13 İyul 2026 17:35
151
SİYASƏT
A- A+
Şuşadan ünvanlanan mesajlar

Şuşadan ünvanlanan mesajlar

IV Qlobal Media Forumu Azərbaycanın beynəlxalq siyasi nüfuzunu və strateji gücünü nümayiş etdirir 


Azərbaycan növbəti dəfə qlobal əhəmiyyətli beynəlxalq tədbirə yüksək səviyyədə evsahibliyi edir. Ölkəmizin mədəniyyət paytaxtı, tarixi və strateji əhəmiyyəti ilə seçilən Şuşa şəhəri növbəti dəfə möhtəşəm forum iştirakçılarına qapılarını açıb. Artıq ənənə halını alan və dünya ictimaiyyətinin diqqətini Azərbaycana, Qarabağa yönəldən IV Şuşa Qlobal Media Forumu iyulun 13-də öz işinə başlayıb. Bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan forum miqyasına və iştirakçı sayına görə diqqət çəkir. Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsini, 30-a yaxın beynəlxalq informasiya agentliyini, 60-dan çox aparıcı media qurumunu bir araya toplayan forum qlobal informasiya məkanında sülh quruculuğu, dezinformasiya ilə mübarizə və rəqəmsal təhlükəsizlik kimi aktual çağırışların müzakirə olunduğu önəmli platformadır. 

Azərbaycan qlobal  dialoqların mühüm təşkilatçılarından biri olduğunu çoxdan sübut edib. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə yürüdülən strateji kurs ölkəmizi mühüm beynəlxalq toplantıların keçirildiyi etibarlı və nüfuzlu məkana çevirib. Bu kontekstdə, Şuşa Qlobal Media Forumu da respublikamızın beynəlxalq informasiya müstəvisində güclənən mövqeyinin və uğurlu diplomatiyasının növbəti bariz nümunəsidir. Bu forum sadəcə media platforması deyil, rəsmi Bakının beynəlxalq münasibətlər sistemində formalaşdırdığı yeni siyasi dialoq formatıdır. 

2022-ci ildə ilk dəfə keçirilən və sonrakı illərdə Şuşa Qlobal Media Forumu formatında davam etdirilən bu beynəlxalq təşəbbüs qısa müddətdə qlobal medianın nəbzini tutmağı bacarıb. Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi, dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirməsi onun beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir. 

Belə platformaların aktuallığı həm də qlobal təhlükəsizlik amili ilə birbaşa bağlıdır. İndiki dövrdə informasiya təhlükəsizliyinin təmin olunması hər bir dövlətin milli təhlükəsizlik sisteminin əsas dayaqlarından biridir. Sürətlə yayılan dezinformasiya dalğaları, saxta xəbərlər, kiber təhdidlər müasir dünyada tamamilə yeni idarəetmə çağırışları yaradır. Şuşa Forumu məhz bu zərurətdən irəli gələrək qlobal miqyasda tamamilə yeni bir tərəfdaşlıq modeli təklif edir. 

Bu mühüm dialoqun Şuşada təşkil edilməsinin həm rəmzi, həm də siyasi və mənəvi mənası var. Azərbaycan xalqının tarixində və dövlətçilik salnaməsində xüsusi yeri olan mədəniyyət paytaxtımızın bu miqyasda qlobal tədbirlərə evsahibliyi etməsi Qarabağın inkişafını nümayiş etdirməklə yanaşı, Şuşanı dünyanın mühüm siyasi, geosiyasi və humanitar dialoq mərkəzlərindən birinə çevirdiyini nümayiş etdirir. 

Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi olaraq xarici media təmsilçilərinin dünyada və regionda baş verən proseslərə, mövcud vəziyyətə və gələcəyə dair suallarını cavablandırıb. Dövlətimizin başçısı qlobal aləmdə cərəyan edən geosiyasi prosesləri dolğun təhlil edərək Azərbaycanın bu məsələlərə prinsipial mövqeyini növbəti dəfə dünyaya bəyan edib. Prezident İlham Əliyev çıxışında Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, regional əməkdaşlıq perspektivləri, nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, beynəlxalq hüququn aliliyi, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, Azərbaycanın Avropa İttifaqı və ABŞ ilə münasibətləri kimi bir çox mühüm məsələlərə toxunub. 

