06 Noyabr 2025 13:51
493
SİYASƏT
A- A+
Tarixi irsə sadiqliyin və gələcəyə strateji baxışın vəhdəti

Tarixi irsə sadiqliyin və gələcəyə strateji baxışın vəhdəti

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağı bütövlükdə ölkə ictimaiyyəti üçün mühüm hadisədir. Bu faktor həm də elmin, intellektual potensialın və strateji düşüncənin dövlət siyasətində tutduğu mövqenin nümayişidir. Prezident İlham Əliyevin akademiyanın yubiley tədbirindəki çıxışı tarixi irsə sadiqliyin və gələcəyə baxışın parlaq ifadəsi olub. Dövlətimizin başçısı elmin milli güc amili kimi formalaşmasını, onun iqtisadi, sosial və texnoloji tərəqqidə yeri və rolu barədə ətraflı danışıb.

Azərbaycan Prezidentinin nitqində əsas vurğulardan biri elmin milli düşüncə sistemində tutduğu mühüm yerə həsr edilib. AMEA ötən dövr ərzində müxtəlif mərhələlərdən keçib, lakin hər zaman dövlətin və xalqın intellektual dayağı kimi fəaliyyət göstərib. Bu faktor bir daha göstərir ki, elm Azərbaycanın milli kimliyinin, mədəni yaddaşının və strateji sabitliyinin ayrılmaz hissəsidir. Bu istiqamətdə əsas təməl hələ ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə Ümummilli Lider ölkənin elmi potensialının gücləndirilməsini prioritet istiqamət kimi müəyyənləşdirmiş, akademiyanın fəaliyyətinin təkmilləşdirilməsi, yeni elmi-tədqiqat institutlarının yaradılması və elmi kadrların hazırlanması istiqamətində sistemli addımlar atmışdır. Həmin illərdə dövlət tərəfindən elmə ayrılan vəsaitlər artırılmış, bir sıra sahələrdə elmi-tədqiqat işlərinin beynəlxalq səviyyədə aparılmasına şərait yaradılmışdır.

Ən mühüm təşəbbüslərdən biri də gənc mütəxəssislərin yetişdirilməsi istiqamətində həyata keçirilən siyasət idi. Ulu Öndərin təşəbbüsü ilə yüz minlərlə gənc Sovet İttifaqının və dünyanın aparıcı universitetlərində təhsil almaq üçün göndərilmiş, nəticədə ölkədə yüksək ixtisaslı mütəxəssislər nəsli formalaşmışdır. Bu proses elmi kadr potensialının güclənməsinə, yeni düşüncə tərzinin formalaşmasına və müasir biliklərin ölkəyə gətirilməsinə şərait yaratmışdır. Təhsilə və insan kapitalına göstərilən bu diqqət sonrakı illərdə elmin, sənayenin və idarəetmənin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində mühüm rol oynamışdır. Prezident İlham Əliyevin yubiley tədbirindəki çıxışında vurğuladığı kimi, eyni siyasəti biz müstəqillik illərində də aparırıq: “Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər”.

Prezident İlham Əliyevin nitqində diqqətə çatdırılan məqamlardan biri elmin inkişafına dövlət dəstəyinin davamlı və məqsədyönlü olması ilə bağlıdır. Son 10 il ərzində elm sahəsinə ayrılan maliyyə vəsaitləri iki dəfədən çox artırılmışdır. Bu fakt ölkənin iqtisadi imkanlarının artması ilə yanaşı, elmin strateji prioritet kimi qəbul edildiyini nümayiş etdirir. Həmin dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazası köklü şəkildə yenilənmiş, institutların və laboratoriyaların infrastruktur şəraiti müasir tələblərə uyğunlaşdırılmışdır. Akademiya şəhərciyində yerləşən bir çox binalar əsaslı şəkildə təmir edilmiş və mühit sırf tədqiqat fəaliyyətinə uyğunlaşdırılmışdır. Yeni böyük elmi kitabxana və Milli Ensiklopediyanın binası tikilərək istifadəyə verilmişdir. Dövlətin elmi fəaliyyətin inkişafı üçün yaratdığı Elm Fondu, “Elm haqqında” Qanun, Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı kimi mexanizmlər bu siyasətin hüquqi və institusional bazasını daha da gücləndirmişdir. Sözügedən tədbirlər Heydər Əliyev siyasətinin davamı kimi elmi sahədə ardıcıl islahatların təməlini qoyur və onları müasir reallıqlara uyğun şəkildə zənginləşdirir.

