28 Aprel 2023 10:25
1625
SİYASƏT
A- A+

TƏLXƏKLƏR DƏSTƏSİ

 

Siyasət meydanı sirk arenası olmadığından təlxəklər orada duruş gətirə bilməzlər

 

Əvvəllər sirkdə tamaşaçıları güldürmək üçün təlxəklər dəstə ilə arenaya çıxardılar.
Tamaşaçılardan gülüş qopartmaq üçün özlərinə əl qatar, müxtəlif oyunbazlıqlar edərdilər.
Neynək, sənətləri budur, çörəkləri tamaşaçıları güldürməkdən çıxır.
Həm də bu zaman heç kəsi aldatmırlar, cibə girmirlər.
İstedadları hesabına arenada iş görüb halal pul qazanırlar...
Siyasi təlxəklər isə tamam başqadır.
Onlar adamları güldürmürlər.

Əksinə, inandırıb arxalarınca apardıqlarını sonda gülünc günə qoyurlar.
Hər zaman mənsub olduqları xalqı yox, öz ciblərini güdürlər.

Qazandıqları milyonlar və milyardlar isə oğurluqdan, dövlət büdcəsini talamaqdan, əsgər "tuşonka"sını satmaqdan çıxır.
44 günlük Vətən müharibəsi təkcə Hayastanın biabırçı məğlubiyyəti ilə başa çatmadı, kapitulyasiya aktını imzalaması ilə bitmədi...
...Həm də Hayastana rəhbərlik edənlərin iç üzünü açıb göstərdi, ciblərini doldurmaq üçün beyni zəhərlənmiş vətəndaşlarını necə öz əməllərinin girovuna çevirdiklərini, satellit erməni dövlətini necə məhvolma
həddinə çatdırdıqlarını, dilənçi gününə saldıqlarını aşkara çıxardı.
Bu gün bütün bu oğurluqları, mənimsəmələri, korrupsiya hallarını məhkəmə yolu ilə bir-birilərinə sübut edirlər.
Hələ ki, erməni baş nazir keçmiş prezidentlərin cinayət əməllərini açıb göstərir.
Yəqin ondan sonrakı baş nazir də Paşinyanın indi törətdiyi cinayətləri aşkara çıxararaq hesabını soracaqdır.

Hayastan heç zaman öz ağzı ilə hürməyib.
Çünki bu dövlət özünəməxsus tarixi məkanda və milli kökləri üzərində qurulmayıb.
Onu süni şəkildə yaradıblar.
Qaraçı köçü kimi hayları Cənubi Qafqaza haraylayaraq Türkiyəyə qarşı qondarma, alət dövlət təşkil ediblər.
Ermənilər özləri bütün bunları yaxşı bildiklərindən tarixə baş vurmaqdan, dövlətlərinin keçmişini araşdırmaqdan cin oddan qorxan təki qorxurlar.
Türkiyə arxivlərinin qapısını açıq qoysa da, ermənilər bu günədək nə ora daxil olur, nə də öz arxivlərini açırlar.
Amma gerblərinə Türkiyəyə məxsus Ağrı dağının şəklini qoymaqla ora iddialı olduqlarını da gizlətmirlər.
Ancaq axmaqlar özlərindən min dəfələrlə güclü dövlətə qarşı ərazi iddiaları irəli sürərlər.
Amma bu, fərdi axmaqlıq deyil, milli ağılsızlıqdır!
Özgə əlində alət olan millətin xəstə iddia və təxəyyülündən doğan sərsəmlik!
Həm də heç zaman baş tutmayacaq boş və mənasız iddia!

***
Bəzən insanlar özlərində olmayan keyfiyyətlər barədə danışmağı xoşlayırlar.
Məsələn, qorxaq igidliyindən, dələduz etibarından, yelbeyin ağlından, yaltaq kişilikdən danışmaqla özünə müsbət imic formalaşdırmağa çalışır.

"Müstəqillik"ləri (forpost dövlətə müstəqil demək mümkün deyil) dövründə Hayastanın iki "qarabağlı" prezidenti olub.
Hər ikisi Azərbaycanda doğulub, Azərbaycanın çörəyi ilə böyüyüblər.
Əlaltı uşaqlar olublar.
Onlardan birinə Serjik adının qoyulması valideynlərinin öz övladlarına qeyri-ciddi, yelbeyin uşaq kimi yanaşdığının göstəricisidir.
Valideyn qədər övladı kim yaxından və dərindən tanıyar?
Robert də onun bir tayı, su içdiyi quyuya tüpürənlərdəndir.

