26 Fevral 2026 14:02
190
SİYASƏT
A- A+
Milli hisslərini itirmiş qrupun nümayiş etdirdiyi mənəvi aşınma

Milli hisslərini itirmiş qrupun nümayiş etdirdiyi mənəvi aşınma


“Azərbaycan hər zaman beynəlxalq müstəvidə sülh və sabitliyə fəal töhfə verməyə hazırdır. Dövlətimizin Sülh Şurasına üzv olması Azərbaycanın beynəlxalq nüfuzunun və artan strateji çəkisinin açıq ifadəsidir. Bu addım Azərbaycanın artıq yalnız regional təşəbbüslərlə kifayətlənmədiyini, qlobal sülhün tənzimlənməsində söz sahibi olan ölkələr sırasında yer aldığını təsdiqləyir”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunu həzm edə bilməyən dairələr uğurlarımızdan ciddi “narahatdır”. “Sapı özümüzdən olan baltalar” anti-Azərbaycan mərkəzlərinin, erməni lobbisinin əlində alət olaraq həmin dairələrin göstərişlərini icra edirlər. Prezident İlham Əliyev Vaşinqtonda olarkən onların hotelin qarşısındakı təxribat cəhdləri də bunu göstərir. Müasir dünyada ifadə azadlığı və etiraz hüququ sivil normalarla tənzimlənsə də, Vaşinqtonda şahidi olduğumuz mənzərə göstərir ki, müəyyən dairələr bu anlayışlardan öz çirkin məqsədləri üçün sui-istifadə edirlər. Eyni zamanda, bu, planlı şəkildə hazırlanmış, Azərbaycan dövlətinə, onun rəhbərliyinə və ümumilikdə xalqımıza qarşı nifrət üzərində qurulmuş bir təxribatdır. Bu, siyasi mübarizə deyil, milli hisslərini  itirmiş bir qrupun nümayiş etdirdiyi mənəvi aşınmadır.

Millət vəkilinin sözlərinə görə, sosial şəbəkələrdə yayılan görüntülər göstərir ki, məqsəd sadəcə etiraz aksiyası keçirmək deyil, həm də ölkə rəhbərinin təhlükəsizliyi və dövlətimizin nüfuzu ətrafında süni gərginlik yaratmaq olub. Dövlət başçısına yönələn istənilən təxribat faktiki olaraq Azərbaycana qarşı atılmış addım kimi qiymətləndirilməlidir. Prezident ölkəni beynəlxalq arenada təmsil edir və onun fəaliyyətinə, təhlükəsizliyinə qarşı hər hansı aqressiv davranış dövlətin suverenliyinə və nüfuzuna yönəlmiş cəhd kimi dəyərləndirilir. Bu baxımdan, belə hadisələr daha geniş kontekstdə aparılan qarayaxma kampaniyalarının elementidir. Təxribatın qarşısının alınmasında isə təhlükəsizlik xidmətinin əməkdaşlarının və ABŞ polisinin peşəkarlığı da xüsusi vurğulanmalıdır.  

“Bu təxribatçı qrupun Amerika ermənilərinin təşkilatı olan ANCA tərəfindən də təlimatlandırıldığı istisna deyil. Çünki onlar maliyyə aldıqları mərkəzlərin tapşırıqlarını yetirirlər. Lakin bu dairələr unutmamalıdır ki, Azərbaycan güclü dövlətdir və bu cür cılız davranışlarla heç nəyə nail ola bilməyəcəklər. Bunu indiyədək olan təcrübə də təsdiqləyir”,-deyə Samir Vəliyev vurğulayıb.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan””


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiyevdə Xocalı soyqırımı qurbanları anılıb

14:27
26 Fevral

Tarixi ədalətin bərpasının parlaq rəmzi  

14:25
26 Fevral

Milli hisslərini itirmiş qrupun nümayiş etdirdiyi mənəvi aşınma

14:02
26 Fevral

İran XİN: ABŞ-nin ziddiyyətli açıqlamaları danışıqlar prosesinə mane olur

13:38
26 Fevral

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

13:18
26 Fevral

Abbas Əraqçi: İran həm sülhə, həm də hərbi ssenariyə hazırdır

13:17
26 Fevral

Dövlət Komitəsinin kollektivi Xocalı qurbanlarının xatirəsini anıb

12:59
26 Fevral

Azərbaycan Milli QHT Forumu Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb  

12:51
26 Fevral

Sabah hava bəzi yerlərdə yağıntılı olacaq, arabir güclənən külək əsəcək  

12:50
26 Fevral

Naxçıvanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

12:49
26 Fevral

Xocalı soyqırımı qurbanlarının abidəsi ziyarət edilir  

12:47
26 Fevral

VII Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumu keçirilir  

12:43
26 Fevral

Media: ABŞ İranın ali dini liderinə hücum ehtimalını istisna etməyib  

12:37
26 Fevral

Media: Trampın müşavirləri İrana məhz İsrailin hücum etməsinin daha faydalı olacağını düşünürlər

12:32
26 Fevral

Dövlət Xidmətinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib  

12:31
26 Fevral

Milli Məclisin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

12:31
26 Fevral

DİN: 52 kiloqrama yaxın narkotik vasitə və 2999 ədəd metadon həbi aşkarlanıb 

12:24
26 Fevral

Prokurorluq əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər

12:16
26 Fevral

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib YENİLƏNİB  

12:16
26 Fevral

Birol Akgün: Xocalı faciəsi insanlıq vicdanında dərin iz buraxmış qara ləkədir VİDEO  

12:10
26 Fevral

Pezeşkian: İran heç vaxt nüvə bombası hazırlamağa çalışmayıb

12:08
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!