02 Avqust 2026 17:00
2422
Təhsil
A- A+
Təhsil Tələbə Krediti Fondu yeni müraciət dövrünü açıq elan edir  

Təhsil Tələbə Krediti Fondu yeni müraciət dövrünü açıq elan edir  


Təhsil Tələbə Krediti Fondu 2026-2027-ci tədris ilinin payız semestri üzrə müraciətləri avqustun 3-dən etibarən e-ttkf.edu.az portalı üzərindən açıq elan edir.

Elm və Təhzil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Dövlət İmtahan Mərkəzinin 2026-2027-ci tədris ili üzrə keçirdiyi qəbul müsabiqəsinin nəticələrinə əsasən, ali təhsilin magistratura səviyyəsinə qəbul olunmuş tələbələr, (bakalavriat səviyyəsinə yeni qəbul olunan tələbələr üçün müraciətlər ixtisas seçimi başa çatdıqdan sonra açılacaq), həmçinin ali, orta ixtisas və peşə təhsili müəssisələrinin 2-ci və daha yuxarı kurslarında təhsil alan tələbələr qeyd olunan tarixdən etibarən e-ttkf.edu.az portalına daxil olaraq sosial və ya standart təhsil tələbə krediti üçün müraciət edə bilərlər.

Magistratura təhsil səviyyəsinə qəbul olunmuş tələbələr portal.edu.az üzərindən tələbə qeydiyyatı prosesini həyata keçirərkən paralel olaraq e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün də müraciət edə biləcəklər.

Qaydalara əsasən, birinci tədris ilinin ilk semestri üzrə standart təhsil tələbə kreditindən yararlanmaq üçün aşağıdakı minimal qəbul göstəriciləri müəyyən edilib:

- Subbakalavr - 110 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 40 bal;

- Bakalavriat səviyyəsi - 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 100 bal;

- Magistratura səviyyəsi - 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 30 bal;

- SAT nəticələri əsasında ali təhsil müəssisələrinə qəbul olunanlar üçün - minimum 1200 bal;

- Texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə - attestatda müvafiq fənlərdən yekun qiymətlərin ədədi ortası minimum 3.

Qeyd edək ki, minimal qəbul göstəriciləri yalnız standart təhsil tələbə kreditlərinə münasibətdə tətbiq olunur. Sosial təhsil tələbə kreditləri üzrə isə minimal qəbul balı nəzərdə tutulmur.

Diqqət: 2026-2027-ci tədris ili üzrə bakalavriat səviyyəsi və subbakalavra yeni qəbul olan tələbələr ixtisas seçimini başa vurduqdan sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciətlərini təqdim edə biləcəklər.

Yeni tədris ilinin başlanması münasibətilə bütün tələbələrə təhsil həyatında uğurlar arzulayırıq.

Qeydiyyat ünvanı: www.e-ttkf.edu.az

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FİDE Rusiya şahmatçılarının Olimpiadada iştirakını qadağan etdi  

14:05
25 Avqust

"İstəklilər koalisiyası"nın Kiyev Sammiti: yeni paketlər, köhnə məsələlər  

14:02
25 Avqust

Laçın bu gün Vətənimizin ən gözəl guşələrindən biridir

13:50
25 Avqust

Krasnodarda PUA qalıqlarının düşməsi nəticəsində iki nəfər ölüb

12:58
25 Avqust

Sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq - PROQNOZ

12:41
25 Avqust

Qardaşlıq və əbədi dostluq nümunəsi: Bakı və Daşkənd arasında yeni ittifaq modeli

11:43
25 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir

11:30
25 Avqust

Vətəndaşlar DSMF-yə ən çox hansı məsələlərlə bağlı müraciət edirlər?

11:27
25 Avqust

Türkiyə XİN: ABŞ-nin Suriyanı terrorizmə dəstək verən ölkələr siyahısından çıxarmasını məmnuniyyətlə qarşılayırıq  

11:23
25 Avqust

Çempionlar Liqası: "Sabah" “Hapoel”lə cavab oyununa çıxır

11:01
25 Avqust

“Brent”in qiyməti 92 dollardan aşağı düşüb  

10:20
25 Avqust

Azərbaycan nefti 95,13 dollara satılır

10:01
25 Avqust

Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətləri yeni zirvələrə yüksəlir

09:20
25 Avqust

Neft bahalaşır

09:00
25 Avqust

Səsi xoşbəxtliyi, peşəsi taleyi idi

08:55
25 Avqust

Poeziyada yeri səhv düşməmişdi

08:50
25 Avqust

Paytaxtda axşam konsertləri davam edir

08:45
25 Avqust

Dünya səviyyəli müasir idman kompleksi - Milli Gimnastika Arenası

08:40
25 Avqust

Azərbaycanın yeni turizm strategiyası

08:35
25 Avqust

Dövlətə və xalqa xidmət amalının təcəssümü

08:30
25 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri Avrasiyanın yeni siyasi və iqtisadi arxitekturasını formalaşdırır 

08:25
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!