Prezident İlham Əliyevin bir sıra məsələlərə dair suallara ətraflı aydınlıq gətirməsi informasiya manipulyasiyalarının qarşısının alınması və Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya obyektiv şəkildə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər bir daha nümayiş etdirir ki, Azərbaycan regionda yaranmış yeni siyasi reallıqların müəllifi olmaqla yanaşı, onların gələcək inkişaf istiqamətlərini və təhlükəsizlik balansını müəyyənləşdirən əsas siyasi aktorlardan biridir. 

Azərbaycan Prezidenti ölkəmizin xarici siyasət prioritetlərindən bəhs edərkən, ilk növbədə, regional dialoqun və qarşılıqlı etimad mühitinin yaradılmasının vacibliyini önə çəkib. Vurğulanıb ki, rəsmi Bakının yürütdüyü xarici siyasi kurs hər zaman həm qonşu dövlətləri, həm də Azərbaycanı narahat edən problemlərin qarşılıqlı dialoq müstəvisində və əməkdaşlıq çərçivəsində həllinə hesablanıb. Bu strateji yanaşma Azərbaycanın təkcə öz təhlükəsizliyini düşünmədiyini, eyni zamanda regional problemlərin həllində məsuliyyətli və konstruktiv tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir. Məhz Şuşada formalaşan dialoq mühiti rəsmi Bakının beynəlxalq münasibətlərdə dayanıqlı tərəfdaşlıq qurmaq əzminin növbəti əyani göstəricisidir. 

Ölkəmiz regional sülh gündəliyini həm də konkret əməli addımlarla dəstəkləyir. Azərbaycanın Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması sayəsində Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40 min tondan çox müxtəlif təyinatlı yükün Azərbaycan ərazisindən tamamilə maneəsiz və təhlükəsiz şəkildə daşınması təmin edilib. Bu addım regionun gələcək inteqrasiyası üçün atılmış böyük geosiyasi jestdir və ölkəmizin regionda iqtisadi əlaqələrin inkişafına verdiyi real töhfənin əyani göstəricisidir. Bu məqam da dövlətimizin başçısı tərəfindən Şuşa Forumunda önəmli mesaj kimi diqqətə çatdırılıb. 

Digər tərəfdən, Prezident İlham Əliyev ölkəmizin Qərb və Şərq istiqamətindəki bütün qonşuları, eləcə də Mərkəzi Asiya, Gürcüstan, Türkiyə və Avropa ilə qurduğu yüksək səviyyəli əlaqələrin geostrateji əhəmiyyətini önə çəkib. Qeyd olunub ki, nəqliyyat dəhlizlərinin tam səmərəli və faydalı fəaliyyət göstərməsi üçün respublikamız ardıcıl infrastruktur layihələri həyata keçirir. Xüsusilə regional nəqliyyat şəbəkəsinin mühüm qolu olan Orta dəhlizin inkişafı və bu marşrut boyunca yerləşən dövlətlərlə çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması Azərbaycanın qlobal logistika xəritəsində mərkəzi siyasi mövqeyini təmin edir. Hazırda Çindən və Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi sürətlə artır ki, bu da rəsmi Bakını dəniz limanının imkanlarını iki dəfə genişləndirməyə və öz geosiyasi çəkisini artırmağa sövq edir. 

Prezident İlham Əliyev həmçinin Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində artan rolu ilə bağlı mühüm siyasi mesajlar verib. Ölkəmizin artıq 16 ölkəyə birbaşa boru kəmərləri ilə mavi yanacaq nəql etdiyi və bu göstərici ilə qlobal miqyasda lider mövqedə dayandığı vurğulanıb. Avropa İttifaqı ölkələrinə təbii qaz tədarükünün genişləndirilməsi istiqamətində aktiv danışıqların getdiyi diqqətə çatdırılıb. Bu gün Azərbaycanın qitənin enerji təhlükəsizliyində oynadığı həlledici rol ölkəmizə Avropa ilə münasibətlərdə güclü diplomatik və siyasi üstünlük qazandırır. Azərbaycanın beynəlxalq arenada tamamilə etibarlı, proqnozlaşdırıla bilən və məsuliyyətli tərəfdaş kimi qəbul edilməsi ölkəmizin son onillikdə qlobal geosiyasi statusunu fundamental şəkildə dəyişib. 

