Taliblər hesab edir ki, Qərb Əfqanıstandan ölkə üçün qiymətli insanları aparır
Qərb ölkələri məhz Əfqanıstana fayda verə biləcək insanları Kabildən çıxarır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Taliban” hərəkatının nümayəndəsi Zabiullah Mücahid “The New York Times” qəzetinə müsahibəsində deyib.
“Qərb ölkəmizin işlərinə qarışmamalı və insan resurslarını - həkimləri, professorları və burada ehtiyac duyduğumuz digər insanları aparmamalıdır. Onlar Amerikada yalnız aşpaz və ya qabyuyan işləyə bilərlər. Bu, insanlıqdan kənardır”, - deyə Zabiullah Mücahid bildirib.
Onun sözlərinə görə, ölkəni tərk etmək üçün sənədləri olanlar paytaxt aeroportuna maneəsiz daxil ola bilər.
“Taliban” hərəkatının nümayəndəsi, həmçinin hərəkatın onlara qarşı çıxanları təqib etdiyi və qadınlar üçün sərt qaydalar tətbiq etmək istədiyi barədə iddiaları rədd edib. “Gələcəyi qurmaq və keçmişdə baş verənləri unutmaq istəyirik”, - deyə “Taliban” nümayəndəsi əlavə edib.
Bir müddət öncə Ağ ev ABŞ-ın avqustun 14-dən bəri Əfqanıstandan 82 mindən çox insanı təxliyə etdiyi barədə məlumat yayıb. Onlardan yalnız 4,5 min nəfər amerikalılar və onların ailə üzvləridir.
Xatırladaq ki, avqustun 15-də paytaxt Kabilə döyüşsüz daxil olan “Taliban” hərəkatı hakimiyyəti ələ keçirib. Hazırda onlar Pəncşir əyalətindən başqa bütün ölkə ərazisinə nəzarət edir. Ölkə Prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün öz postunu tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə sığınıb. Qərb ölkələri isə öz vətəndaşlarını və səfirlik əməkdaşlarını Kabildən təxliyə edir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!