25 İyul 2025 08:25
503
CƏMİYYƏT
A- A+
Təhlükəyə "yox", qanunsuzluğa "dur" deməyin vaxtıdır

Təhlükəyə "yox", qanunsuzluğa "dur" deməyin vaxtıdır


Dəmir yolunun kənarındakı qanunsuz tikililər insan həyatını təhdid edir


Dəmir yollarının ətrafında qanunsuz tikililər  illərdir ki, cəmiyyəti və dövlətin nəzarət orqanlarını narahat edən problemə çevrilib. Abşeron dairəvi xətti boyunca, xüsusilə Nərimanov-Böyükşor və Keşlə sahələrində yerləşən mühafizə zolaqlarında tikilən qanunsuz evlər həm bu ərazilərdə yaşayan insanların,  həm də bütövlükdə dəmir yolu infrastrukturunun təhlükəsizliyini təhdid edir. 

Statistikaya görə, həmin ərazidə qanunsuz tikilmiş 161 evdə 156 ailə olmaqla 543 nəfər yaşayır. Qanunsuz tikililərin müxtəlif təhlükələri və ciddi hüquqi problemləri bir araya gətirdiyi göz qabağındadır. Onların əksəriyyəti sənədsizdir və müvafiq icazə olmadan inşa edilib. Belə hal həm qanun pozuntusuna səbəb olur, həm də ərazidəki insanların gələcəkdə hüquqi məsələlər və məhkəmələrlə üzləşməsinə gətirib çıxarır. 

Yeri gəlmişkən qeyd edək ki, əldə olunan məlumata görə, hazırda dəmir yolunun mühafizə zolağında yaşayan ailələrdən 54-nün başqa ünvanlarda qanuni yaşayış sahəsi mövcuddur. Bu, o deməkdir ki, onlar dəmiryol ərazisində yaşamağa ehtiyacdan deyil, daha çox şəxsi maraqlardan,  bəlkə də kommunal rahatlıq, şəhər mərkəzinə yaxınlıq və ya torpaq sahəsinə sahiblənmək üçün üz tutublar. Daha acı olanı isə odur ki, evlərin bir hissəsi artıq gəlir mənbəyinə çevrilib. 11 nəfər həmin evləri kirayə verərək, faktiki olaraq təhlükə içində başqasının yaşamasına razılıq verib. Fakt bizə onu deməyə əsas verir ki, burada ehtiyacdan tikilən daxmalar yox, planlı şəkildə qurulan gəlir modeli var. Düşünmək olar ki, bu adamlar çarəsizlikdən, məcburuyyətdən belə addım atıblar. Amma qeyd etdiyimiz rəqəmlər bir daha göstərir ki, söhbət təkcə sosial çarəsizlikdən getmir. Bəziləri bu tikililəri biznes alətinə, qanunsuz gəlir mənbəyinə çeviriblər. 

Araşdırmalar bir faktı da ortaya qoyub ki, ərazidə yaşayanlar ölkənin təxminən 40 şəhər və rayonundan gəliblər. İlk baxışda adama elə gəlir ki, bu insanlar təhlükəli mühafizə zolağında - dəmir yolunun qorunma sahəsində ev tikib yaşamağa  məcbur olublar, yaxud da məcburi köçkün, ya da qaçqındırlar. Halbuki bu, tam olaraq belə deyil. Həmin tikililərdə yaşayanlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir. Deməli, böyük əksəriyyət bu addımı atarkən heç də qaçqınlıq və ya məcburi köçkünlük statusuna sığınmayıb. Çoxu sadəcə mövcud vəziyyətdən faydalanmağa çalışıb. Bəziləri sosial yardım alacağına ümid edib, bəziləri isə gələcəkdə bu evlərin sənədləşdiriləcəyini düşünərək riskə gedib. 

Bu ərazidə inşa olunan evlərin heç biri qanuni əsaslara söykənmir. Onlar nə müvafiq icra hakimiyyətindən razılıq alıb, nə də şəhərsalma planında özünə yer tapıb. Sənədsiz, qanunsuz və nəzarətsiz şəkildə tikilən həmin evlər, əslində yalnız tikinti qaydalarını deyil, eyni zamanda hüquq və təhlükəsizlik prinsiplərini də pozub. Sənədsiz ev əslində sənədsiz tale deməkdir - nə hüququ var, nə də gələcəyi. 

Bu görüntünün ən ağrılı tərəfi odur ki, son üç ildə dəmir yolu xəttində çoxsaylı bədbəxt hadisə baş verib. Səs-küysüz, kameralardan uzaq baş verən bu hadisələr bəzən cəmiyyətin diqqətindən kənarda qalır. Amma hər biri bir ailənin faciəsinə, bir insanın həyatında iz buraxan dönüş nöqtəsinə çevrilir. Bu tikililər yalnız qanunsuz deyil, onlar həm də təhlükənin içində ucaldılıb. Dəmir yolunun bir neçə metrliyində qurulan həyatlar, tikilən evlər hər gün şütüyən qatarlar ilə silkələnir. Bir anlıq ehtiyatsızlıq, bir körpənin oyun zamanı relslərə çıxması, bir gəncin yolu qısaltmaq istəyi bəzən geri dönüşü olmayan faciə törədir. 

Evlərin qanunsuz  tikili olması ilə bağlı hüquqi statusu artıq rəsmi şəkildə müəyyən olunub.  Məhkəmə öz sözünü deyib: tikililər sökülməlidir. Bəziləri qərarı sərt, bəziləri isə gecikmiş hesab edə bilər. Lakin dövlət torpağında, xüsusilə də dəmir yolu kimi strateji və təhlükəli bir ərazidə sənədsiz ev tikməyin izahı yoxdur. Məhkəmə qərarı təkcə beton divarların sökülməsini deyil, həm də qanunsuzluğa  son qoyulmasını tələb edir. Bu, sadəcə sənəd deyil, o, həm də dövlətin təhlükəyə "yox", qanunsuzluğa "dur" deməsi kimi oxunmalıdır. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!