Tarixi görüşün şəkli
Deyirlər, insanlar kimi şəhərlərin də taleyi olur. Kimlərsə şəhəri ərsəyə gətirir, ona şan-şöhrət bəxş edir. Taleyi doğru yol tutan şəhərlərdən biri də Sumqayıtdır.
XX əsrin 40-cı illərində yaradılan Sumqayıt "Gənclər şəhəri" adını almışdır. Məhz 70-ci illərdən başlayaraq Ümummilli Lider Heydər Əliyevin qayğısı nəticəsində bu şəhər təkcə respublikamızda deyil, dünya miqyasında tanınan yaşayış və sənaye mərkəzinə çevrildi. Tikilən yeni zavodlarda, yaradılan müəssisələrdə on minlərlə insan işləyirdi. Həyatını bu şəhərə bağlayanlar "sumqayıtlı" pasportuna da yiyələnirdilər. Həmin dövrdə ikinci bir şəhər tapılmaz ki, Sumqayıt kimi inkişaf etsin və boz çölləri yaşayış binaları bəzəsin.
Ümummilli Lider Heydər Əliyev həmin dövrdə tez-tez Sumqayıta gələr, burada aparılan quruculuq işləri, mədəniyyət ocaqlarının inşası ilə maraqlanar, ictimaiyyət nümayəndələrini dinləyər, onlara öz dəyərli tövsiyələrini verərdi.
Ümummilli Lider bu şəhərdə tikinti, quruculuq işlərini necə yüksək dəyərləndirirdisə, mədəniyyət, istirahət guşələrinə də o cür diqqətlə yanaşardı. Sumqayıtın mədəniyyət müəssisələrinin fəaliyyətinə əhəmiyyət verən Ulu Öndər öz görüşlərində yenicə yaradılan şəhərdə mənəviyyat məsələlərinin yüksəldilməsinin, adət-ənənələrimizin qorunmasının vacibliyini əhaliyə tövsiyə edərdi.
Həmin dövrdə inşa edilən bir çox mədəniyyət saraylarından biri də H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının binasıdır. 1969-cu ildən fəaliyyətə başlayan teatrın səhnəsində təkcə Azərbaycan deyil, dünya mütəfəkkirlərinin də əsərləri tamaşaya qoyulardı. Şəhərə səfərə gələn Ulu Öndər aktyor heyətinə yerli yazıçıların əsərlərini tamaşaya qoymağı təklif edərdi. Heydər Əliyev vaxt tapan kimi məşqlərə baxmağa da gələrdi. Bu, teatrın aktyorlarına daha yüksək yaradıcılıq üçün stimul verərdi.
1981-ci ildə tamaşaya qoyulan əsərlərdən biri də Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" dramı idi. Vətənpərvərlik, yenilik, sabaha inam ideyaları ilə köklənmiş bu tamaşanın premyerasında Ümummilli Lider Heydər Əliyev də iştirak edirdi. Tamaşa sona çatdıqdan sonra səhnəyə qalxan Heydər Əliyev üzünü zala tutub dedi: "Baxın, bizim necə gözəl əsərlərimiz var. Belə əsərlərdən çox yazılmalı və tamaşaya qoyulmalıdır. Təkcə Şərq deyil, bütün dünya Azərbaycan mədəniyyətinin nəyə qadir olduğunu görməlidir. Biz azərbaycanlılar buna qadirik və bunu edəcəyik".
Həmin tamaşadan sonra Heydər Əliyev mədəniyyət ocağının tam şəkildə Hüseyn Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrına (hazırda Sumqayıt Dövlət Dram Teatrı adlanır) verilməsini təklif etdi. Lakin Ulu Öndərin bu tapşırığı bir müddət yerinə yetirilməmiş qaldı. 2003-cü ildə Sumqayıta səfər edən Ümummilli Lider neçə illər öncə irəli sürdüyü təklifi reallaşdırdı. Həmin ildən teatrın binası tam şəkildə kollektivin ixtiyarına verildi.
Xatırladaq ki, teatrın binasının təməlini qoyanlardan biri də Heydər Əliyev olub. Sumqayıtın şəhər kimi formalaşmasında, təşəkkülündə Ümummilli Liderin əvəzsiz xidmətləri olmuşdur.
Sumqayıt Dövlət Musiqili Dram Teatrı səhnəsindən onlarca sənətkar pərvazlanmış, teatr məktəbinin korifeylərinə çevrilmişlər. Muxtar Dadaşov, Barat Şəkinskaya, Afaq Bəşirqızı, Valeh Kərimov və digərləri bu mədəniyyət ocağının yetirmələridir.
Vidadi MƏMMƏDOV,
Sumqayıt Dövlət Dram Teatrının direktor əvəzi, Əməkdar artist
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!