17 Fevral 2026 08:55
437
SİYASƏT
A- A+
Tariximizin faciəvi səhifələrindən biri 

Tariximizin faciəvi səhifələrindən biri 


Qaradağlı qətliamından 34 il ötür


Son iki əsr ərzində azərbaycanlılara qarşı ardıcıl şəkildə həyata keçirilən zorakılıq siyasəti xalqımızı dəfələrlə faciələrlə, qətliam və soyqırımları ilə üz-üzə qoyub. Erməni şovinistləri tərəfindən həyata keçirilən bu qanlı xətt Birinci Qarabağ müharibəsi dövründə də davam etdirildi, dinc əhaliyə qarşı bəşəri cinayətlər törədildi. 1992-ci il fevralın 26-da baş verən və əsrin faciəsi kimi tarixə düşən Xocalı soyqırımına qədər də erməni silahlı birləşmələri azərbaycanlılara qarşı kütləvi qətliamlar həyata keçirmişdilər. Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanıs Ayrım kəndinin, eləcə də keçmiş Dağlıq Qarabağ ərazisində azərbaycanlıların yaşadığı İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc sakinlərinin bir qismi əvvəlcədən hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdir. Erməni silahlı dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətlərdən biri də 1992-ci il fevralın 17-də Qaradağlı kəndində baş vermişdir. Bu hadisə də müharibə dövründə mülki əhaliyə qarşı həyata keçirilən və insanlığa sığmayan vəhşiliyin növbəti nümunəsi idi.


Hər bir ailə faciə ilə üzləşib


1980-ci illərin sonlarından erməni şovinistləri keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddət hazırladıqları qanlı planlarını işə saldılar. 1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi meydanında ermənilərin fasiləsiz mitinqləri başladı. Fevralın 20-də isə onlar Dağlıq Qarabağ Muxtar Vilayətinin İcraiyyə Komitəsinin sessiyasını çağırdılar və azərbaycanlı deputatların iştirakı olmadan qərar qəbul etdilər ki, DQMV Azərbaycanın tərkibindən çıxır və Ermənistana birləşdirilir. Bu qeyri-qanuni qərardan və ovaxtkı mərkəzi hakimiyyətdən dəstək alan ermənilər daha da azğınlaşaraq azərbaycanlılara qarşı açıq təzyiqlər göstərməyə, silahlı hücumlar təşkil etməyə başladılar. Məqsəd Dağlıq Qarabağdan azərbaycanlıları sıxışdırıb çıxarmaq idi. 1991-ci ildən etibarən vəziyyət o həddə çatdı ki, erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadığı kənd və qəsəbələri bir-bir işğal etməyə başladılar. Qoca, qadın, uşaq demədən mülki əhalini qətlə yetirdilər, girov götürdülər. O dövrdə ölkədə siyasi hakimiyyətin zəif olması, Milli Ordunun tam formalaşmaması səbəbindən Azərbaycan kəndləri, qəsəbələri və şəhərləri xarici güclərdən dəstək alan mütəşəkkil erməni silahlı birləşmələrinə qarşı tək-tək müqavimət göstərməyə məhkum idi. Bu qeyri-bərabər döyüşlərin nəticəsi ərazilərimizin işğalı və dinc əhalimizin qətliamı ilə müşayiət olunurdu. 1992-ci il fevralın 17-də isə erməni qaniçənləri Xocavənd rayonunun Qaradağlı kəndində yeni bir faciə törədərək insanlığa qarşı cinayətlərini davam etdirdilər.


Kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib


Xocavənd rayonunun Qaradağlı kəndi hələ 1988-ci ildən erməni təhdidi ilə üz-üzə qalmışdı. Kənd sakinləri o zamandan qəhrəmanlıqla doğma yurdlarının müdafiəsinə qalxıb xeyli şəhid vermişdilər. 1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomobil ermənilər tərəfindən atəşə tutulub, bir nəfər öldürülmüş, 4 nəfər yaralanmışdır. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişmişdir. 

Məlumata görə, ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırılıb. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutulub. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 oğlan, 6 qadın həlak olub. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. 1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilən, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçiblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə aparıb. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak olub. Silah-sursatı tükənən qaradağlılar sonda ermənilər tərəfindən əsir və girov götürülüblər. Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələnib, əksəriyyəti silos quyusunda yaralı halda diri-diri basdırılıb. Sakinlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələnib. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürülüb. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetiriblər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid olub. Beş nəfərin taleyi bu günə qədər məlum deyil. 

Beləliklə, Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayıblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsir və girovluqda saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə öz başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.