Dövlətimizin başçısının çıxışında diqqət çəkən əsas istiqamətlərdən biri də süni intellekt mövzusu olub. Süni intellekt artıq gələcəyin deyil, bu günün reallığıdır və ölkələr arasında iqtisadi və texnoloji rəqabətin əsas göstəricisinə çevrilib. On il əvvəl bu sahə barədə danışılmırdısa, hazırda süni intellekt hər bir dövlətin inkişaf strategiyasının ayrılmaz hissəsidir. Azərbaycan bu sahədə qlobal proseslərdən geri qalmamaq üçün mühüm addımlar atır. Dövlət süni intellektin iqtisadiyyat, sənaye, təhsil və idarəetmə sistemlərində tətbiqi ilə bağlı kompleks proqramlar həyata keçirir. Ölkə rəhbərliyinin alimlərə ünvanladığı çağırış ondan ibarətdir ki, bu sahədə elmi yanaşma və texnoloji innovasiyalar birləşdirilməli, yerli mütəxəssislər beynəlxalq elmi məkanla rəqabət apara biləcək səviyyəyə çatdırılmalıdır. Həmin istiqamətdə həyata keçirilən layihələr həm də iqtisadi diversifikasiyanın əsas elementlərindən biridir. Süni intellektin tətbiqi sənaye istehsalında səmərəliliyi artırır, idarəetmədə şəffaflığı gücləndirir, dövlət xidmətlərini və təhlükəsizlik sistemlərini daha çevik və effektiv edir.

Rəqəmsallaşma Azərbaycan üçün sadəcə texnoloji tendensiya deyil, idarəetmənin yeni fəlsəfəsidir. Rəqəmsal yanaşma idarəçilikdə çevikliyi artırır, qərarların qəbulunu sürətləndirir, iqtisadi və sosial sistemlərdə şəffaflığı təmin edir. Dövlətimizin başçısı bildirib ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin əmsalı da artır, səmərə də artır və nəticə etibarilə daha gözəl nəticələr hasil edilir. Bu kontekstdə hökumət strukturunda “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi”nin yaradılması uğurlu addımdır. Bu faktor Azərbaycanın texnoloji yönümlü dövlət modeli qurmaq niyyətinin bariz nümunəsidir. Elm və rəqəmsal transformasiya bir-birini tamamlayan iki strateji istiqamətdir və burada alimlərin rolu həlledici əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışında vurğulanan başqa bir məsələ kibertəhlükəsizliklə bağlı idi. Müasir dünyada kibertəhlükəsizlik artıq virtual deyil, fiziki təhlükəsizliyin bir formasıdır. Müharibələrin aparılma qaydaları, təhdidlərin mənbələri dəyişir və bu, yeni müdafiə mexanizmləri tələb edir. Azərbaycan həmin sahədə qabaqcıl beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir, Kibertəhlükəsizlik Mərkəzinin yaradılması isə sözügedən istiqamətdə vaxtında atılmış addımdır. Dövlətimizin başçısı qeyd edib ki, ona görə bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz: “Ona görə kibertəhlükəsizliklə bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir. Əlbəttə ki, eyni zamanda, bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır. Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik”.

Prezident İlham Əliyevin Azərbaycan alimlərinə ünvanlanmış fikirlər bir növ strateji istiqamət idi. Elm, texnologiya və idarəetmə arasında körpü rolunu oynamaq bu gün elmi ictimaiyyətin əsas vəzifələrindən biridir. Azərbaycan alimlərinin qarşısında duran əsas missiya – qlobal elmi proseslərə inteqrasiya, yerli innovasiyaların tətbiqi və dövlətin strateji inkişaf planlarında fəal iştirakdır. Süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik kimi prioritetlərdə elmi potensialın səfərbər edilməsi ölkənin gələcək intellektual təhlükəsizliyinin təminatıdır.

Azərbaycan elmi artıq yeni bir yüksəliş mərhələsinə qədəm qoyur. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilən müdrik siyasət elmi inkişafın dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevrildiyini göstərir. Elmin texnologiya ilə vəhdəti, süni intellektin və rəqəmsallaşmanın tətbiqi, intellektual potensialın artırılması istiqamətində atılan addımlar müstəqil dövlətimizin gələcək tərəqqisi təmin edir.


Mahir SÜLEYMANLI,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB

18:12
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib  

14:26
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!