23 May 2024 14:59
492
CƏMİYYƏT
A- A+
TDT-yə üzv ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin növbəti toplantısı Azərbaycanda keçiriləcək  

TDT-yə üzv ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin növbəti toplantısı Azərbaycanda keçiriləcək  

 

“Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuralarının sədrlərinin növbəti toplantısının 2025-ci ilin may ayında Azərbaycanda keçirilməsi ilə bağlı təklif etdik və təklif qəbul olundu. Gələn il hər birinizi Azərbaycanda görməkdən məmnun olarıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuralarının sədrlərinin ikinci toplantısında çıxışı zamanı Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib.

Tədbir çərçivəsində keçirilən “Ölkələrin təqdimatı: Hüquq-məhkəmə orqanlarının strukturu, vəzifəsi, səlahiyyətləri” mövzusunda panel iclasla çıxış edən İnam Kərimov belə tədbirlərin keçirilməsinin qarşılıqlı təcrübələrindən faydalanmaq, əməkdaşlığın gücləndirilməsi və ümumi maraqlar üçün fəaliyyətin birgə təşkili baxımından əhəmiyyətini vurğulayıb, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib.

Azərbaycanda hakimlərin seçimi prosesinə toxunan sədr bildirib ki, hələ 2005-ci ildən ölkəmizdə hakimliyə namizədlərin mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası tətbiq olunur.

“Ən mühüm yeniliklərdən biri də ondan ibarətdir ki, artıq namizədlər bütün imtahanlar üzrə topladıqları ballara uyğun sıralanır və gələcək iş yerlərini mövcud vakansiyalar çərçivəsində özləri seçirlər. Prosesin obyektivliyi və şəffaflığına əlavə dəyər qatan məhz bu yeni qaydalarla keçirilmiş müsabiqə əsasında qısa müddətə 59 nəfər hakim vəzifəsinə təyin edilib. Hakim vəzifəsinə təyin edilən həmin namizədlərin yarısından çoxunu qadınlar təşkil edir”, - deyə İnam Kərimov bildirib.

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xüsusilə türkdilli dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsinin ölkəmizin əsas prioritetlərdən biri olduğunu diqqətə çatdıran sədr deyib: “Hesab edirəm ki, hazırda dünyada gedən regionallaşma mühiti dövlətlərarası əlaqələrin dərinləşməsini və region ölkələrinin inteqrasiyasını şərtləndirir.

Ötən il bizim təşəbbüsümüzlə Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin məhkəmə orqanları arasında əlaqələrin genişləndirilməsi, ümumi maraq doğuran məsələlər üzrə fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransı təsis edilib”.

İnam Kərimov İstanbulda keçirilən bu tədbirin də qardaş dövlətlərimiz arasında münasibətlərin dərinləşdirilməsi, yeni əməkdaşlıq sahələrinin yaradılması baxımından müstəsna rol oynadığını bildirərək, görüşün olduqca faydalı nəticələr hasil edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuralarının sədrlərinin növbəti toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı qərar İstanbul görüşündə qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!