26 Fevral 2026 14:01
133
CƏMİYYƏT
A- A+
Konstitusiya Məhkəməsində Xocalı faciəsinin qurbanları anılıb

Konstitusiya Məhkəməsində Xocalı faciəsinin qurbanları anılıb


Fevralın 26-da Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın əməkdaşları “Ana harayı” abidəsini ziyarət edərək, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla anıb, abidənin önünə gül dəstələri düzüblər. Daha sonra Konstitusiya Məhkəməsində təşkil olunan anım tədbirinin açılışında faciə zamanı həlak olmuş mülki şəxslərin, eləcə də Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konstitusiya Məhkəməsindən AZƏRTAC-a verilən məlumata görə, sədr Fərhad Abdullayev bildirib ki, Azərbaycan xalqı XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüzn və ehtiram hissi ilə anır. 1992-ci ilin fevral ayında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş bu kütləvi qırğın yalnız milli tariximizin deyil, bütövlükdə bəşəriyyətin yaddaşında ağır beynəlxalq cinayət kimi qalmaqdadır. Xocalı şəhərində həyata keçirilmiş bu məqsədli və sistemli zorakılıq aktı nəticəsində 600-dən artıq dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızlıqla qətlə yetirilib, yüzlərlə insan ağır yaralanıb, əsir və girov götürülüb. Faciə zamanı insanlara qarşı xüsusi qəddarlıq nümayiş etdirilərək, beynəlxalq humanitar hüququn fundamental prinsipləri kobud şəkildə pozulub.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən müvafiq qərar qəbul edilərək Xocalı hadisələrinə soyqırımı aktı kimi dövlət səviyyəsində ilk dəfə siyasi və hüquqi qiymət verilib. Ulu Öndərin bu mövqeyi Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl dövlət siyasətinin əsasını təşkil edib.

Tədbirdə, həmçinin qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, bu cinayətin törədilməsində məsuliyyət daşıyan şəxslərin ifşa olunması, tarixi ədalətin bərpası istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilib. Dövlətimiz tərəfindən aparılan xarici siyasət nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar, həmçinin Amerika Birləşmiş Ştatlarının bir çox ştatları Xocalı hadisələrini soyqırımı kimi tanıyır.

Eyni zamanda nəzərə çatdırılıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm təşəbbüslər irəli sürülüb. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən uğurlu layihələr Xocalı həqiqətlərinin beynəlxalq informasiya məkanında geniş yayılmasına və soyqırımı qurbanlarının xatirəsinin yaşadılmasına xidmət edir.

Bildirilib ki, bu soyqırımı aktı 1949-cu il Cenevrə Konvensiyalarının, eləcə də “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın əsas müddəalarına zidd olmaqla, insan hüquqlarının və əsas azadlıqların kütləvi şəkildə pozulmasının bariz nümunəsidir. Xocalı hadisələri etnik mənsubiyyətə görə insanların məhv edilməsini hədəfləyən ağır beynəlxalq cinayət kimi qiymətləndirilir.

Fərhad Abdullayev vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızı azad etməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası yeni reallıqlar yaradıb. Hazırda regionda həyata keçirilən bərpa və quruculuq prosesi Azərbaycanın gücünü, strateji baxışını və idarəetmə qabiliyyətini bütün dünyaya nümayiş etdirir. “Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlarda, həmçinin Xocalı şəhərində genişmiqyaslı infrastruktur layihələri icra edilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə təmin olunur və həyat yenidən canlanır.

Tədbirin yekununda Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, Xocalı soyqırımı tarixi yaddaş olmaqla yanaşı, gələcək nəsillər üçün hüquqi və mənəvi dərsdir. Bu dərs sülhün, qarşılıqlı hörmətin və beynəlxalq hüququn aliliyinin qorunmasının nə qədər zəruri olduğunu bir daha təsdiq edir. Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünün müdafiəsi və suverenliyimizin bərpası naminə həyatlarını qurban vermiş qəhrəman şəhidlərin, habelə amansız şəkildə qətlə yetirilmiş yüzlərlə soydaşımızın xatirəsini daim uca tutur, onları dərin ehtiram və hörmətlə anır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hesablama Palatasının kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

16:33
26 Fevral

Milli Məclis Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı beynəlxalq parlamentlərə müraciət edib

16:28
26 Fevral

Nazir: Orta Dəhlizin səmərəliliyinin artırılması Cənubi Qafqazın regional ticarətdə rolunu daha da artıracaq  

16:27
26 Fevral

İtaliyalı ekspert: Prezident İlham Əliyevin Vaşinqtona səfəri Xəzər regionunun yeni geosiyasi kursunu nümayiş etdirir  

16:26
26 Fevral

Nazir: Türkiyə-Azərbaycan-Gürcüstan arasında süni intellekt sahəsində əməkdaşlığın artacağına inanırıq  

16:10
26 Fevral

Xocalı faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub

16:09
26 Fevral

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib YENİLƏNİB-2

16:07
26 Fevral

Finlandiyada Xocalı soyqırımı ilə bağlı kampaniya həyata keçirilir 

16:01
26 Fevral

Sloveniya paytaxtında Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

15:48
26 Fevral

“Sabah” qəzeti: Xocalı ağrısı Türk dünyasının yaddaşında silinməz izlər buraxıb  

15:34
26 Fevral

Mədəniyyət Nazirliyinin kollektivi Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib  

15:32
26 Fevral

Rus politoloq: Xocalıda baş verənlər etnik mənsubiyyətə görə məqsədli məhvetmə aktıdır  

15:18
26 Fevral

Ombudsman Aparatının kollektivi “Ana harayı” abidəsini ziyarət edib

15:13
26 Fevral

AFFA İntizam Komitəsi “Kəpəz”in futbolçusunu cəzalandırıb

15:01
26 Fevral

Kvirikaşvili: Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu dostluğumuzu daha da möhkəmləndirəcək  

14:52
26 Fevral

Azərbaycan və Gürcüstanın iqtisadiyyat nazirləri ikitərəfli əlaqələri müzakirə edib  

14:45
26 Fevral

“Diplomatic World Sweden” saytında Xocalı faciəsi haqqında məqalə dərc edilib  

14:44
26 Fevral

Estoniyalı parlamentarilər Xocalıda törədilən bəşəri cinayəti qətiyyətlə pisləyən bəyanat yayıblar

14:43
26 Fevral

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib  

14:33
26 Fevral

Kiyevdə Xocalı soyqırımı qurbanları anılıb

14:27
26 Fevral

Media: Ağ Ev hərbi əməliyyatların İranı güzəştə getməyə məcbur edəcəyinə inanır

14:25
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!