Hər ikisi "sovet komsomolu" xətti ilə "inkişaf" ediblər.
Adətən ermənilərin tarixi inkişafının iki mühüm istiqaməti olub:
Birincisi yaltaqlıq, ayaqqabı silmək və yalamaq, digəri isə özlərinin qadın cinsindən olanlarını qabağa verməklə.

İkinci yol barədə bu yaxınlarda "on bir min fərari"dən bəhs edən Anna Akopyan real açıqlama da vermişdi.
Hər iki komsomolçu Bakıya gələndə Azərbaycan komsomolunun rəhbərliyinə, Bakıdan Xankəndiyə gedən nümayəndə olanda isə onlara yaltaqcasına qulluq göstərməyi özlərinə borc bilirdi.
Bu yolla da inkişaf edərək partiya işinə keçdilər.

Belə bir məqamda isə bəxtləri gətirmədi.
Əslində, yaltaqlanmaq və yarınmaqla partiya işində də qabağa gedə bilərdilər.
"Partkom" (o dövrdə ilk partiya təşkilat katiblərini belə çağırırdılar) da olmuşdular.
Amma SSRİ-nin dağılması ilə Sov.İKP də gorbagor oldu!
Odur ki, əllərindən bu imkan çıxdı.
Lakin özlərini itirmədilər.
Qanlarındakı satqınlıq, əqrəb xisləti ilə hər zaman xəyanətə hazır olmaları karlarına gəldi.
Millətlərinə heç zaman fayda, əmin-amanlıq, dinc yaşayış gətirmədilər.
Mahiyyətlərindəki xəbislik, tamah, yalnız özünü, öz ailəsini düşünmək xasiyyəti heç zaman onları tərk etmədi.

Komsomolda, partiya işində,  bədnam "miatsum" hərəkatında olanda əl-ələ verib dostluq etdilər.
Elə ki, prezident seçilərək səlahiyyət sahibinə çevrildilər, oğurluqla, korrupsiya yolu ilə böyük sərvət topladılar, yalançı "dostluq"larının da sonu çatdı.
Barışmaz düşmənə çevrildilər, bir-birilərinə bacardıqları pisliyi 
etdilər.
Elə erməniliyin də əsl siması budur:
"Balaca" olanda yaltaq, satqın, yalaq, "böyüyüb" vəzifə qazananda isə qəddar, hər cür insani hisslərdən kənar, pula, vəzifəyə görə bütün alçaqlıqlara getmək.
Hər ikisini birləşdirən cəhət təkcə keçdikləri "həyat yolu", vəzifə pillələri olmayıb.

Əslində, murdarlıqları da eynidir, bir-birinin təkrarıdır.
Məsələn, hakimiyyəti ələ keçirmək üçün Koçaryan Ter-Petrosyanı, Paşinyan isə Sarkisyanı zorakılıqla devirib.
R.Koçaryan əlini öz xalqının qanına batıran ilk prezident kimi "tarix"ə düşüb.
Belə ki, o, 1999-cu il oktyabrın 27-də Hayastan parlamentinə silahlı hücum təşkil etdirərək aralarında ölkənin siyasi rəhbərliyində de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlamentin sədri Karen
Dəmirçyan olmaqla 8 nəfəri öldürtdürüb!
R.Koçaryan özünü faşist ideologiyasının təmsilçisi olan Qaregin Njdeyə bənzətməyi sevirdi, yeni torpaq işğal etməsi ilə qürurlanırdı.
Əslində isə ermənilərə ölüm, şikəstlik, yoxsulluq, səfil həyat yaşatdı.
Onun prezidentliyi dövründə Hayastan xarici dövlətlərdən asılı vəziyyətə düşdü, mühüm strateji obyektləri borc əvəzinə Rusiyaya verildi.
Serjik də köhnə dostundan və həmkarından geri qalmayıb.
2008-ci ilin prezident seçkilərində Serjik hakimiyyət kürsüsünü saxtakarlıqla ələ keçirdi.

Haylar seçkilərin nəticələrinə etiraz olaraq martın 1-2-də ölkədə aksiyalar keçirdilər.
Əli günahsız xocalılıların qanına batan bu hakimiyyət hərisinin əmri ilə ordunun və polisin atəşi nəticəsində 10 nəfər öldü, 230-u isə güllə yarası aldı.

