06 İyul 2024 14:07
817
SİYASƏT
A- A+
Şuşada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - FOTOLAR  

Şuşada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - FOTOLAR  

 

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanın Qarabağ torpağında baş tutan ilk yüksək səviyyəli Zirvə toplantısı olduğunu bildirib. Deyib ki, Şuşada keçirilən ilk yüksək səviyyəli toplantının doğma ailəmiz Türk Dövlətləri Təşkilatının tədbiri olması təbiidir. Məlum olduğu kimi, Zirvə görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən sayca üçüncü qeyri-rəsmi fövqəladə Zirvə görüşüdür. O, eyni zamanda, vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətinin ən əsas prioritetidir.

Sonra iclasın gündəliyi qəbul edilib.

Daha sonra iclasda gündəlikdəki məsələlərlə bağlı çıxışlar olub.

Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu çıxışında diqqətə çatdırıb ki, rəsmi Astana üzv ölkələrlə rəqəmsal texnologiyalar, mədəniyyət, infrastruktur, turizm, investisiyalar və bütün digər sahələrdə əlaqələri genişləndirməyi səbirsizliklə gözləyir. “Ailəmiz böyük potensiala, resurslara malikdir və bizim ümumi məqsədlərimiz var. Qazaxıstan beynəlxalq nəqliyyat yolu, Şimal-Cənub Nəqliyyat Dəhlizi və “Bir kəmər, bir yol” təşəbbüsü arasında sinerjinin qurulmasını yüksək qiymətləndirir və bütün üzv dövlətlərlə sıx əməkdaşlıq edir”, - deyə o əlavə edib.

Murat Nurtleu, eyni zamanda, vurğulayıb ki, Qazaxıstan, Azərbaycan və Özbəkistan gələcəkdə yaşıl enerjinin Avropaya ixrac infrastrukturunun yaradılması istiqamətində mühüm layihələrin həyata keçirilməsində birgə addımlar atır. “Ölkəmizin prioritetlərini və təşəbbüslərini dəstəklədiyiniz üçün Qazaxıstanın sədrliyi adından hamınıza minnətdarlığımı bildirirəm. Üzv dövlətlərin fəal iştirakı ilə biz yüksək səviyyəli tədbirlər təşkil etmişik. Ölkələrimizin daimi nümayəndəliklərinin yaradılması və Katibliyin ştatının artırılması birgə işimizin nəticəsidir. Bu yolda TÜRKPA, TÜRKSOY, Türk İnvestisiya Fondu, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası ilə sıx əməkdaşlığımız və koordinasiyamız xalqlarımızın çiçəklənməsinə töhfə verəcək”, - deyə Baş nazirin müavini vurğulayıb.

Yarandığı dövrdən səmərəli inkişaf yolu keçmiş Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə önəminin artmaqda olduğunu deyən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edib: “Bu, eyni zamanda, Təşkilata üzv və müşahidəçi dövlətlərin beynəlxalq arenada nüfuzunun, eləcə də iqtisadi potensialının genişlənməsinə xidmət edir. Zirvə görüşünün nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması mövzusu bugünkü reallığa uyğun seçilib. Məlum olduğu kimi, Azərbaycan bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək. Hesab edirəm ki, bu hadisəni Türk dünyasının uğuru saymaq mümkündür. Belə ki, ilk dəfə olaraq bir Türk dövləti belə mötəbər tədbirə ev sahibliyi edəcək. COP29-un təşkilində ilk olaraq qardaş ölkələrin dəstəyinə ümid edirik”.

Nazir bildirib ki, bu gün dünyada baş verən hadisələr ətraf mühitə təsirsiz ötüşmür. Davamlı gələcək yalnız iqlim fəaliyyəti vasitəsilə sağlam planetimizi qorumaqla mümkün olacaqdır. Bu istiqamətdə də Türk dövlətləri arasında əməkdaşlığa ehtiyac var. TDT-nin ekologiya və ətraf mühit sahəsinə məsul nazirlərinin platformasının yaranmasının zamanı artıq yetişib. Bununla yanaşı, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində təsirli birgə tədbirlərin görülməsi önəm kəsb edir. Bu mənada Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir.

C.Bayramov, həmçinin Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında ikitərəfli saziş layihəsinin imzalanması istiqamətində müzakirələr davam edir. “Bu xüsusda 2024-cü il mayın 10-11-də iki ölkənin xarici işlər nazirləri arasında Almatıda keçirilmiş görüşə ev sahibliyi etdiyi üçün bir daha Qazaxıstana təşəkkürümüzü bildiririk. Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda Ermənistan və “Dağlıq Qarabağ”ın birləşməsinə çağıran “Ermənistan müstəqillik aktına” açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasıdır. Azərbaycan dayanıqlı və davamlı sülhdə ən maraqlı tərəfdir”, - deyə nazir vurğulayıb.

İclas gündəlikdəki məsələlər ətrafında çıxışlarla davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub  

12:54
31 Oktyabr

Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək

12:37
31 Oktyabr

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub  

12:25
31 Oktyabr

“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək  

12:04
31 Oktyabr

Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in voleybolçuları ilə görüş keçirilib  

11:56
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

11:52
31 Oktyabr

Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq  

11:48
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:43
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:38
31 Oktyabr

Sadiq Qurbanov: Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub  

11:34
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:29
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:24
31 Oktyabr

Ekspertlər süni intellektin iş yerlərinə təsirini araşdırıblar  

11:19
31 Oktyabr

“Nəsildən-nəslə teatr” layihəsi davam edir  

11:14
31 Oktyabr

ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə üzv ölkələrə müraciət edib  

11:09
31 Oktyabr

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib  

11:04
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!