş ərazilərdə uğur əldə olunmaqla yanaşı, ətraf mühitin qorunması, ekoloji problemlərin həlli və "yaşıl" gələcəyin təmini istiqamətində mühüm addım olacaq. 

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!