03 Fevral 2026 09:20
568
CƏMİYYƏT
A- A+
Tovuzlular ötənilki nəticələri son hədd saymırlar

Tovuzlular ötənilki nəticələri son hədd saymırlar


Tovuz Rayon İcra Hakimiyyətində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. 

Yığıncaqdan əvvəl iştirakçılar Ulu Öndərin  abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Sonra Nizami adına Mədəniyyət evində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlər, kitab sərgisi, eləcə də ötən il rayonda istehsal edilən kənd təsərrüfatı məhsulları ilə tanış olmuşlar.

Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovun il ərzində görülən işlərə dair hesabat məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, Prezident, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2025-ci ildə də davamlı inkişaf yolunda mühüm addımlar atmışdır: "Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində ölkədə idarəetmənin səmərəliliyi artırılmış, sosial rifahın yüksəldilməsi və regionların  inkişafı istiqamətində ciddi nəticələr əldə olunmuşdur. İl ərzində Tovuzda dövlət proqramları və Prezidentin sərəncamlarından irəli gələn tapşırıqların icrası istiqamətində ardıcıl işlər həyata keçirilmişdir. Dövlət və özəl sektor arasında əməkdaşlıq genişlənmiş, həyata keçirilən tədbirlər rayon əhalisinin rifahının yaxşılaşdırılmasına, sosial müdafiənin gücləndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına yönəldilmişdir". 

Qazax-Tovuz Regional Təhsil İdarəsinin rayon üzrə sektor müdiri Aysel Quliyeva, Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Nəsrəddin Aslanov, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov, Vətən müharibəsi iştirakçısı Eyvaz Süleymanov, rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Mücaməddin Axundov çıxış edərək keçən il görülmüş işləri təhlil etmiş, qarşıda duran vəzifələrlə əlaqədar fikirlərini səsləndirmişlər. 

Yığıncaqda Prezident Administrasiyasının sektor müdiri Elvin Azadəliyev, Milli Məclisin deputatları Nizami Səfərov və Arzu Nağıyev çıxış edərək qeyd etmişlər ki, Azərbaycanın bugünkü inkişafının əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası dayanır. Bu siyasi xətti müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev ölkəmizin suverenliyini, milli maraqlarını və beynəlxalq mövqeyini uğurla möhkəmləndirmişdir.

Yığıncağın sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə Tovuz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunmuşdur.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib 

17:36
03 Aprel

Zelenski və Roma Papası “Pasxa eskalasiyası” haqqında

17:31
03 Aprel

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

17:19
03 Aprel

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir  

17:09
03 Aprel

Azərbaycan və Efiopiya arasında investisiya əməkdaşlığı genişlənir  

16:58
03 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!