26 Fevral 2026 14:25
155
SİYASƏT
A- A+
Tarixi ədalətin bərpasının parlaq rəmzi  

Tarixi ədalətin bərpasının parlaq rəmzi  


26 fevral tarixi Azərbaycan tarixinin ən ağrılı və unudulmaz səhifələrindən biri olan Xocalı soyqırımının ildönümüdür. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi tarixə həkk olunmuşdur.

Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə həyata keçirdiyi hücum nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, ahıllar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Rəsmi statistikaya əsasən, 613 nəfər öldürülmüş, minlərlə insan yaralanmış, əsir və girov götürülmüş, ailələr tamamilə məhv edilmişdir. Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayət bütün insanlığa və bəşəri dəyərlərə qarşı yönəlmiş ağır bir vəhşilik aktıdır.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən “Xocalı soyqırımı günü haqqında” qərarın qəbul olunması ilə bu qanlı faciəyə siyasi-hüquqi qiymət verilmişdir. Hər il 26 fevral saat 17:00-da ölkə ərazisində sükut dəqiqəsinin elan olunması xalqımızın şəhidlərimizin xatirəsinə göstərdiyi dərin ehtiramın ifadəsidir.

Xüsusi olaraq vurğulamaq istərdim ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz və diaspor təşkilatlarımız tərəfindən ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması, faciəyə hüquqi-siyasi qiymət verilməsi və həqiqətlərin geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Bir çox ölkələrin parlamentləri tərəfindən qəbul olunmuş qətnamələr məhz bu ardıcıl, prinsipial və sistemli fəaliyyətin məntiqi nəticəsidir.


Məhz bu həqiqətlərin dünya miqyasında tanıdılması və ədalət tələbinin beynəlxalq səviyyədə səsləndirilməsi 2020-ci ildə əldə olunan tarixi Zəfərin ideoloji və mənəvi əsasını daha da möhkəmləndirdi. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış Qələbə xalqımızın 30 illik ədalət mübarizəsinin şanlı yekunu oldu. 2023-cü ildə Xocalı şəhərində üçrəngli Azərbaycan Bayrağının ucaldılması isə tarixi ədalətin bərpasının ən parlaq rəmzinə çevrildi. 

Bu gün Xocalıda həyat yenidən canlanır, genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhər və kəndlərin məskunlaşması prosesi inamla davam edir. Xocalı bugün dirçəlişin, qayıdışın və qalib Azərbaycanın gücünün simvollarından biridir.

2025-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” imzalanmış Sərəncam isə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılmış mühüm addımdır. Bu memorial gələcək nəsillərə həqiqətləri çatdıracaq, tariximizin bu qanlı səhifəsini unutmağa qoymayacaq.

Xocalı şəhidlərinin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin.


Fatma YILDIRIM,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sloveniya paytaxtında Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

15:48
26 Fevral

“Sabah” qəzeti: Xocalı ağrısı Türk dünyasının yaddaşında silinməz izlər buraxıb  

15:34
26 Fevral

Kvirikaşvili: Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu dostluğumuzu daha da möhkəmləndirəcək  

14:52
26 Fevral

Azərbaycan və Gürcüstanın iqtisadiyyat nazirləri ikitərəfli əlaqələri müzakirə edib  

14:45
26 Fevral

“Diplomatic World Sweden” saytında Xocalı faciəsi haqqında məqalə dərc edilib  

14:44
26 Fevral

Estoniyalı parlamentarilər Xocalıda törədilən bəşəri cinayəti qətiyyətlə pisləyən bəyanat yayıblar

14:43
26 Fevral

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib  

14:33
26 Fevral

Kiyevdə Xocalı soyqırımı qurbanları anılıb

14:27
26 Fevral

Media: Ağ Ev hərbi əməliyyatların İranı güzəştə getməyə məcbur edəcəyinə inanır

14:25
26 Fevral

Tarixi ədalətin bərpasının parlaq rəmzi  

14:25
26 Fevral

Milli hisslərini itirmiş qrupun nümayiş etdirdiyi mənəvi aşınma

14:02
26 Fevral

Konstitusiya Məhkəməsində Xocalı faciəsinin qurbanları anılıb

14:01
26 Fevral

Nazirlər Kabinetinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

13:49
26 Fevral

İran XİN: ABŞ-nin ziddiyyətli açıqlamaları danışıqlar prosesinə mane olur

13:38
26 Fevral

İran XİN: Rafael Qrossi yenidən Cenevrə danışıqlarında iştirak edə bilər  

13:32
26 Fevral

Yeni Azərbaycan Partiyasının nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

13:19
26 Fevral

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

13:18
26 Fevral

Abbas Əraqçi: İran həm sülhə, həm də hərbi ssenariyə hazırdır

13:17
26 Fevral

Dövlət Komitəsinin kollektivi Xocalı qurbanlarının xatirəsini anıb

12:59
26 Fevral

Azərbaycan Milli QHT Forumu Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb  

12:51
26 Fevral

Sabah hava bəzi yerlərdə yağıntılı olacaq, arabir güclənən külək əsəcək  

12:50
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!