Satqınlıq və xəyanət daim fəaliyyətinin ayrılmaz hissəsini təşkil edib.
Əvvəlcə yavəri olaraq qovluğunu daşıdığı keçmiş DQMV-nin birinci katibi B.Gevorkova xəyanət edib.
Onu özündən sonra prezident edən Koçaryana dirsək göstərib, heç telefonuna belə cavab verməyib.
Bu "millət qəhrəmanı"nın iqtidarı dövründə də ermənilər ölkələrini kütləvi şəkildə tərk ediblər.
Birinci Qarabağ müharibəsi dövründə bu iki alçaq xislətli Azərbaycan torpaqlarının işğalında xüsusi qəddarlıq nümayiş etdirdi.
***
Dünənədək "dost", "qonşu" deyib yaltaqlandıqları, qapısında fəhlə işlədikləri, evinə qonaq gedəndə haxçıxları ilə qulluğunda durduqları azərbaycanlıları gülləyə tutdular, qırıb əsir götürdülər, başlarına müsibətlər açdılar.
Boş qalmış evləri fars qardaşları ilə yağmalayıb dağıtdılar.
İnsan bədbəxtliklərindən də çoxlu pullar qazandılar.
Öz millətlərini aldadaraq özgələrinin əlində alətə çevirdilər.
"Böyük Ermənistan" xülyası ilə beyinlərini dumanlandıraraq qarşıdurmaya, toqquşmaya, müharibəyə sövq etdilər.
Özləri yüksək vəzifə və hədsiz sərvət sahibi oldular.
Prezidentlikləri dövründə hər birinin dövlətdən 20-30 milyard dollar oğurladıqları bildirilir.
Bəs onların felinə uyan sadə ermənilər nə qazandılar?
Oğlanları işğalçı müharibədə ölərək qoca ata-analarını yalqız qoydular.
Arvadları ərsiz, özgə torpağından qovulduqdan sonra evsiz-eşiksiz, işsiz, ac-yalavac qaldılar.

Qızları rusiyalı əsgərlər, sülhməramlılarla dollar qarşılığında ünsiyyət quraraq "qədim peşə" sahibi yolunu tutdular.
"Dəmir yumruq" 44 gün ərzində 30 ildə əldə etdiklərini əllərindən alıb başlarını əzdikdən sonra yenə ağıla gəlmədilər.
R.Koçaryan da, S.Sarkisyan da bu gün xalqın böyük əksəriyyətinin özünə düşmən saydığı, millətini zəlil günə salan təlxək "siyasətçi"lər sayılırlar.
Barələrində cinayət işi qaldırılıb, tezliklə Paşinyan hər ikisini türməyə soxacaqdır!

Əgər bir üsulla qaçıb Qarabağa gəlsələr, onları ya öz erməniləri öldürüb cəzalarını verəcəklər, ya da Azərbaycan əsgəri tutaraq xalqımıza qarşı törətdikləri ağır cinayətlərə görə mühakimə edəcək!
***
Bu gün "təlxək siyasətçilər dəstəsi"nə Hayastanın baş naziri Paşinyan başçılıq edir.
* Sorosçu Paşinyan;
* Siyasətdən, dövlət idarəçiliyindən xəbərsiz Paşinyan;
* Yalançı, dünyada qeyri-ciddi hökumət başçısı kimi imic qazanan Paşinyan;
* Gündə bir ağa tapıb, min məsləkə qulluq edən Paşinyan;
* Özünü hamıdan bic, ağıllı hesab edərək daim axmaq, gülünc vəziyyətlərə düşən Paşinyan;
* Şuşada sərxoş olub yallı gedən, 44 günlük Vətən müharibəsində isə Azərbaycan ordusu tərəfindən "Uzundərə"yə oynadılan Paşinyan!
* Qarabağda parlament binası tikdirərək burada bircə dəfə də iclas keçirə bilməyən, "nakam" qalan Paşinyan;
* "Qarabağ Ermənistandır nöqtə" deyərək Azərbaycan Prezidentinin qəzəbinə düçar olan, diz üstə çökdürülən, beli sındırılan, "dəmir yumruq"la başı əzilən Paşinyan!
İndi yalamadığı daban, yaltaqlanmadığı dövlət başçısı, kömək istəmədiyi beynəlxalq təşkilat, çıxmadığı hoqqa qalmayıb!
Boş və mənasız oyunbazlıqlardır!
Özü hamıdan yaxşı bilir ki, tezliklə hər şey Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi olacaq!

