20 Yanvar 2025 11:08
174
CƏMİYYƏT
A- A+
Təbrizdə Qanlı Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

Təbrizdə Qanlı Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğunda Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir zamanı 20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş etdirilib, fotoşəkillərdən ibarət sərgi keçirilib və ehsan süfrəsi açılıb.

Tədbirdə İranın Şərqi Azərbaycan valisinin siyasi məsələlər üzrə müavini Murtaza Məhəmmədzadə, bu ölkənin digər rəsmi şəxsləri, Türkiyənin Təbrizdəki baş konsulu Çetin Taner və baş konsulluğun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri, Azad İslam Universitetinin azərbaycanlı tələbələri iştirak ediblər.

Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Baş konsul Əliyənnağı Hüseynov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin vaxtilə səciyyələndirdiyi kimi, 20 Yanvar günü Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Ulu Öndər böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının həyatında dönüş mərhələsi olub.

Ə.Hüseynov qeyd edib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı çox ağır imtahandan qalib çıxıb, keçmiş SSRİ rəhbərliyinin ölkəmizə qarşı qərəzli, ermənipərəst siyasətinə, Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxarıb, böyük itkilərlə, günahsız insanların ölümləri ilə nəticələnib. Həmin ağır günlərdə Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılıb. Həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri, uşaqlar, qadınlar, qocalar da var idi. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, avtobusları atəşə tutur, yaralıları öldürür, meyitləri təhqir edirdilər. Hərbi təcavüz nəticəsində yüzlərlə ev, onlarla təcili yardım maşınları dağıdılıb, külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Lakin onlar öz qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə nail olmasına gətirib çıxardı. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi, “Bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı”.

Diplomat qeyd edib ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21- də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımızın kədərinə şərik çıxdı, sovet rəhbərliyinin Bakıda törətdiyi qanlı cinayəti pislədi. Ulu Öndərimizin 20 Yanvar hadisələri ilə bağlı bəyanatı nəticəsində dünya SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı bu dəhşətli, xüsusi amansızlıqla törədilən dövlət terrorundan xəbər tutdu. 1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndərin qətiyyətinin təzahürü kimi tarixə düşdü.

Baş konsul vurğulayıb ki, Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli bir tarixinə çevrilib. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol 2020-ci il sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun 44 günlük Zəfər salnaməsi ilə ən mühüm zirvəsinə çatdı. Vaxtilə Şəhidlər xiyabanına gəlib şəhidləri ziyarət edən gənclər özləri qəhrəmanlıq dastanı yazdılar, Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyimizi və suveren hüquqlarımızı təmin etdilər.

Ə.Hüseynov çıxışına yekun vuraraq deyib: “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması həm də 20 Yanvar şəhidlərinin, ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmadığının sübutudur. Odur ki, xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü xüsusi qürur hissi ilə qeyd edir. Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır!”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici İşlər Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

15:31
20 Yanvar

Ağdamda “Şəhidlər" abidə kompleksinin önünə tər qərənfillər düzülüb

15:29
20 Yanvar

Ukraynalı jurnalist: Qanlı Yanvar terroru sırf siyasi xarakter daşıyırdı

15:25
20 Yanvar

Bizdən ayrı düşənlərə borcumuzdur bu ehtiram...

15:24
20 Yanvar

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

15:17
20 Yanvar

Prokurorluq əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər  

15:15
20 Yanvar

Şəhidlərin xatirəsinə ehtiram

15:14
20 Yanvar

Bakı metrosunda qatarlararası intervalların azaldılması üçün atılacaq addımlar açıqlanıb  

15:05
20 Yanvar

Vüsal Aslanov: Metronun 4 kəsişmə stansiyası olacaq  

15:03
20 Yanvar

Ceyhun Bayramov: Ermənistandan ciddi və əməli addımlar gözləyirik

15:02
20 Yanvar

Xankəndi və Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib 

14:58
20 Yanvar

Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib 

14:57
20 Yanvar

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

14:55
20 Yanvar

Sabah hava şəraiti əsasən yağmursuz olacaq

14:55
20 Yanvar

Sədr: 2024-cü ildə 230 milyon sərnişin metrodan istifadə edib

14:53
20 Yanvar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

14:50
20 Yanvar

Din xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər

14:42
20 Yanvar

Səhiyyə Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib

14:41
20 Yanvar

Səfər Qaraqoyunlu: 20 Yanvar qətliamı Can Azərbaycanın müstəqillik əzmini qıra bilmədi

14:40
20 Yanvar

Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

14:38
20 Yanvar

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

14:36
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!