23 Dekabr 2025 15:56
659
DÜNYA
A- A+
“TikTok Shop”da rəqəmsal hədiyyə kartları dövrü başladı  

“TikTok Shop”da rəqəmsal hədiyyə kartları dövrü başladı  


 “TikTok Shop” tətbiqdaxili alış-verişi hədiyyə etməyi daha rahat etmək məqsədilə rəqəmsal hədiyyə kartları funksiyasını istifadəyə verib. O, istifadəçilərə dost və ailə üzvlərinə platformada mövcud olan milyonlarla məhsul arasından istədiklərini seçmək imkanı yaradır. Hazırda bu funksiya yalnız ABŞ bazarında əlçatandır.

Yenilik bayram alış-verişi mövsümünə təsadüf edir ki, bu da “TikTok” üçün strateji əhəmiyyət daşıyan dövr hesab olunur. Rəqəmsal hədiyyə kartlarının təqdim edilməsi “TikTok Shop”u “Amazon” və “eBay” kimi böyük e-ticarət platformalarına bir addım da yaxınlaşdırır.

İstifadəçilər hədiyyə kartlarını 10–500 ABŞ dolları məbləğində yükləyə bilirlər. Kartların fərqləndirici cəhəti animasiyalı dizaynlarla fərdiləşdirilə bilməsidir. Ad günü, toy, təşəkkür və digər xüsusi günlər üçün müxtəlif animasiya seçimləri təqdim olunur.

Hədiyyə kartları elektron poçt vasitəsilə göndərilir və alıcının TikTok hesabının olması tələb olunur. Kart aktivləşdirildikdən sonra məbləğ dərhal istifadəçinin TikTok Balance balansına əlavə edilir. Alıcı təşəkkür mesajı göndərə, hətta cavab olaraq özü də hədiyyə kartı yollaya bilər.


Ülkər XASPOLADOVA ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

02:21
17 İyun

Azercell abunəçilərinin nəzərinə

02:21
17 İyun

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

23:53
16 İyun

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

23:26
16 İyun

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – MÜSAHİBƏ 

22:07
16 İyun

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

21:57
16 İyun

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür 

21:47
16 İyun

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

21:36
16 İyun

Xarici investisiyalarda artım: enerji sektoru ön planda

21:28
16 İyun

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

21:20
16 İyun

Nadir dəri xəstəliyinin genetik səbəbi tapılıb

21:19
16 İyun

Qlobal elektrikli avtomobil satışı may ayında 1,8 milyona çatdı

21:09
16 İyun

Qlobal tərəfdaşlıq Bakıda bir araya gəlir

21:03
16 İyun

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

20:53
16 İyun

Günəş şüalarını ölçən ağıllı boyunbağı təqdim edilib  

20:53
16 İyun

Sənaye və texnologiya parkları üçün yeni güzəştlər təsdiqlənib

20:41
16 İyun

 “Motorola”nın yenilənmiş smartfonu təqdim edilib  

20:36
16 İyun

 Erve Renar Tunis milli komandasının baş məşqçisi oldu

20:28
16 İyun

 Gilyermo Oçoa Dünya Kubokundan sonra futboldan ayrılacaq

20:23
16 İyun

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

20:19
16 İyun

İnstaqramdan növbəti yenilik

20:17
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!