Şuşanın hər tərəfindən bir tarix boylanır
Qarabağın baş tacı olan bu qədim və əsrarəngiz şəhərin hələ yetərincə araşdırılmamış və araşdırıcılarının yolunu gözləyən bir çox reallıqları, həqiqətləri var. Onlardan biri də Şuşanın məhəllələri və bulaqlarıdır. O məhəllə və bulaqların ki çoxunun tarixi bilinmir...
Xoca Mərcanlı məhəlləsi, bulağı və məscidi
Şuşanın bu bulağı da öz adını yerləşdiyi məhəllədən almışdı. Xoca Mərcanlı şəhərin mərkəzində yerləşən yuxarı məhəllələrdən biridir. Əsası XVIII əsrdə qoyulan Şuşanın ən qədim yaşayış məkanlarından hesab edilir. Belə ki, Xoca Mərcanlı məhəlləsinin tarixi şəhərin tarixi ilə üst-üstə düşür. Şuşanın digər məhəllələri kimi, Xoca Mərcanlının da öz bulağı və məscidi var idi. Bulaq Xoca Mərcanlı məscidinin yanında inşa edilmişdi.
Xoca Mərcanlı bulağı da erməni vandalizmindən zərər çəkdi. 1992-ci il mayın 8-də Şuşa işğal edildikdən sonra Xoca Mərcanlı məscidi və məhəllədəki digər tikililər dağıdıldı. Bulaq baxımsız vəziyyətə düşdü, suyu qurudu.
Artıq Ermənistan silahlı qüvvələrinin Şuşa işğalı tarixdə qalıb. Bu gün Azərbaycan Ordusunun zəfəri ilə azadlığına qovuşmuş ərazilərimizdə tikinti-quruculuq işləri aparılır. İşğalçıların izləri torpaqlarımızdan silinir, uçurub-dağıtdıqları, yerlə-yeksan etdikləri tikililər yenidən ucaldılır. Şuşa da bərpa olunur, saf bulaqları yenidən çağlamağa başlayır.
Elşən QƏNİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İƏT qanunsuz erməni silahlı dəstlərinin Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutmasını pi...
10 Avqust
Gündəlik səhər yeməyi aktiv metabolik proseslərə köməklik edir
10 Avqust
“Aztelekom” telekommunikasiya xidmətlərinin tarifini dəyişdirib
10 Avqust
Qarabağda həlak olmuş erməni əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksi...
10 Avqust
“Baktelecom” telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib
10 Avqust
Azərbaycan ombudsmanı Ukraynada həbsdə olan vətəndaşlarımızla bağlı ukraynalı həmkarına müraciət edi...
10 Avqust
Azərbaycanın Baş prokuroru Birləşmiş Krallığın ölkəmizdəki səfiri ilə görüşüb
10 Avqust
Avqustun 10-da Azərbaycanda COVID-19 əleyhinə 1829 doza vaksin vurulub
10 Avqust
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 534 yoluxma faktı qeydə alınıb
10 Avqust
Prezident İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib
10 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!