Nəqliyyat-logistika sahəsində qazanılan uğurlar və enerji diplomatiyasındakı strateji nailiyyətlər Azərbaycanın beynəlxalq müstəvidəki geosiyasi çəkisini tamamilə yeni pilləyə qaldırıb. Ölkəmizin qlobal güc balansındakı yeni mövqeyinə toxunan Prezident İlham Əliyev suallara cavabında Azərbaycanı beynəlxalq münasibətlər sistemində öz milli maraqlarını qətiyyətlə müdafiə etmək bacarığına və böyük potensiala malik ortasəviyyəli güc kimi xarakterizə edib. Bu status Azərbaycanın regionda gedən siyasi proseslərdə müstəqil qərarverici qüvvə olduğunu göstərir. Bununla yanaşı, Qoşulmama Hərəkatına üzv olan 120 ölkənin Azərbaycana yekdil şəkildə səs verməsi də ölkəmizin qlobal səviyyədə qazandığı böyük siyasi etimadın ən yüksək təzahürü kimi qiymətləndirilib. 

Nəticə etibarı ilə IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsində fəal iştirak edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətdir. Şuşa Forumu rəsmi Bakının regional sülhün və əməkdaşlığın şərtlərini diktə edən aparıcı qüvvə olduğunu beynəlxalq siyasi müstəvidə bir daha bəyan etdi. 

Dövlətimizin başçısının forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın sülhə, əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan siyasətinin ardıcıl şəkildə davam etdirildiyini göstərdi. Şuşadan dünyaya ünvanlanan mühüm siyasi mesajlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin qlobal informasiya məkanına çatdırılmasına, eyni zamanda beynəlxalq ictimaiyyətlə etimad münasibətlərinin dərinləşməsinə mühüm töhfə verir.


İsmayıl QOCAYEV, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşadan ünvanlanan mesajlar

17:35
13 İyul

Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

16:53
13 İyul

Azərbaycanın Avropa İttifaqı ölkələrindən məhsul idxalının dəyəri 17 faiz azalıb

16:51
13 İyul

Elizabeth Mutuku: Prezident İlham Əliyev media nümayəndələrini qərəzsiz olmağa çağırdı

16:34
13 İyul

Qazaxıstanda Azərbaycan telekanallarının, ölkəmizdə isə Qazaxıstan telekanallarının yayımı ilə bağlı fikir mübadiləsi aparılıb

16:28
13 İyul

Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb

16:23
13 İyul

Milli və beynəlxalq jurnalistika doktrinasının inkişafında keyfiyyətcə yeni mərhələ

16:21
13 İyul

“Yay Fest 2026”ya start verilib

16:19
13 İyul

Konqolu iştirakçı: Forumun geniş miqyası və böyük potensialı var

16:14
13 İyul

Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər Panel müzakirə

16:12
13 İyul

Azərbaycanın təbii qaz tədarükü Aİ-nin enerji təhlükəsizliyinə töhfə verir

15:59
13 İyul

Botsvanalı iştirakçı: Biz Şuşa Qlobal Media Forumu kimi platformalarda çox şey öyrənirik

15:47
13 İyul

LENA-nın direktoru: Şuşa Forumu jurnalistlər üçün mühüm əməkdaşlıq platformasıdır

15:34
13 İyul

“Panjab TV”nin müxbiri: IV Şuşa Qlobal Media Forumu mühüm əhəmiyyət daşıyır

15:11
13 İyul

Karen Sutherland: Prezident İlham Əliyevin hər kəsi dostluğa səsləməsi diqqətəlayiq məqamdır

14:39
13 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb VİDEO

14:36
13 İyul

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

14:16
13 İyul

Qarabağda yazılan tarix Azərbaycanın gücünün və milli iradəsinin ən parlaq təcəssümüdür

14:09
13 İyul

Prezident İlham Əliyevin diplomatiya uğurları, Zəngəzur mesajları və həqiqət platforması

13:56
13 İyul

Sello Lentsoane: Prezident İlham Əliyev olduqca maraqlı və dərinməzmunlu çıxış etdi

13:49
13 İyul

Jan-Mişel Brun: Prezident İlham Əliyevin jurnalistlərlə davranışı bir nümunədir

13:47
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!