26 Sentyabr 2025 16:19
431
SİYASƏT
A- A+
Tariximizdə əbədi qalacaq Zəfər  

Tariximizdə əbədi qalacaq Zəfər  


“Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sənədə əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. 27 sentyabr şanlı Zəfərimizlə yekunlaşan Vətən müharibəsinin başladığı günü simvolizə edir. 2020-ci il sentyabrın 27-də səhər saat 06:00-da başlayan müharibə uzun çəkmədi – cəmi 44 gün davam etdi. Ancaq bu qısa müharibədə qazanılan Qələbə öz miqyasına və mahiyyətinə görə çox böyük idi. Müharibədə Azərbaycan yalnız işğalçı Ermənistana deyil, həm də onun arxasında dayanan böyük güclərə qalib gəldi”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev ifadə edib. 

 Milli Məclisin üzvü bildirib ki, Azərbaycan hər zaman sülh mövqeyindən çıxış edib. Ölkəmizin işğala məruz qalan tərəf olmasına baxmayaraq, təxminən otuz il ərzində Minsk qrupunun xətti ilə aparılan danışıqlarda fəal şəkildə iştirak etməsi və bir qayda olaraq konstruktiv mövqe ortaya qoyması bunun əyani təsdiqidir. Ancaq işğalçı Ermənistanın davranışları müharibəni qaçılmaz edirdi. Bunun da əsas səbəbi Ermənistanın üç onillik ərzində  danışıqlar prosesində formal olaraq iştirak etməsi və işğalçılıq siyasətindən geri çəkilmək istəməməsi idi. Ermənistanın işğal illərində törətdiyi müharibə cinayətləri hər kəsə bəllidir. “Adekvat şəkildə cəzalandırılmaması işğalçı ölkəni, necə deyərlər, daim yeni təxribatlara  və yeni müharibə cinayətlərinə ruhlandırırdı. 27 sentyabr 2020-ci il ərəfəsində belə təxribatların miqyası daha da genişlənmişdi. Beynəlxalq hüquq normalarına arxa çevirən işğalçı dövlətin rəhbərliyi bir qarış torpağın belə Azərbaycana qaytarılmayacağını bəyan edirdi. Bunlar azmış kimi, Ermənistan Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələməyə başlamışdı. 2020-ci ilin iyul ayında heç bir səbəb olmadan iki ölkə arasındakı dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimiz, dinc sakinlər və mülki infrastruktur erməni hərbi birləşmələri tərəfindən qəfil artilleriya atəşinə tutuldu. Həmçinin həmin ərəfədə başqa belə təxribatlara da şahidlik etdik” -deyə o bildirib.

Samir Vəliyev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin  növbəti dəfə daha genişmiqyaslı təxribat törətdiklərini xatırladıb. Deputat bildirib ki, həmin tarixdə Ermənistanın silahlı birləşmələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həyatını itirən və yaralananlar olub. Eləcə də mülki infrastruktur obyektlərinə, evlərə ciddi ziyan dəyib. “Azərbaycanın seçim imkanı qalmamışdı. Beləliklə,  Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib”, - deyə millət vəkili vurğulayıb.

Millət vəkili bildirib ki, Prezident, Ali Baş Komandan tərəfindən müharibənin başlaması üçün ən uyğun vaxt seçilib. Bunadək keçilən yolu xatırladan Samir Vəliyev deyib ki, 30 il ərzində Azərbaycan işğal faktı ilə heç vaxt barışmayıb, dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi sayəsində ərazilərimizin və suverenliyimizin təmin olunması məsələsi ölkənin gündəliyinin mərkəzində saxlanılıb. Bu illər ərzində iqtisadiyyatımız gücləndirilib və bu əsasda yüksək döyüş qabiliyyətinə malik müasir ordu formalaşdırlıb. Eyni zamanda, cəmiyyətimiz səfərbər olunmuşdu. Azərbaycan xalqı vətənpərvər, qəlbən torpağına bağlı olan xalqdır. “Müharibənin ilk günündən Azərbaycan xalqı Prezidentə, Ordumuza güclü dəstək nümayiş etdirdi. Sentyabrın 27-də xarici ölkələrdə yaşayan azərbaycanlılar bəyanat yayıblar. Qeyri-hökumət təşkilatlarınin qəbul etdikləri müraciətdə vətəndaş cəmiyyəti təsisatlarının təmsilçiləri  Ali Baş Komandanımızın və Ordumuzun yanında olduqlarını bildiriblər. Eyni zamanda,  500-dən çox QHT beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Həmin gün Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar”, - deyə millət vəkili bildirib.

Samir Vəliyev qürur hissi ilə xatırladıb ki, Azərbaycan xalqı Vətən müharibəsinin elə ilk günündən başlayaraq cəbhədən gələn qələbə müjdələrinə sevinib. Ordumuzun peşəkarlığının, yüksək döyüş qabiliyyətinin, hərbçilərimizin göstərdikləri misilsiz qəhrəmanlıqların nəticəsi olaraq düşmən cəmi 44 gün ərzində bütünlüklə kapitulyasiyaya məruz qalıb və döyüş qabiliyyətini tamam itirib. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub. “Döyüşlərdə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük müharibənin başa çatmasını bildirən 10 noyabr 2020-ci il tarixli bəyanat qəbul edildikdən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə atılmadan Azərbaycana  təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı və Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu”, - deyə millət vəkili vurğulayıb.

 Deputat bildirib ki, bu Zəfər son 200 illik tariximizin ən parlaq səhifəsini təşkil edir. Məlumdur ki, son iki yüzillikdə xalqımız bir sıra istilalara məruz qalıb, torpaqlarımızı itirmişik, sərhədlərimiz daralıb. 44 günlük müharibədə isə  biz ilk dəfə olaraq torpaq itkilərinə məruz qalmadıq, əksinə ötən əsrin doxsanıncı illərinin əvvəllərində zor gücünə zəbt etilmiş ərazilərimizi geri qaytarmağa nail olduq. Bu Qələbə ilə həm də sonrakı zəfərlərimizin təməli qoyuldu,  biz bir dövlət və xalq olaraq suverenliyimizin  tam bərpası uğrunda çarpışmalara başladıq. Həmin unudulmaz, qürurverici anları da yenə də sentyabr ayında yaşadıq. 2023-cü il sentyabrın 19-20-də baş tutan uğurlu lokal xarakterli əməliyyatın nəticələrinə uyğun olaraq Qarabağda separatizmə birdəfəlik son qoyuldu, ölkəmizin bütün ərazisində tam suverenliyimiz təmin olundu.


Rəşad CƏFƏRLİ,

«Azərbaycan»  





 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!