03 Oktyabr 2025 08:00
1543
SİYASƏT
A- A+
Tarixi əlaqələrdən strateji müttəfiqliyə

Tarixi əlaqələrdən strateji müttəfiqliyə


Azərbaycan-Çin hərtərəfli münasibətləri dinamik inkişaf edir


"Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Məmnunluqla qeyd etmək istərdim ki, son dövrdə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Aramızdakı fəal dialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çin əlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbər verir". 

Prezident İlham Əliyevin sentyabrın 29-da Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinə ölkəsinin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda xüsusilə qeyd etdiyi kimi, tarixi dostluq münasibətlərinə malik iki ölkənin hazırkı əlaqələri özünün ən yüksək zirvəsinə qalxıb. Pekinlə münasibətlərə xüsusi əhəmiyyət verən və yürütdüyü məqsədyönlü siyasət nəticəsində yerləşdiyi strateji coğrafi bölgəni nəqliyyat, enerji qovşağına çevirən Azərbaycanla hərtərəfli əlaqələr qurmaqda dünyanın nəhəng siyasi və iqtisadi güc mərkəzi Çin də maraqlıdır. 


Qarşılıqlı etimad


Tarixi İpək yolunun birləşdirdiyi ölkələrimiz hər zaman bir-birilərinin suverenliyini dəstəkləyirlər. Dövlətimiz rəsmən bəyan edir ki, Azərbaycan daim "Vahid Çin" siyasətini dəstəkləyir. Reallıqdır ki, xüsusilə son dövrlər iki ölkə arasında münasibətlər daha da şaxələnərək sürətli inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin təkcə bu il ərzində Çinə iki dəfə - aprel və avqust aylarında dövlət və işgüzar səfər etməsi, həmçinin Pekinlə Bakı arasında ötən il Birgə Bəyannamənin qəbul edilməsi, cari ildə Birgə Bəyanatın imzalanması buna bariz nümunədir. Ələlxüsus iki ölkə lideri İlham Əliyev və Si Cinpin arasındakı qarşılıqlı etimada əsaslanan səmimi dostluq münasibətləri əlaqələrin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfələr verir. Bu il avqustun 31-də Çinin Tiencin şəhərində Prezident İlham Əliyevin Çin Sədri Si Cinpin ilə görüşü zamanı dövlətimizin başçısını "mənim əziz dostum" deyərək salamlayan Çin Sədri bu səmimi müraciəti ilə həm də İlham Əliyevə göstərdiyi dərin hörmət və ehtiramı nümayiş etdirdi.

Ölkəmizin bütün əlamətdar günlərində Azərbaycana təbrik məktubları ünvanlayan Si Cinpinin İlham Əliyevi son prezident seçkiləri münasibətilə ilk təbrik edən liderlərdən biri olması da təsadüfi xarakter daşımırdı. 

"Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm. Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram", - deyə təbrik məktubunda Çin lideri bildirirdi.   

Bütün bunlar isə Çin-Azərbaycan əlaqələrinin dostluğa və səmimiyyətə dayanan hərtərəfli inkişafına mühüm təkanlar verir. 


Əməkdaşlıq üçün geniş imkanlar 


2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. Bununla da 1992-ci ildən diplomatik əlaqələrə malik ölkələrimiz gələcək əməkdaşlıqlarına geniş imkanlar açıblar. 

Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində bu il aprelin 23-də Pekində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" imzalanıb. Adıçəkilən bəyanatda bildirilir ki, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. 

Azərbaycan-Çin arasında iqtisadi əlaqələr çoxşaxəliliyi və inkişafı ilə seçilir: ticarət dövriyyəsi artır, energetika, həmçinin bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlıq genişlənir. Həmçinin vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsi turizmin və bir çox digər sahənin inkişafına rəvac verəcək. 

Prezident İlham Əliyev Çin Sədri Si Cinpinin dəvəti ilə cari ilin avqust ayında bu ölkədə işgüzar səfərdə olduğu zaman Tiencin şəhərində iki ölkə liderinin görüşü keçirildi. Çin Sədri Si Cinpin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini deyərək, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd etdi, bu xüsusda Trans-Xəzər marşrutunun önəminə toxundu. ÇXR Sədri bildirdi ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsini dəstəkləyir.

Öz növbəsində Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ölkələrimiz arasındakı ticarət münasibətlərində əsaslı artım müşahidə olunur.  Dövlətimizin başçısı "Bir kəmər, bir yol" layihəsinə toxunaraq, onun vacib tərkib hissəsi olan və Azərbaycan ərazisindən keçən Orta dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artmasını bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirdi.


Hörmət və dəstək 


Göründüyü kimi, Azərbaycan-Çin əlaqələri hərtərəfli şəkildə inkişaf edir və qarşıda da münasibətlərimizin dərinləşməsi üçün geniş perspektivlər görünür. 

ÇXR-in milli bayramı münasibətilə sentyabrın 29-da Si Cinpinə göndərdiyi təbrik məktubunda Prezident İlham Əliyev vurğulayıb: "Bu gün Azərbaycan ilə Çin arasında qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı məmnunluq doğurur".

Dövlətimizin başçısı əlavə edib ki, siyasi, iqtisadi-ticari, sənaye, enerji, nəqliyyat-kommunikasiya, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir: "Əminəm ki, bir-birinə böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə Azərbaycan-Çin ənənəvi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, hərtərəfli strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq".

Dünyanın nəhəng siyasi və iqtisadi gücə malik mərkəzlərindən olan Çinlə bu cür səmimi və yüksəksəviyyəli münasibətlərin qurulması Azərbaycanı dünyada nüfuzlu ölkəyə çevirən Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasətin nəticəsidir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!