17 Fevral 2023 00:36
693
SİYASƏT
A- A+
Təbii fəlakət saymazlığı bağışlamır

Təbii fəlakət saymazlığı bağışlamır

 

BMT-nin məlumatına görə, XXI əsrin ilk 20 ilində Yer kürəsində zəlzələlərin sayı 2 dəfə artmışdır. Əvvəl bu cür fəlakətlər yalnız iqlim dəyişikliyi və qlobal istiliklərlə izah edilirdisə, indi səbəblərin siyahısı genişlənməkdədir. Özü də bütün versiyalar inandırıcıdır və onların heç birindən tam imtina etmək mümkün deyil. 
Məsələn, astronomlar belə qənaətə gəlirlər ki, Günəş sistemindəki bütün planetlərin nüvələrində anomal hərəkətlər baş verir - onlar yerlərini və sürətlərini dəyişirlər. Bunun nəticəsində isə biz təbii fəlakətlərin artmasının şahidi oluruq. Bu sırada Günəş sistemindəki bütün planetlərlə yanaşı, Yer kürəsi də istisna deyil. Ona  görə Günəş sistemində baş verən bütün dəyişiklikləri Yer kürəsində də müşahidə etmək mümkündür. 
Yəqin elə bu səbəbdəndir ki, son 50 ildə planetimizdə baş verən təbii fəlakətlərin sayı 5 dəfə artmışdır. BMT-nin Dünya Meteoroloji Təşkilatının hesabatında göstərilir ki, təkcə 2018-ci ildə baş verən təbii fəlakətlərin sayı 108 milyon insanı beynəlxalq humanitar yardım üçün müraciət etmək məcburiyyətində qoymuşdur. Proqnozlar da ürəkaçan deyil - 2030-cu ilə kimi bütün növ təbii fəlakətlərin sayı yenə iki dəfə arta bilər. Vəziyyəti mürəkkəbləşdirən həm də odur ki, planetin hər 3 sakinindən biri həmin fəlakətlər barədə əvvəlcədən xəbər verə bilən sistemlərlə yetərincə əhatə olunmamışdır. 
BMT-nin Risklərin Azaldılması İdarəsi bəyan edir ki, 2000-2019-cu illər arasında 
7,3 mindən çox təbii fəlakət baş vermiş və bundan 4,2 milyarddan çox insan ziyan çəkmişdir. Dünya iqtisadiyyatına dəyən ziyanın dəyəri isə  təxminən 
3 trilyon dollara yaxınlaşmışdır. Məruzədə həmçinin bildirilir ki, təbii fəlakətlərin sayının artmasına iqlim dəyişiklikləri, xüsusən isti hava şəraiti də səbəb olur. O üzdən BMT bütün dövlətləri iqlim təhlükələrini aradan qaldırmaq üçün yetərincə hərəkət etməməkdə ittiham edərək hamını daha fəal olmağa çağırır. 
Lakin təbii fəlakətlərin iqlim dəyişikliyindən asılı olmadığını iddia edən alimlər də var. Onlar belə bir fərziyyə irəli sürürlər ki, Günəş sistemində 12 min ildənbir qlobal fəlakətlər dövrü baş verir. 
Başqa versiyalar da var. Onlardan birində qeyd olunur ki, Yer kürəsində insanlar qəddarlaşdıqca, başqa sözlə, müharibələrin sayı artdıqca, bəşəri yaşam qaydaları pozulduqca bütün vəhşiliklər suların yaddaşına həkk olunur. Zülm ərşə qalxanda sular coşaraq insanlara divan tutmağı qərara alır və dünya sulara qərq olur. 
Daha bir versiya isə bizim müqəddəs kitabimzda qiyamət gününün əlamətləri kimi ətraflı şərh edilir. Quran ayələrində göstərilir ki, Yer kürəsində qiyamətin bütün əlamətləri baş verəndən sonra həyat sönəcək. Müxtəlif ölkələrdə din xadimlərinin deməyinə görə, qiyamətin kiçik əlamətləri artıq baş verməkdədir. 
Amma bütün hallarda əsrimizin ilk 20 ilində iqlim dəyişikliyi ilə bağlı  6681 fəlakət baş vermişdir. Bu da ötən əsrin son 20 ilində baş verən 3656 fəlakətdən xeyli artıqdır. 20 il ərzində nəhəng daşqınların sayı iki dəfə artmışdır. Son 20 ildə Asiya 3068 təbii fəlakətdən ziyan çəkmişdir. Bu rəqəm Amerikada 1756, Afrikada isə 1192 olmuşdur. 
XXI əsrin ilk 20 ilində baş verən zəlzələr də artmaqdadır. Türkiyədə baş verən sonuncu dağıdıcı zəlzələ ən acınacaqlısıdır. 7,7 bal gücündəki zəlzələ Türkiyənin böyük bir regionunu yerləyeksən etmişdir. 
Təskinlik üçün xatırlatmırıq. Bu əsrin əvvəlində - 2004-cü ildə İndoneziyada baş vermiş zəlzələdə 300 minə yaxın adam ölmüşdü. Hind okeanında 9,1-9,3 bal gücündəki zəlzələ nəticəsində 10 metr hündürlüyündə sunami 14 ölkədə bir o qədər insanın həyatına son qoymuşdu. Dağıntılar Tailanda 5 milyard, İndoneziyaya 4,5 milyard, Hindistana 1,6 milyard, Maldiv adalarına 1,3 milyard  ABŞ dolları dəyərində iqtisadi ziyan vurmuşdu. Amma bunlar da hələ hamısı deyil. Haitidə 2010-cu ildə baş verən zəlzələdə də minlərlə insan həlak olmuşdu. 2008-ci ildə Çində baş verən 7,9 bal gücündə zəlzələ nəticəsində 90 minə yaxın insan həlak olmuşdu. 2005-ci ildə Pakistanda baş verən 7,6 bal gücündə zəlzələdə isə  87 mindən artıq adam ölmüşdü. Bundan əvvəl İran və Yaponiyada yerin silkələnməsi də qurbansız ötüşməmişdir. 
Amma insanlar üçün ən vacibi hər hansı təbii fəlakətin baş verməsi yox, onun fəsadlarının minimuma endirilməsi və ya qarşısının alınmasıdır. Bu isə özümüzdən asılıdır. Əbəs yerə demirlər ki, insanları məhv edən təbii fəlakətlər deyil, onların təbii fəlakətlərə biganə münasibətləridir. Əgər seysmik ərazidə başımızın üstünə dam tikərkən zəlzələni, çay sahilində məskən salarkən seli, odla rəftarda yanğını heçə sayırıqsa, yaxud maraqlarımızı dağıdıcı və öldürücü silahlar gücünə təmin ediriksə, buna təbiət neyləsin?!

Bahadur İMANQULİYEV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!