06 Dekabr 2023 02:16
1948
Sərəncamlar
A- A+
Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında

Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qırx bir kilometr uzunluğu olan Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 6,0 (altı) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda gərginlik artır

09:25
05 Oktyabr

"İnsan hüquqları və dünya dinləri" mövzusunda seminar təşkil olunub

09:20
05 Oktyabr

Azərbaycan Prokurorluğunun veteranı Rüstəm Usubovun 70 illik yubileyi qeyd olunub 

09:15
05 Oktyabr

Köçəri quşlar Azərbaycandan niyə yan uçur?

09:10
05 Oktyabr

Mənim Musa müəllimim

09:05
05 Oktyabr

Həzin, gülümsər, şıltaq dalğalar

09:00
05 Oktyabr

Oncallıda cüt məzar

08:55
05 Oktyabr

Xoşbəxtliyimi şagirdlərimin sevincində tapmışam

08:50
05 Oktyabr

Zaqatala təkcə qızıl güllər diyarı deyil

08:45
05 Oktyabr

Goranboyda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı düşərgə təşkil olunub

08:40
05 Oktyabr

Samuxda Macarıstan Universiteti ilə "AgroDairy" şirkəti arasında memorandum imzalanmışdır 

08:35
05 Oktyabr

Aqrar sığorta təkmilləşdikcə ona maraq da artır

08:30
05 Oktyabr

BƏƏ, Azərbaycan, Braziliya: məqsəd bu "üçlük" arasında körpü salmaqdır

08:25
05 Oktyabr

İlham ƏLİYEV: "Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq!"

08:20
05 Oktyabr

Şəhid ailələrinin üzvləri Şuşa və Ağdamı ziyarət ediblər

08:15
05 Oktyabr

Komandirini xilas edərkən şəhid oldu

08:10
05 Oktyabr

Türk dövlətlərini birləşdirən güclü siyasi-iqtisadi platforma

08:05
05 Oktyabr

Prezident milli hədəfləri bəyan etdi 

08:00
05 Oktyabr

Barnye hökumətinə etimadsızlıq

23:53
04 Oktyabr

Lukaşenko helikopterinə hücuma görə müharibə ilə hədələyib

23:52
04 Oktyabr

Həndbolçularımız Avropa Kuboku oyunlarına başlayır

23:35
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!