26 Fevral 2026 11:28
175
SİYASƏT
A- A+
Azərbaycanın gənclər və könüllü təşkilatları Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycanın gənclər və könüllü təşkilatları Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb


Azərbaycanın gənclər və könüllü təşkilatları Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda gənclər və könüllü təşkilatları Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin kədərlə anıb və onlarla həmrəyliyini ifadə edib.

Bəyanatda qeyd olunub ki, beynəlxalq müşahidəçilər və insan haqları təşkilatları tərəfindən sənədləşdirildiyi kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum edərək mülki əhalini sistematik şəkildə qətlə yetirib. Nəticədə 613 günahsız insanın həyatına son qoyulub. Onlardan 70-i ahıl yaşda, 106-sı qadın və 63-ü uşaq idi. 487 nəfər ömürlük əlil olub, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi barədə bugünədək məlumat yoxdur. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Xocalı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal dövrünün ən dəhşətli müharibə cinayəti kimi tarixə düşüb.

“Onilliklər ərzində bu vəhşilikləri törədənlər cəzasızlıq mühitində yaşayıblar. Lakin Azərbaycan 2023-cü ildə öz suverenliyini tam bərpa etdikdən sonra ədalət axtarışı nəhayət hüquqi reallığa keçib. Son vaxtlar Azərbaycan məhkəmələrində keçirilən məhkəmə prosesləri Xocalı soyqırımı və onunla bağlı müharibə cinayətlərində əli olan əsas şəxslərin bir qisminin məhkum edilməsi ilə nəticələnib. Bu hüquqi proseslər tarixi bir dönəmi xarakterizə edir. Müasir qlobal mənzərənin siyasi qərəzlilik və ziddiyyətlərlə dolu olduğunu nəzərə alaraq, Azərbaycan bu cinayət üçün beynəlxalq tribunalın yaradılmasını gözləməyib və 34 ildən sonra ədaləti özü bərpa edib. Bu hökmlər dünyaya bəşəriyyətə qarşı törədilən cinayətlərin müddətinin olmadığını və cəzadan yayınma dövrünün başa çatdığını nümayiş etdirib. Bu faciə barədə qlobal məlumatlılıq artıb, ondan çox ölkə və Amerika Birləşmiş Ştatlarının 22 ştatı Xocalı hadisələrini rəsmən soyqırımı kimi tanıyıb. Bu tanınma, susdurulmağı rədd edən sağ qalan şahidlərin xatirəsinə olan ehtiramdır. Biz, Azərbaycan gəncləri, inanırıq ki, əsl barışıq tarixə məsuliyyətli yanaşma tələb edir. Keçmişi etiraf etmək və günahkarları məsuliyyətə cəlb etmək bu cür cinayətlərin bir daha təkrarlanmamasını təmin etməyin yeganə yoludur. Biz həqiqəti müdafiə etməyə davam edəcək, bölgəmizdə gələcəyin əsas sütunu olaraq ədaləti bərqərar etməklə bu cinayətin qurbanlarının xatirəsini daim yaşadacağıq”,- deyə bəyanatda vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hesablama Palatasının kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

16:33
26 Fevral

Milli Məclis Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı beynəlxalq parlamentlərə müraciət edib

16:28
26 Fevral

Nazir: Orta Dəhlizin səmərəliliyinin artırılması Cənubi Qafqazın regional ticarətdə rolunu daha da artıracaq  

16:27
26 Fevral

İtaliyalı ekspert: Prezident İlham Əliyevin Vaşinqtona səfəri Xəzər regionunun yeni geosiyasi kursunu nümayiş etdirir  

16:26
26 Fevral

Nazir: Türkiyə-Azərbaycan-Gürcüstan arasında süni intellekt sahəsində əməkdaşlığın artacağına inanırıq  

16:10
26 Fevral

Xocalı faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub

16:09
26 Fevral

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib YENİLƏNİB-2

16:07
26 Fevral

Finlandiyada Xocalı soyqırımı ilə bağlı kampaniya həyata keçirilir 

16:01
26 Fevral

Sloveniya paytaxtında Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

15:48
26 Fevral

“Sabah” qəzeti: Xocalı ağrısı Türk dünyasının yaddaşında silinməz izlər buraxıb  

15:34
26 Fevral

Mədəniyyət Nazirliyinin kollektivi Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib  

15:32
26 Fevral

Rus politoloq: Xocalıda baş verənlər etnik mənsubiyyətə görə məqsədli məhvetmə aktıdır  

15:18
26 Fevral

Ombudsman Aparatının kollektivi “Ana harayı” abidəsini ziyarət edib

15:13
26 Fevral

AFFA İntizam Komitəsi “Kəpəz”in futbolçusunu cəzalandırıb

15:01
26 Fevral

Kvirikaşvili: Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu dostluğumuzu daha da möhkəmləndirəcək  

14:52
26 Fevral

Azərbaycan və Gürcüstanın iqtisadiyyat nazirləri ikitərəfli əlaqələri müzakirə edib  

14:45
26 Fevral

“Diplomatic World Sweden” saytında Xocalı faciəsi haqqında məqalə dərc edilib  

14:44
26 Fevral

Estoniyalı parlamentarilər Xocalıda törədilən bəşəri cinayəti qətiyyətlə pisləyən bəyanat yayıblar

14:43
26 Fevral

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib  

14:33
26 Fevral

Kiyevdə Xocalı soyqırımı qurbanları anılıb

14:27
26 Fevral

Media: Ağ Ev hərbi əməliyyatların İranı güzəştə getməyə məcbur edəcəyinə inanır

14:25
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!