06 Dekabr 2023 23:52
305
SİYASƏT
A- A+

TOKİ rəhbəri: Zəlzələ bölgəsinin yenidən qurulmasında Azərbaycan mühüm rol oynayır

 

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nə əsasən ölkəmiz tərəfindən Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkmiş bölgələrin birində yenidənqurma işləri aparılacaq. Həmin layihənin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən müəyyən məbləğ ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Toplu Mənzil İdarə Müdirliyinin (TOKİ) rəhbəri Ömer Bulut mediaya açıqlama verib.

İdarə rəhbərinin açıqlaması Türkiyə mediasında geniş işıqlandırılıb.

Demirörən Xəbər Agentliyinin (DHA) mövzuya dair yazısında deyilir: “Azərbaycanın 100 milyon dollarlıq dəstəyi ilə Kahramanmaraşın Azərbaycan məhəlləsində tikiləcək yaşayış və iş yerləri üçün torpaq abadlaşdırılması işləri davam edərkən, TOKİ rəhbəri Ömər Bulut və Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov işlərlə yerində tanış olublar. Kahramanmaraş Böyükşəhər Bələdiyyə Başçısı Hayrettin Güngörün də iştirak etdiyi əraziyə baxış zamanı Bulut və Sadıqov tikintiyə cavabdeh şəxslərdən son vəziyyətlə bağlı məlumat alıblar. Ömər Bulut bildirib ki, Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün ev tikintisi tam sürəti ilə davam edir”.

“Haber Türk” saytının xəbərində bu mənzillərin yaxın vaxtda sahiblərinə təqdim ediləcəyi bildirilib.

“İhlas Xəbər Agentliyi”nin (İHA) “TOKİ sədri və Azərbaycan rəsmisi Azərbaycan məhəlləsinin inşa edildiyi əraziyə baxış keçiriblər” sərlövhəli yazısında bu ifadələr yer alıb: “Zəlzələ bölgəsinin yenidən qurulmasında mühüm rol oynayan Azərbaycan Kahramanmaraşda min ev inşa edəcək. Şəhərdə Azərbaycan rayonunun yaradılması işlərinə başlanılıb. Azərbaycan 320 hektar ərazidə salınacaq məhəllənin 100 milyon dollarlıq hissəsini Azərbaycan ödəyəcək”.

Yazıda TOKİ rəhbərinin “Azərbaycan məhəlləsinin tikiləcəyi ərazi kommersiya əhəmiyyətli olacaq. Azərbaycanlı qardaşlarımızın o köhnə tarixi yaşatmaqla bağlı bir xahişləri oldu, bununla yanaşı minə yaxın ev tikəcəklər. İşlər artıq başlayıb, niyyətimiz bir il ərzində tikintini başa çatdırıb qanuni sahiblərinə verməkdir.

Xəbər Türkiyənin bir çox media qurumu tərəfindən yayımlanıb.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il noyabrın 22-də 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video