* Bilir ki, Hayastan elə bir günə düşüb ki, bir daha özünə gələ bilməyəcək!
* Bilir ki, Qarabağ Azərbaycana məxsusdur, heç bir dövlətin köməyi, heç bir biclik-kələklə əvvəlki vəziyyəti qaytara bilməyəcək! 
* Bilir ki, sülh müqaviləsini imzalamasa, heç 29 min kvadratkilometrlik ərazidə də rahat yaşaya bilməyəcəklər!
* Bilir ki, Qarabağ məsələsi birdəfəlik həll olunub, geriyə dönüş mümkün deyil!
Çox qorxduğu bir məsələni də yaxşı bilir:
Əgər sülh müqaviləsini imzalasa, beyni zəhərlənmiş ermənilər onu terror yolu ilə öldürəcəklər.
Xaricə qaçsa, dünyanın hər yerində fəaliyyətdə olan erməni terror təşkilatları tapıb axırına çıxacaqlar.

Yaxşı bilir ki, ömrü vəzifəsinin ömrü qədərdir.
Odur ki, bütün vasitələrlə vəzifəsini qoruyub saxlamağa çalışır.
Odur ki, "vəzifə ömrü"nü uzatmağa çalışır.
Odur ki, min bir hiyləyə əl ataraq, gündə bir söz deyib, sonra arxasından qaçaraq daha çox vəzifədə qalmaq istəyir.

Heyhat, belə siyasətçiləri nə müharibə, ölüm, qaçqın ömrü yaşatdıqları insanlar, nə də fəlakət və müsibət bəxş etdikləri özününkülər bağışlayır!
Artıq haqq-hesab zamanı lap qapının ağzındadır!
***
Təlxəklər dəstəsinin bir üzvü də S.Ohanyandır.
Bir vaxtlar "Şamaxı ermənisi" sayılan hərbçi.
Onlara qucaq açan, əmin-aman yaşadan insanlara xain çıxaraq əvəzində ölüm, fəlakət, əlillik gətirən zabit...
Əməllərinin bir qismini ayağının bədəli ilə ödəyən, ömrünün yerdə qalanını türmədə keçirməyə məhkum olunan general.
Vətən müharibəsində məğlub olduqlarını görən Serjik və Robert tülkü kimi gizlincə, əyilə-əyilə qaçdılar!
Ohanyan isə əsgər və zabitlərinə xəbər vermədən hoppana-hoppana aradan çıxdı.
İndi heç biri qorxusundan Azərbaycan ərazisinə ayaq basa bilmir!

İndi hər üçünün üçüncü Qarabağ müharibəsinin qorxusundan gecələr yuxuları ərşə çəkilib!
Ohanyan Qarabağda elə bir "sədd" çəkmişdi ki, tarixi Mannerheym xəttindən də "üstün" 
sayılırdı.
Amma bu axmaq generalın həmin "sədd"indən Vətən müharibəsində bizə tərəf bircə güllə belə atılmadı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev onları elə günə qoydu ki, dinməz-söyləməz Ağdamı, Laçın və Kəlbəcəri təhvil verdilər! 
Görəsən, alınmaz qala sayılan Şuşanı əldə saxlaya bilməyən bu çolaq "general" 20 faiz Azərbaycan ərazisini necə əbədi işğalda saxlamaq niyyətindəymiş?
İndi Hayastan parlamentində oturub keçmiş erməni məsləkdaşlarına su şüşəsi atmaqla məşğuldur.
Neyləsin, əlindən daha nə gəlir ki...
Nə topu var, nə tankı, nə əsgəri, nə ordusu...
Hamısı məhv edilib, külə döndərilib!
Eybi yox, Paşinyan tezliklə onu türməyə salanda olub-keçənləri xatırlamağa kifayət qədər vaxt tapacaq.

***
Müzəffər Ali Baş Komandan İlham Əliyev Koçaryanı da, Sarkisyanı da, Ohanyanı da Qarabağdan iti qovan kimi qovdu!
Qarabağ məsələsini isə birmənalı şəkildə və birdəfəlik həll etdi!
Paşinyan çox söz deyə bilər, çox oyunbazlıq, çox təlxəklik edə bilər.
İlham Əliyevin dedikləri isə mövcud reallığa əsaslanmaqla çox aydın və konkretdir:

