30 Oktyabr 2025 14:35
650
DÜNYA
A- A+
Tramp Cinpinlə görüşdən sonra Çin ixracına tarifləri azaldıb

Tramp Cinpinlə görüşdən sonra Çin ixracına tarifləri azaldıb


ABŞ Prezidenti  Donald Tramp Çinin nadir torpaq metallarının ixracına qoyulan məhdudiyyətlər məsələsinin "həll olunduğunu" elan edib. Amerika lideri gələn ilin aprel ayında Pekinə  səfər edəcəyini açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp Çin liderı Si Cinpinlə Cənubi Koreyanın Pusan şəhərində təxminən iki saat davam edən görüşdən sonra Vaşinqton və Pekinin "bir çox məsələdə razılığa gəldiyini" bildirib. O, ABŞ-nin Çinlə "tezliklə" ticarət müqaviləsi imzalaya biləcəyini qeyd edib.

Çin lideri Si Cinpin danışıqlar zamanı bildirib ki, "iki ticarət və iqtisadi qrupumuz əsas narahatlıqlarımızın həlli ilə bağlı əsas konsensusa gəlib və ümidverici irəliləyiş əldə ediblər".

Çin Xarici İşlər Nazirliyi "dialoqun qarşıdurmadan daha yaxşı olduğunu" və "iki liderin iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlığı gücləndirmək və daha aktiv insanlararası mübadiləni təşviq etmək barədə razılığa gəldiyini" bildirən  bəyanat yayıb. Nazirlik Si Cinpinin nümayəndə heyətlərinin "əsas iqtisadi və ticarət məsələləri üzrə dərin fikir mübadiləsi apardıqlarını və müxtəlif problemlərin həlli ilə bağlı konsensusa gəldikləri" və "növbəti addımları tez bir zamanda hazırlamalı və yekunlaşdırmalı, əldə edilmiş razılaşmaların effektiv həyata keçirilməsini və onlara riayət olunmasını təmin etməli, beləliklə, hər iki ölkədə və qlobal iqtisadiyyatda konkret nəticələr vasitəsilə etimad yaratmalı olduqlarını" bildirib.

Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, "son zamanlar Çin və ABŞ arasında iqtisadi və ticarət münasibətləri yüksəliş və enişlər yaşayıb və bu da hər iki tərəfə bəzi ibrətamiz dərslər verib. Praktik münasibətlər Çin-ABŞ münasibətlərinin lövbəri və hərəkətverici qüvvəsi kimi xidmət etməyə davam etməlidir, maneə və ya sürtünmə mənbəyi deyil. Hər iki tərəf geniş düşünməli və qarşılıqlı tədbirlərin qapalı dövrəsindən çıxaraq əməkdaşlığın uzunmüddətli faydalarını qəbul etməlidir. Hər iki komanda bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda ruhunda danışıqları davam etdirə, problemli məsələlərin siyahısını daim daralda və əməkdaşlıq sahələrinin siyahısını genişləndirə bilər". 

Tramp təyyarədə jurnalistlərə Si Cinpinlə əla görüşü barədə danışıb və onu böyük lider adlandırıb.

Amerika liderinin dediyinə görə, razılaşmanın şərtləri hər il nəzərdən keçiriləcək. "Amma düşünürəm ki, bu, uzun müddət qüvvədə qalacaq", - deyə o izah edib.

Tramp Çinin nadir torpaq metallarının ixracına qoyduğu məhdudiyyətlər məsələsinin "həll olunduğunu" bəyan edib:

" Bu, bütün dünya üçündür... Bu, təkcə ABŞ-d' deyil, bütün dünyada mövcud olan bir vəziyyət idi. Artıq Çindən heç bir maneə yoxdur".

Xatırladaq ki, Çin sentyabr ayının sonlarında Vaşinqtonun texnologiya ixracına nəzarəti genişləndirməsinə cavab olaraq vacib mineralların ixracına nəzarəti gücləndirib.

Tramp bildirib ki, Birləşmiş Ştatlar fentanil üçün kimyəvi maddələrin ABŞ-a axınına cavab olaraq əvvəllər tətbiq edilən bütün Çin mallarına tarifləri dərhal ləğv edəcək.

Çinin Ticarət Nazirliyi Pekinin nadir torpaq metallarının ixracına nəzarət tədbirlərini dayandırdığını təsdiqləyib. Çin hökumətinin rəsmi xəbər agentliyi olan Sinhua nazirliyin şərhlərini dərc edib.

ABŞ Amerika limanlarına daxil olan Çin gəmilərindən xüsusi rüsumların yığılmasını bir il müddətinə dayandıracaq. Çin Amerika gəmilərinə qarşı əks tədbirlərini bir il təxirə salacaq.

ABŞ 301-ci maddəyə əsasən Çinin dənizçilik, logistika və gəmiqayırma sənayesi ilə bağlı araşdırmasını bir il müddətinə dayandıracaq. Öz növbəsində, Çin həmçinin ABŞ-yə qarşı əks tədbirlərini  donduracaq.

Ağ Ev bildirib ki, "bir çox məsələdə razıyıq və dərhal, bu gündən etibarən böyük həcmdə soya və digər kənd təsərrüfatı məhsulları  alınacaq".

ABŞ fentanil məsələsində Pekinə təzyiq göstərmək üçün Çin mallarına 20 faiz tarif tətbiq edib. Trampın sözlərinə görə, ABŞ bu tarifi 10 faizə  və ümumi yükü 57 faizdən 47 faizə endirəcək.

ABŞ lideri həmçinin gələn ilin aprel ayında Çinə səfər edəcəyini açıqlayıb.


Rizvan CƏFƏROV,

"Azərbaycan"



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!