Qaradağlı qətliamı şahidlərin dili ilə 


Ötən il mayın 1-də Bakı Hərbi Məhkəməsində Qaradağlı faciəsi ilə bağlı sənədlər tədqiq olunan zaman həmin hadisələrin canlı şahidləri - zərərçəkmiş şəxslər ifadə veriblər. Qaradağlı sakini Seyyur Nağıyev ifadəsində diqqətə çatdırıb ki, erməni hərbçilər 1992-ci ildə Qaradağlını işğal edənə qədər mütəmadi olaraq kəndə hücum edib, mülki insanları qətlə yetirib, evlərini yandırıb, mal-qaralarını talayıblar. O deyib ki, 1992-ci il fevralın 15-dən 17-dək Qaradağlıya bütün istiqamətlərdən hücum olub, kənd mühasirəyə alınıb. Hücum əməliyyatında muzdlular da iştirak ediblər. 

O, Qaradağlının işğalı zamanı əzizlərinin, o cümlədən qardaşının, əmisinin və əmisinin üç oğlunun qətlə yetirildiyini deyib.  Zərərçəkmiş şəxs deyib ki, kənd işğal olunanda onu da digər sakinlər kimi girov götürərək Xankəndiyə aparıblar: "Soyuq, şaxtalı havada girovlara dəhşətli işgəncələr verilirdi".

Zərərçəkmiş Qaradağlı sakini Vidadi Hüseynov hadisələrin 1988-ci ildən başladığını, mütəmadi olaraq azərbaycanlılara hücumların edildiyini diqqətə çatdırıb. Bildirib ki azərbaycanlılar vəhşicəsinə qətlə yetirilirdi: "Avtobuslara hücum edib mülki insanları atəşə tuturdular. Dinc sakinləri diri-diri yandırıb mal-qarasını talayırdılar. Azərbaycanlıları ağaca bağlayıb güllələyirdilər".

Zərərçəkmiş şəxs İlqar Hüseynov işğal zamanı girov götürüləndən sonra yük maşınları ilə aparıldıqlarını, "Bəylik bağı" adlanan yerdə 33 nəfərin güllələndiyini bildirib: "Həmin yerdə saxladılar, orada 33 nəfəri güllələdilər. Qalan insanları, o cümlədən məni Xankəndi istiqamətində apardılar".

Zərərçəkmiş Baxşeyiş Hüseynov deyib ki, 1992-ci ilin fevralında kənd işğal olunanda onu girov götürüblər: "Məni digər əsir və girovlarla bərabər Xankəndiyə apardılar. Orada bizə hər gün işgəncələr veriblər. Bədənimizi bizlə deşiblər". Zərərçəkmiş Şamxal Şirinov bildirib ki, kənd işğal olunanda onu da girov götürüblər. Girov götürülənlərin bir qismi güllələnib. O deyib ki, girov saxlandığı zaman ona dəhşətli işgəncələr verilib, dişlərini çəkib çıxarıblar, döyüb, bədəninə çoxsaylı xəsarətlər yetiriblər.


Haqq-ədalət öz yerini tapdı


Azərbaycan parlaq Qarabağ zəfəri ilə öz ərazilərində suverenliyini tam bərpa etdi, üçrəngli bayrağını bütün zirvələrdə dalğalandırdı. Bu möhtəşəm Qələbə yalnız torpaqlarımızın azadlığı deyil, eyni zamanda XX və XXI əsrlərdə Vətənimizin müxtəlif bölgələrində soyqırımı və qətliamlarla üzləşmiş günahsız insanların haqqının bərpası idi. Şəhidlərimizin qanı yerdə qalmadı, onların ruhu şad edildi. 

Bu gün çağdaş Azərbaycan vətəndaşları olaraq xalqımızın milli qürur mənbəyinə çevrilən həmin tarixi anların şahidi olmağın həm məsuliyyətini, həm də fəxrini yaşayırıq. İllərlə qəlbimizdə daşıdığımız ədalət arzusu gerçəyə çevrildi. İnanırdıq ki, bir gün bu haqsızlıqların cavabı veriləcək. Xalqımıza qarşı müharibə cinayətləri törədənlərin bəziləri Azərbaycan qanunları qarşısında bir-bir cavab verdilər və cəzalarını aldılar.  

Bəli, xocalılılar, qaradağlılılar, meşəlililər, ballıqayalılar, ağdabanlılar, başlıbellilər... Bir zamanlar dəhşət və faciə yaşayan insanlar İlahi ədalətin təntənəsinə, onlara zülm edənlərin cəzasız qalmadığına şahidlik etdilər. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!