* Təlxək dəstəsinin üzvlərindən hansı qorxmursa, qoy indi Qarabağa gəlsin.
* Bizim irəli sürdüyümüz sülh şərtləri beynəlxalq hüquqa söykənir və birmənalı şəkildə qəbul olunmalıdır!
* Qarabağdakı ermənilər ya bizim bayrağımız altında yaşamalı, ya da hara istəyirlərsə, getməlidirlər!
* Əgər Hayastan "A" deyibsə, "B"ni də deməlidir! 
* Biz heç kəsə imkan vermərik ki, bizim ərazimizdə at oynatsın!
* Bizim iradəmizə heç kim təsir edə bilməz!
* Qarabağ bizim daxili işimizdir!
* Ya bizim sözümüzlə durub-oturacaqlar, ya da rədd olub gedəcəklər!
Bu dəyişməz və qəti mövqe Müzəffər Ali Baş Komandan İlham Əliyevə məxsusdur!
Bu iradəni Müzəffər Ali Baş Komandan İlham Əliyev ortaya qoyub!
Bu söylənilənlər indiyədək dediklərinin hamısına əməl edən İlham Əliyevin sonuncu və dəyişməz xəbərdarlıqlarıdır!
İlham Əliyevin qarşısında "təlxəklər dəstəsi" duruş gətirə bilməz! 

Hətta kimlərə və nələrə güvənsələr də belə!
Bu gün Hayastandakı keçmiş və təzə siyasətçiləri, dövlətə başçılıq etmişlərin hamısını bir yerə yığsaq, onların birlikdə bildiyinidən dəfələrlə çox Azərbaycan Prezidenti bilir və həyata keçirir! 
Sübut:
* 44 günlük Vətən müharibəsi zəfərimizin konkret, əməli nəticələri;
* İlham Əliyevin Avropa İttifaqı, Avropa İttifaqına daxil olan bir sıra dövlətlərlə, habelə MDB-nın müsəlman dövlətləri ilə son dövrdə strateji əməkdaşlıqla bağlı imzaladığı sazişlər, Avropanın qazla təchizatına verdiyi real töhfələr.
***
İkinci Qarabağ müharibəsindən sonra Paşinyan Hayastanı idarə etmir!
Hayastan dünya erməniliyindən, hayların arxalanmaq istədikləri dövlətlərdən gələn sifarişlər və təpkilərlə "idarə" olunur.

Odur ki, təlxək hökumət başçısı hər gün bir söz deyir, bir mövqe nümayiş etdirir.
Dövlətin hər məmurunun ağzından bir avaz gəlir.
Həm də bu avazlar eyni mövqeni əks etdirmir, kimin ağlı necə kəsir onu danışır, özünü qorumaq üçün zəruri bildiyini edir.
Hayastanda bu hərki-hərkilik, idarəsizlik, xaotik vəziyyət hələ çox davam edəcəkdir.
Çünki meydanda olan siyasətçilərin xalq arasında kifayət qədər nüfuzu və dəstəyi yoxdur.
Dəstək qazanmaq, xəstə milləti ətrafına toplamaq üçün verilən vədlərə əməl etmək mümkün deyil.

Qüdrətli Azərbaycan ona yol verməz!
Bu gün Hayastanın ya daxilində, ya da dünyada ağıllı, mövcud vəziyyəti dərindən dərk edib düzgün qiymətləndirən, hayları razı salaraq bu uğursuz dövləti və xəstə erməni xalqını yaranmış vəziyyətdən çıxarmağa qadir bir nəfər də erməni siyasətçisi yoxdur!
Yaxın 20-30-40-50 ildə də belə bir adamın yetişəcəyi gözlənilmir!

Necə deyərlər, xəmir hələ çox su aparacaq:
* Dövlət rəhbərliyinə gələnlər yenə də bir-birilərini mühakimə etdirərək həbsxanaya atacaqlar;
* İqtisadiyyat çökəcək, dalanda qalan perspektivsiz ölkə boşalacaq;
* Ordu yaratmaq, onu silahlandırmaq mümkün olmayacaq;
* Parlamentdə yumruq davası, ölkədə əsgər valideynlərinin etiraz aksiyaları davam edəcək;
* Paşinyan xalqla məzələnərək ölkəyə rəhbərliyini davam etdirəcək. 
Dünyanın gərdişinə bax: dünən əllərini belinə qoyub Qarabağda sülənən Koçaryan, Sarkisyan, Ohanyan bu gün başlarını aşağı salıb İrəvanda məhkəmə qarşısında ifadə verirlər.
Azərbaycan torpaqlarını 30 il işğalda saxlamaqla bunamı nail oldunuz, təlxəklər dəstəsi?!
Amma bu, hələ başlanğıcdır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video